İmam Mehdi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bu məqalə On iki imam şiəliyində on dördüncü məsum, on ikinci imamxəlifə hesab olunan şəxs olan Məhəmməd ibn Həsən əl-Mehdi haqqındadır. Digər məna üçün Mehdi səhifəsinə baxın.
İmam Mehdi
محمد بن الحسن المهدي
874 – 941
ƏvvəlkiHəsən əl-Əskəri
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi qeybə çəkilib
İxtisası 14-cü məsum, 12-ci imam[7][8][9][10][11][12]xəlifə
Fəaliyyəti imam
Atası Həsən əl-Əskəri[1][2][3]
Anası Nərcis[1][4][5][6]
Həyat yoldaşı yoxdur
Uşağı yoxdur
Dini İslam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İmam Mehdi (29 iyul 869, Səmərra, Abbasilər xilafətibilinmir) — On ikinci imam.

Məhəmməd ibn Həsən əl-Məhdi (ərəb. محمد بن الحسن المهدي‎) H. Q. 255[13][14] və ya 256[15][16] və ya 258[14]-ci il (M. 869/870/871) Şaban ayının 15-i Ərəb Xilafətinin (indiki İraq Respublikasının) Samirə şəhərində dünyaya gəlmişdir. Atası cəfəri şiələrinin 11-ci imamı Həsən ibn Əli əl-Əskəri, anası isə Nərcis Xatundur. Dünyaya gəldiyi ilk illərdə hakim sülalə Abbasilər tərəfindən həyatı üçün təhlükə mövcud olduğuna görə dünyaya gəlməsi gizli saxlanılmışdır. Bu vəziyyət h.q. 260-cı ilə (M. 875) qədər, yəni 11-ci imam Həsən ibn Əli əl-Əskəri vəfat etməsinə və imamlığın Mehdiyə keçməsinə qədər davam etmişdir. Mehdi, atası (Həsən ibn Əli əl-Əskəri) öldükdən sonra imamət məqamına sahib olmuş və sonra da qeybə çəkilmişdir. İstisnaları çıxmaq şərtilə onu şəxsi (özəl) naiblərindən başqa heç kim görməmişdir.[17][18][19]

Xüsusi naiblər

[redaktə | mənbəni redaktə et]

Mehdi atasının və babasının güvənilən səhabəsi olan Osman ibn Səid Əmri özünə naib təyin etmiş, şiələrinin (tərəfdarlarının) suallarına onun vasitəsilə cavab verirdi (5 il). Osman ibn Səid Əmri vəfat etdikdən sonra onun oğlu Məhəmməd ibn Osman Mehdinin naibliyinə keçdi (40 il). Daha sonra Əbülqasım Hüseyn ibn Ruh Növbəxti imamın özəl naibliyini yerinə yetirdi (21 il). Son olaraq Mehdinin nümayəndəsi Əli ibn Məhəmməd Səməri olmuşdur (3 il).

Əli ibn Məhəmməd Səmuri-nin ölümünə (h.q. 329) bir neçə gün qalmış Mehdidən bir məlumat gəldi. Əli ibn Məhəmməd Səmuriyə 6 gündən sonra (Səmurənin) öləcəyini bildirərək şəxsi (özəl) naiblik dönəminin artıq sona çatdığını və qeybəti kübranın, yəni böyük gizlilik dönəminin başlayıb, Allah zühur üçün icazə verənə qədər davam edəcəyini də elan etmiş oldu.[20][21]

Şiələrə görə, Mehdi qeybə çəkilib və bu qeyb dövrü (Qeybət) 2 mərhələdən ibarətdir: Birincisi, "Qeybəti-Suğra" (Kiçik Qeybəsı) adlandırılır. H.q. 260-cı ildən başlayıb, h.q. 329-cu ildə bitdiyi iddia edilir. (69 il[22]) İkincisi, "Qeybəti-kübra" (Böyük Qeybəsı) adlandırılır. H.q. 329-cu ildən başlayıb və Allah, zühur icazəsi verənə qədər davam edəcəyi iddia edilir[23]. Hər iki məzhəbin də qəbul etdiyi bir hədisdə belə buyurulur:

"Əgər dünyanın (sonuna) bir gün belə qalsa, Allah o günü o qədər uzadar ki, (ta ki,) mənim nəvələrimdən (Əhli-Beytimdən) biri olan Mehdi zühur etsin və dünyanı zülmlə dolduğu kimi , ədalətlə doldursun."[24]

Şiəlik və Sünnilik vasitəsilə Məhəmməd Peyğəmbərdən və Əhli-Beyt imamlarından Mehdinin zühuruyla əlaqədar, onun Məhəmməd Peyğəmbərin soyundan olduğuna və öz zühuruyla bəşər cəmiyyətini həqiqi kamilliyə qovuşduracağına və cəmiyyətə mənəvi həyat verəcəyinə[25][26] dair sayısız hədislərdən əlavə, onun məhz Əhli-Beyt imamlarının on birincisi İmam Həsən əl-Əskərinin oğlu olduğuna[27][28][29] və dünyaya gəlməyindən sonra uzun müddət gizli yaşadıqdan sonra zühur edəcəyinə və dünyanı zülmlə dolduğu kimi ədalətlə dolduracağı xüsusunda bir çox hədislər nəql edilmişdir.

Mehdi ilə görüş

[redaktə | mənbəni redaktə et]

İlk vaxtlarda Abbasi hökuməti Həsən ibn Əli əl-Əskərinin oğlunu ələ keçirib öldürmək məqsədilə Həsən ibn Əli əl-Əskərinin evini ciddi nəzarət altında saxladığından, Mehdinin anadan olması Həsən ibn Əli əl-Əskərinin qabaqcadan hazırladığı dəqiq və ölçülmüş plan əsasında çox gizli şəkildə və camaatın (hətta şiələrin) gözündən uzaq bir şəraitdə baş vermişdir. Bu barədə ən mötəbər xəbəri Mehdinin anadan olmasının yaxından şahidi olmuş Həsən ibn Əli əl-Əskərinin bibisi Həkimə xanım vermişdir. Mehdinin gizli şəkildə anadan olması bu demək deyil ki, sonralar, yəni, Həsən ibn Əli əl-Əskərinin sağ olduğu müddətdə Mehdini beş-altı yaşına qədər heç kəs görməmişdir. Şiələrdən xüsusi adamlar müxtəlif vaxtlarda və müxtəlif münasibətlərlə onu görməyə nail olmuş, beləliklə də, onun anadan olmasına yəqinlik taparaq, lazım gəldikdə başqa şiələrə də bu haqda məlumat verirdilər. Alimlər bu görüşlər barədə geniş şəkildə açıqlamalar vermiş,[30] lakin bunların içərisində ən əsası çox güman ki, Həsən ibn Əli əl-Əskərinin qırx səhabəsinin onunla görüşü olmuşdur. Bu görüş aşağıdakı şəkildə baş vermişdir.

Həsən ibn Əyyub ibn Nuh[31] deyir :

"İmam Həsən Əskəri (ə)-dan sonrakı İmamın kim olacağı barədə soruşmaq üçün o Həzrətin yanına getdik. Biz qırx nəfər idik. (Sonradan İmam Məhdi (ə)-ın xüsusi vəkillərindən biri olmuş) Osman ibn Səid Əmri ayağa qalxıb dedi: "Sizin məndən daha yaxşı bildiyiniz bir məsələ barədə soruşmaq istəyirəm." İmam Həsən Əskəri (ə) Osmana "Əyləşin" — deyə cavab verdi. Osman narahat halda məclisdən çıxmaq istədi. İmam buyurdu: "Heç kim durub getməsin." Buna görə də, kimsə qırağa çıxmadı. Bir qədər keçdikdən sonra İmam Əskəri (əleyhissəlam) Osmanı dilləndirdi. O ayağa qalxdı. İmam ona buyurdu: "İstəyirsiniz, bura nə üçün gəldiyinizi deyim?" Hamı "Buyurun!" -deyə cavab verdi. İmam buyurdu: "Bura məndən sonra kimin İmam olacağı barədə soruşmaq üçün gəlmisiniz." Hamı "Bəli" dedi. Bu vaxt ay kimi işıqlı (nurani), İmam Həsən (ə)-ma oxşayan bir oğlan (uşağı) içəri daxil oldu. İmam Həsən Əskəri (ə) ona işarə edərək buyurdu: "Bu, məndən sonra sizin İmamınız, mənim sizin aranızdakı canişinimdir. Onun əmrinə tabe olun və məndən sonra ixtilaf yaratmayın. Yoxsa özünüz həlak, dininiz isə məhv olub gedər…"[32]

[33]

Qeyd olunması lazım olan məsələlərdən biri də budur ki, bəzi sünni mənbələrində Həzrət Məhdi əleyhissəlamın atasının adı Abdullah qeyd edilmişdir. Halbuki şiə və sünni mənbələrindəki bir çox hədislər o Həzrətin atasının adının Həsən olduğuna dəlalət edir. Bu ixtilafın mənşəyi o olmuşdur ki, bəzi sünni mənbələrində o Həzrətin nişanələri sırasında Peyğəmbərin (s) aşağıdakı ifadəsi qeyd olunmuşdur: "Onun (Məhdinin) adı mənim adımdan, atasının da adı mənim atamın adından olacaq…"[34][35][36] Əldə olan faktlar göstərir ki, "atasının adı da mənim atamın adından olacaqdır" ifadəsi Peyğəmbərin (s) sözündə olmamış və hədis söyləyən özü onu bilərəkdən, ya da bilmədən Peyğəmbərin (s) cümləsinə əlavə etmişdir. Peyğəmbər (s) isə yalnız "onun adı mənim adımdan olacaqdır" — deyə buyurmuşdur. Hafiz Gənci Şafei bu barədə deyir :

"Tirmizi bu hədisi rəvayət etmiş, lakin həmin hədisdə sonuncu cümlə gəlməmişdir.[37] Həmçinin, bu kimi məsələlərə çox diqqətlə yanaşan Əhməd ibn Hənbəl bu hədisi öz "Müsnəd"ində bir neçə yerdə qeyd etmiş, lakin həmin hədisdə sonuncu cümlə gəlməmişdir."[38]

Sonra Gənci əlavə edib deyir:

"Sünnilərin mötəbər hədisçilərinin bu barədə söylədikləri rəvayətlərin heç birində sonuncu cümlə qeyd olunmamışdır. Təkcə Zaidə adlı bir şəxsin Asimdən söylədiyi rəvayətdə bu cümlə qeyd olunmuşdur. Zaidə isə hədislərə özündən bəzi şeylər əlavə etdiyindən onun söylədiyi hədisə etibar edilmir. Bu məsələnin şahidi də odur ki, bu hədisi Asim adlı bir şəxs rəvayət etmiş, Hafiz Əbu Nüeym "Mənaqibül-Məhdi" kitabında bu hədisi söyləmiş otuz bir nəfərin adını çəkmiş və onların hamısı onu Asimdən rəvayət etmiş və heç birinin hədisində sonuncu cümlə gəlməmişdir. Yalnız Zaidənin rəvayətində o cümlə gəlmişdir. Təbii ki, bir nəfərin də rəvayəti bu qədər adamın rəvayətinin müqabilində etibarlı sayıla bilməz."[39]

[40]

border=none Əsas məqalə: Nərcis
  1. 1 2 İbn Xallikan, Vafayatul-əyan, c. 4, səh. 176 Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine; Dar Sadir, Beyrut, 1972; təhqiq: İhsan Abbas
  2. "وهو أبو محمد العلوي العسكري وهو أحد الأئمة الاثني عشر على مذهب الامامية ، وهو والد محمد الذي يعتقدونه المنتظر بسرداب سامرا وكان مولده سنة اثنتين وثلاثين ومائتين" "İmamiyyə məzhəbinin on iki imamından biri olan Əbu Məhəmməd əl-Ələvi əl-Əsgəri də bu ildə vəfat etmişdi. O, Samirra sərdabına girən və imamiyyə məzhəbinə görə bir gün zühur edəcəyinə inanılan Məhəmmədin atası idi. İmam əl-Əsgəri 232-ci ildə dünyaya gəlmişdi." İbni Əsir, “əl Kamil fit Tarix”, c. 7, səh. 226-228 Arxivləşdirilib 2021-01-18 at the Wayback Machine İbn əl-Əsir, əl-Kamil fit-tarix, c.6, səh.249-250; Darul-kutubil-ilmiyyə, Beyrut, 1407/1987; təhqiq: Əbul-Fida Abdullah əl-Qazi Arxivləşdirilib 2016-03-07 at the Wayback Machine
  3. "أولاد الإمام العسكري علیھ السلام أما الحسن العسكري الامام فله إبنان وبنتان أما الابنان فأحدهما صاحب الزمان عجل الله فرجه الشريف" "İmam Həsən əl-Əsgəri əleyhissalamın övladları: Həsən əl-Əsgəri imamdır, onun 2 oğlu və 2 qızı var idi.Oğullarından biri “Sahib əz-Zaman”dır, Allah şərəfli zühurunu təcil etsin." Fəxri ər-Razi, “Şəcərəh Mübarəkəh…”, səh. 78-79 Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine
  4. Şeyx Müfid, "əl-İrşad", səh. 346
  5. Əl Munavi, "Feyzul Qədir", c. 6, səh. 277
  6. Ğiyas b. Əsid deyib: Hz.Məhdi (ə.s) cümə günü dünyaya gəldi. Anasının adı Reyhanə idi, ona Nərcis deyilirdi. Bəziləri deyib ki, anasının adı Seyqəl idi, bəziləri isə deyib ki, (Səvsən) Süsəndir. Yalnız bəzi şəxslər deyib ki, hamilə olduğu övlada görə Suqeyl (nurlu, işıqlı və parıltılı) adlandırılıb.
    • Şeyx Səduq, "Kəmaluddin", səh. 432
  7. "Şeyx Kuleyni , "əl Kafi", c. 1, səh. 533, hədis 15". 2013-04-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-12-09.
  8. "Nömani, "Qeybət", səh. 73-74, hədis 7". 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-09.
  9. "Şeyx Səduq, "Uyunu Əxbar ər-Rza ə.s", c. 1, səh. 52, hədis 17". 2021-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-09.
  10. "Şeyx Səduq, "Kəmalud Din", səh. 240, hədis 64". 2021-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-09.
  11. "Şeyx Səduq, "Kəmalud Din", səh. 261, hədis 7". 2021-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-09.
  12. "Şeyx Müfid, "əl İxtisas", səh. 207". 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-09.
  13. Şeyx Müfid, "əl-İrşad", səh. 346.
  14. 1 2 "Zəhəbi, "Tarix əl-İslam", c. 19, səh. 113". 2011-08-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-12-09.
  15. Şeyx Kuleyni, "əl-Kafi", c. 1, "Höccət" kitabı, 125-ci fəsil, hədis 1350.
  16. Şeyx Səduq, "Kəmaluddin", səh. 432
  17. Əllamə Məclisi, "Biharul Ənvar", c. 51, səh. 342–366
  18. Şeyx Tusi, "əl-Qeybət", 2-ci nəşr, səh. 214–243
  19. "İsbatül Xüdat", c. 6 və 7
  20. Əllamə Məclisi, "Biharul Ənvar", c. 51, səh. 360–361
  21. Şeyx Tusi, "əl-Qeybət", səh. 242
  22. Şeyx Səduq, "Kəmalüddin", səh.480.
  23. Şeyx Müfid, "Əl İrşad", səh. 346
  24. "Fusul əl-Mühimmə", səh. 271
  25. Məsələn : 5-ci imam İmam Məhəmməd ibn Əli Baqir belə buyurmuşdur : "Qaimimiz qiyam etdiyində, Allah əlini qullarının başına qoyar. onun vasitəsiylə ağıllarını toplayar və beləliklə ağılları kamil olar (ağıllanarlar)."
    • Əllamə Məclisi, "Biharul Ənvar", c. 52, səh. 328 və 336)
  26. 6-cı imam İmam Cəfər ibn Məhəmməd əs-Sadiq (ə) belə buyurmuşdur : "Elm iyirmi yeddi hərifdir. Bütün peyğəmbərlərin gətirdikləri, sadəcə iki hərifdir. Bugünə qədər xalq, iki hərifdən çoxunu tanımayıb (bilməyib). bizdən olan Qaim qiyam etdiyi zaman digər iyirmi beş hərifi aşikar edər və xalqın içərisində yayar və iki hərfi də digərləriylə birləşdirər. Beləliklə iyirmi yeddi hərfi yayar. "(Əllamə Məclisi, "Biharul ənvar", c.52, s. 336)
  27. Məsələn : 8-ci imam İmam Əli ibn Musa ər-Rza (ə) belə buyurmuşdur : "…Məndən sonraki imam, oğlum Məhəmməddir. Məhəmməddən sonra oğlu Əlidir. Əlidən sonra oğlu Həsəndir. Həsəndən sonra oğlu Höccəti Qaimdir. Qeybətintdə gözləniləcək. Zühur etdiyindəitaət olunar. Dünyanın bir gündən artıq ömrü qalmasa belə, Allah, o günü o qədər uzadar ki, Həzrət zühur etsin və Yer üzünü zülümlə dolduğu kimi ədalətlə doldursun. Amma nə zaman gələcəyini söyləmək, qiyamətin nə zaman olcağını xəbər verməyə bənzəyər. Atam atasından, o da atasından və beləliklə Hz. Əli (ə) — dan nəqlən belə buyurur : Peyğəmbər (s) — dən "Ey Rəsulallah, soyundan olan Qaim nə zaman zühur edəcək ?" deyə soruşulduqda belə buyurdu : "Onun zühuru qiyamətə bənzər. Allah-dan başqası onun vaxtını bəlli edə bilməz (Müəyyənləşdirə bilməz). Bu Yer üzünə və Göy üzünə ağır gələr. Sizə ancaq birdən (ani) gələr."
    • Əllamə Məclisi, "Biharul Ənvar", c. 51, səh. 154
  28. Sıfr ibn Əbu Dələf, 9-cu imam İmam Məhəmməd ibn Əli ət-Təqi (ə) -ın belə buyurduğunu eşitdim. Deyir : "Məndən sonra İmam, oğlum Əli-dir. Onun əmri, mənim əmrim, sözü mənim sözüm, ona itaət mənə itaətdir. Ondan sonrakı imam (onun) oğlu Həsən-dir. Onun əmri, atasının əmri, sözü atasının sözü, ona itaət, atasına itaətdir." Sonra imam susdu. Söylədim : "Ey Rəsulallahın nəvəsi, Həsən-dən sonrakı imam kimdir ?" Hönkür-hönkür ağladıqdan sonra belə buyurdu : "Həsəndən sonrakı, haqq ilə qiyam edən və zühuru gözlənilən oğlu, Qaimdir."
    • Əllamə Məclisi, "Biharul Ənvar", c. 51, səh. 158
  29. Musa ibn Cəfər Bağdadi deyir ki, 11-ci imam İmam Həsən ibn Əli Əskəri (ə) -ın belə buyurduğunu eşitdim : "Məndən sonra, yerimdə oturacaq imam haqqında ixtilafa düşdüyünüzü görür kimiyəm. Amma bilin ki, Rəsullallahdan (s) sonra imamları qəbul edib, yalnız oğlumun imamətini inkar edən birisi, Allah-ın bütün peyuğəmbərlərini və elçilərini qəbul edib Muhamməd-in peyğəmbərliyini inkar eliyənə bənzər. Çünki sonuncumuza itaət etmək, ilkimizə itaət etmək kimidir. Sonuncumuzu inkar etmək, ilkimizi inkar etmək kimidir. Bəli oğlum qeybətə çəkilər. Allah-ın qoruduğu kimsədən başqa, bütün xalq qeybət dönəmində şübhəyə düşər."
    • Əllamə Məclisi, "Biharul Ənvar", c. 51, səh. 160
  30. Şeyx Səduq, "Kəmaluddin" səh. 434–478.
  31. Həsən ibn Əyyub ibn Nuh (r.ə.) İmam Əskəri (ə)-ın vəkillərindən olmuşdur
  32. "Əl Qeybət" səh. 217
  33. "Mehdi Pişvayi, "İmam Məhdi əleyhissəlamın həyatı", tərc.: Mais Ağaverdiyev, "Moce-elm", 2003, səh. 4". 2012-05-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-12-09.
  34. Sünəni-Əbu Davud, c.1, səh.106.
  35. Əbu Davud, "Sünəni Əbu Davud", (35.) "Mehdi" kitabı, 4282-ci hədis
  36. "Sünen-i Ebu Davud" Terceme ve Şerhi, "Şamil Yayınevi": 14/399–400
  37. Sünəni-Tirmizi, c.4, səh.505.
  38. Əhməd ibn Hənbəl, "Müsnəd", c.1, səh.448.
  39. "Müntəxəbül-əsər", səh. 231–235.
  40. Mehdi Pişvayi, "İmam Məhdi əleyhissəlamın həyatı", tərc.: Mais Ağaverdiyev, "Moce-elm", 2003, səh. 19–20

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]