İjo Mikloş

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İjo Mikloş
Izsó Miklós
Doğum tarixi 9 sentyabr 1831(1831-09-09)[1][2][…]
Vəfat tarixi 29 may 1875(1875-05-29)[1][2][…] (43 yaşında)
Vəfat yeri
Vəfat səbəbi vərəm
Dəfn yeri
Milliyyəti Macar
Fəaliyyəti Heykəltəraşlıq
Təhsili
  • Vyana İncəsənət Akademiyası[d] (1859–)
Janr Klassizm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İjo Mikloş (mac. Izsó Miklós; 9 sentyabr 1831[1][2][…]29 may 1875[1][2][…], Budapeşt[3]) — heykəltaraş, XIX əsrdə macar heykəltaraşlığının görkəmli nümayəndələrindən biri.[4]

1848-ci ildə 17 yaşlı Mikloş 1848–1849-cu illərdə Macarıstanda baş verən inqilabın fəal iştirakçılarından biri olub və yaralanıb.

İnqilab rəhbərlərinin obrazları (Layoş Koşut, Petyofi, Y.Bem, L.Battyani, Vaşvari, M.Tançiç) heykəltaraş Mikloş tərəfindən yaradılan portretlərin qalereyasına daxil olmuşdur.

O, üsyan yatırıldıqdan sonra sürgündə yaşamışdır. 1851–1856-cı illərdə heykəltaraş İştvana Ferentsinin rəhbərliyi altında Rimavska Sobota şəhərində (hazırda Slovakiyada yerləşir) daş üzərində yonmanı öyrənmişdir.

1856-cı ildə Budapeşt şəhərinin 2/3 hissəsini tutan Peştə gəlir. Gənc yazıçılar, rəssamlar və musiqiçilərin dəstəyi ilə Vyanaya yollanır və bir müddət orada Q.Qasser və Münhenin heykəltaraşlıq emalatxanasında işləyir.

1859-cu ildən Vyana Təsviri Sənət Akademiyasında təhsil alır. 1862-ci ildə Macarıstana geri qayıtdıqdan sonra öz müasirlərinin (Y.Aran, B.Eqreşi, A.Fay, İ.Zrinyi və b.) büstlərini yaradır. O klassizmi təmsil edirdi. İjo Mikloşun yaradıcılıq fəaliyyəti o qədər də uzun müddətli olmayıb.

Ona aid 3 böyük abidə, o cümlədən də Budapeştdə yerləşən Petyofinin abidəsi var. Macarıstanın məşhur simalarının çoxsaylı portretləri, 40-dən çox heykəltaraşlıq qrup janrı və ayrı-ayrı fiqurlar onun 15 illik yaradıcılığının məhsuludur.

Tuberkulyoz səbəbindən baş verən erkən ölümü onun maraqlı və məhsuldar yaradıcılığını yarımçıq qoydu.[5]

  1. 1 2 3 4 Izsó Miklós // Magyar életrajzi lexikon (mac.). / red. K. Ágnes Budapest: Akadémiai Kiadó, 1967.
  2. 1 2 3 4 Miklôs Izso // Benezit Dictionary of Artists (ing.). OUP, 2006. ISBN 978-0-19-977378-7
  3. 1 2 PIM identifier.
  4. Simon, Andrew L. (1998). Made in Hungary: Hungarian contributions to universal culture. Simon Publications LLC. pp. 49. ISBN 0-9665734-2-0.
  5. Мастера искусства об искусстве. Том 4. Первая половина XIX века. Сборник. — М.: Искусство, 1965. — с. 534–537

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]