İlyas Borağanski

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İlyas Borağanski
Doğum tarixi 22 aprel 1852(1852-04-22)
Doğum yeri
Vəfat tarixi 1942[1]
Vəfat yeri
Təhsili
Fəaliyyəti xəttat, yazıçı, universitet müəllimi[d]

İlyas Borağanski (22 aprel 1852, Bağçasaray, Tavriya quberniyası[d]1942[1], Ufa və ya Sterlitamak, Başqırd MSSR) — krım tatar naşiri, maarifçi, türkoloq, 50 il kitab nəşriyyatı işi ilə məşğul olmuşdur.

Mədrəsə təhsilini almışdır, orada xəttatlıq sənətini öyrənirdi. On beş yaşında Türkiyəyə getdi. 7 il İstanbulda nəşriyyat işi üzrə təhsil aldı. 1874-cü ildə İstanbul Universitetini bitirdi.

Baxçisaraya qayıdaraq şərq mətnlərinin tərcüməsi sifarişlərini yerinə yetirirdi. şüşə və metal üstündə oyma işini görürdü.

1893-cü ildə Sankt-Peterburqda ərəb şrifti və rus, türk, ərəb və fars dillərində çap işləri görən "Şərqi elektro nəşriyyatı" (rus. Восточная электро-печатня) adlı ilk tatar mətbəəsini təşkil etdi. 1898-1908-ci illərdə Sankt-Peterburq Universitetinin Şərq Dilləri fakültəsində osmanlı dilindən mühazirələr keçirdi.

Hökumətin 1911-ci ildə müsəlman əsərlərinin nəşrinə qadağa qoyması ilə mətbəədə Krım tarixi və mədəniyyətinə aid, həmçinin elmi, maarif və bədii kitablar nəşr olunurdu, onlar içərisində N. Qoqolun "Evlilik" kitabının krım tatar dilinə tərcüməsi və Qazaxıstan yazıçısı Abay Kunanbayevin ilk kitabı var idilər.

Peterburq alimləri onun mətbəəsində şərq əsərlərini çap edirdilər.

Yüksək keyfiyyətli çap və naşir kitablarının bədii tərtibatına görə çar hökuməti onu nişanla təltif etdi.

1919-cu ildə başqırd atçılıq diviziyası üçün yazılan tatardilli Salavat qəzetinin nəşr edilməsi haqqında sifariş aldı.

1920-ci ildə Petroqraddan Başqırdıstanın Sterlitamak şəhərinə köçməyə məcbur qaldı, ancaq kitab çapı ilə məşğul olmağa davam etdi.

Vəfat tarixi dəqiq məlum deyil, müxtəlif mənbələrdə 1924, 1934 və ya 1942-ci illər qeyd olunur.