Özbəkistan Super Liqası
Özbəkistan Superliqası (keçmiş adı — Oliy liqa, özb. Oʻzbekiston Superligasi) — Özbəkistanın peşəkar futbol klublarının yüksək səviyyəli yarışıdır. Özbəkistan Super Liqasını Özbəkistan Peşəkar Futbol Liqası keçirir. Superliqada iştirak edən komandaların sayı hazırda 14-dür. Mövsümün sonunda Super Liqada son iki pilləni tutan klublar Pro Liqaya düşəcək. Superliqanın yekununda 12-ci yeri tutan komanda Pro Liqanın 3-cü yeri tutan klubu ilə Keçid matçında iştirak edəcək. Özbəkistan Superliqasının qalibi növbəti mövsümdə Asiya Çempionlar Liqasında iştirak etmək hüququ əldə etməklə yanaşı, Özbəkistan Superkubokunda ölkə kubokunun qalibi ilə oynamaq imkanı əldə edəcək.
Müsabiqə formatı
[redaktə | vikimətni redaktə et]Yarışların idarə olunması, təşkili və nəzarəti Özbəkistan Peşəkar Futbol Liqası tərəfindən həyata keçirilir. Superliqa adi iki dövrəli formatda təşkil olunur. Çempionat hər il fevralın sonunda başlayır və noyabr ayına qədər davam edir. Mövsüm ərzində hər klub digər klublarla iki dəfə, bir evdə və bir dəfə səfərdə - cəmi 26 matçda oynayır. Komandalar qalibiyyət üçün üç xal, heç-heçə üçün bir xal, məğlubiyyət üçün isə xal qazanmır. Komandalar ümumi xallara görə sıralanır və mövsümün sonunda ən yüksək yer tutan klub çempion olacaq. Superliqada əsas komandanın oyunundan bir gün sonra U21 çempionat oyunu keçiriləcək.
Tarix
[redaktə | vikimətni redaktə et]Özbəkistanda futbol üzrə ölkə çempionatı 1992-ci ildən keçirilir. İlk dəfə təşkil olunan çempionatda “Paxtakor” və “Neftçi” eyni xalı toplayaraq sonda ikiqat çempionluğu bayram ediblər. Özbəkistan Futbol Çempionatının yüksək divizionu əvvəlcə Ali Liqa adlanırdı. Ölkə çempionatı 1992-2017-ci il mövsümlərində Olyi Liqa adı altında təşkil olunub. 2018-ci ildən etibarən Özbəkistan Peşəkar Futbol Liqası daxili çempionatda islahatlar həyata keçirib və yüksək divizionu Özbəkistan Super Liqasına çevirib[1].
Mükafat qazanan klublar
[redaktə | vikimətni redaktə et]Özbəkistan klubları arasında ən çox mükafat alan Daşkəndin “Paxtakor” komandasıdır. “Paxtakor” indiyədək 15 dəfə Özbəkistan çempionatında qızıl medal qazanıb. Özbəkistan Superliqasının qalibi olan klublar Asiya Çempionlar Liqasında iştirak edəcəklər. O cümlədən, Özbəkistan çempionu və Özbəkistan kubokunun sahibi Asiya Çempionlar Liqasının qrup mərhələsində birbaşa iştirak edəcək, Super Liqanın gümüş və bürünc medallarının sahibləri isə seçmə oyunlarla Çempionlar Liqasına çıxacaqlar. Superliqa komandalarının indiyədək qitə Çempionlar Liqasında ən yaxşı nəticəsi yarımfinal mərhələsidir. Bəzi illərdə Özbəkistan klubları da Asiyanın ikinci nüfuzlu turniri olan AFC Kubokunda iştirak ediblər. Xüsusilə, “Nasaf” 2011-ci ildə AFC Kubokunun finalında qalib gəlib.
Superliqada legioner limiti
[redaktə | vikimətni redaktə et]Klub 5-ə qədər əcnəbi futbolçunu UzPFL yarışlarına legioner kimi qeydiyyatdan keçirə bilər. Bu halda onlardan biri (və ya hamısı) Asiya Futbol Konfederasiyasının üzvü olan ölkənin vətəndaşı olmalıdır, yəni Özbəkistanda 4+1 limiti tətbiq olunur. AFC-nin üzvü olan ölkədən legioner olmadığı halda, klub ərizə formasına 4-dən çox əcnəbi futbolçu (ferma klubunda qeydiyyatdan keçmiş oyunçu da daxil olmaqla) daxil edə bilməz.
Super Liqa oyunçularının rekordları
[redaktə | vikimətni redaktə et]Özbəkistan Superliqasında bir sıra tanınmış yerli və əcnəbi futbolçular çıxış edib. Xüsusilə, braziliyalı Rivaldo 2008-2010-cu illərdə “Bunyodkor” un şərəfini qoruyub. 2009-cu ildə Rivaldo 20 qolla Özbəkistan çempionatının bombardiri olub. Superliqanın rekordçusu Ənvər Berdiyevdir . Uzun müddət “Neftçi” komandasının heyətində sabit çıxış edən futbolçu Özbəkistan çempionatları tarixində 225 qol vurmağı bacarıb. Oyunların sayına görə rekordçu Əsror Əlikulovdur. Yaxın keçmişin tanınmış müdafiəçisi ümumilikdə 520 oyuna çıxıb[2][3].
Mövsümün qalibləri
[redaktə | vikimətni redaktə et]Hər mövsümün sonunda Super Liqanın üç mükafatçı komandasının və Özbəkistan Pro Liqasına düşəcək komandaların adları müəyyənləşir[4].
Klublar
[redaktə | vikimətni redaktə et]“Paxtakor”dan sonra ən çox mükafat alan komandalar “Neftçi” və “Bunyodkor”dur. Hər iki komanda öz tarixlərində 5 dəfə Özbəkistan çempionatının qızıl medalını qazanıblar.[5]
Mövsümlər üzrə qaliblərin və bombardirlərin siyahısı
[redaktə | vikimətni redaktə et]Valeri Keçinov Özbəkistan çempionatının ilk mövsümündə 24 qolla bombardir olub. 2000-ci il mövsümündə Cəfər İrismətov “Dostluq”un heyətində 45 qol vuraraq mövsümün bombardiri olub və bu nəticə hələ də bir mövsümün rekordudur.[6]
Klublər | Qəlib | Kumuş | Bronzə | |||
Soni | Yil | Soni | Yil | Soni | Yil | |
Paxtakor Daşkənd FK | 16 | 1992, 1998, 2002, 2003, 2004, 2005, 2006, 2007, 2012, 2014, 2015, 2019, 2020, 2021, 2022, 2023[7] | 6 | 1993, 2001, 2008, 2009, 2010, 2018 | 2 | 2011, 2017 |
Neftçi Fərqanə FK | 5 | 1992, 1993, 1994, 1995, 2001 | 9 | 1996, 1997, 1998, 1999, 2000, 2002, 2003, 2004, 2006 | 1 | 2008 |
Bunyodkor | 5 | 2008, 2009, 2010, 2011, 2013 | 2 | 2007, 2012, 2016 | 2 | 2016, 2019 |
Lokomotiv | 3 | 2016, 2017, 2018 | 4 | 2013, 2014, 2015, 2019 | 1 | 2012 |
Doʻstlik | 2 | 1999, 2000 | ||||
MHSK | 1 | 1997 | 1 | 1995 | 1 | 1996 |
Navbahor | 1 | 1996 | 1 | 2022 | 10 | 1993, 1994, 1995, 1997, 1998, 1999, 2003, 2004, 2018, 2023, 2024 |
Nasaf | 1 | 2024 | 4 | 2011, 2017, 2020, 2023 | 11 | 2000, 2001, 2005, 2006, 2009, 2010, 2013, 2014, 2015, 2016, 2022 |
Mashal | 1 | 2005 | 1 | 2007 | ||
Nurafshon | 1 | 1992 | ||||
Soʻgʻdiyona | 1 | 2021 | 1 | 1992 | ||
AGMK | 1 | 2024 | 2 | 2020, 2021 | ||
Qızılqum FK | 1 | 2002 |
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Breaking: Oliy Liga tugatildi!". 20 Noyabr 2017. 2022-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08.08.2022.
- ↑ "Олий лига РЕТРО: Чемпион бўла олмаган юлдузларнинг рамзий терма жамоаси". 2023-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-06.
- ↑ "Олий лига РЕТРО: Чемпион бўла олмаган юлдузларнинг рамзий терма жамоаси".
- ↑ "Uzbekistan Super League all time topscoreres (as of 10 December 2018)". Championat.asia. 10-dekabr 2018-yil.
- ↑ "Uzbekistan Super League most appearances (9 December 2018)" (oʻzbekcha). Championat.asia. 9-dekabr 2018-yil.
- ↑ "Суперлига по футболу представила своего первого титульного спонсора". Nuz.uz. 5-aprel 2018-yil. 2018-04-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5-aprel 2018-yil.
- ↑ "Coca Cola Суперлигаси. "Пахтакор" чемпион, "Қўқон-1912" қуйи лигага тушиб кетди!". 2022-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12-noyabr 2022-yil.