Çaul döyüşü

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çaul döyüşü
Məmlük-Portuqaliya dəniz müharibəsi
XVI əsrdə Hind okeanında Portuqaliya donanması
XVI əsrdə Hind okeanında Portuqaliya donanması
Tarix Mart 1508
Yeri Çaul körfəzi, Hind okeanı, Hindistan
Səbəbi Hind okeanı, Qırmızı dəniz, Ərəbistan dənizi, Hindistan sahillərinə nəzarət
Nəticəsi Müttəfiqlərin portəgizlər üzərində qələbəsi
Münaqişə tərəfləri

Məmlük dövləti
Qucarat sultanlığı
Kəliküt şəhəri

Portuqaliya imperiyası

Komandan(lar)

Əmir Heseyn Əl Kürdi
Malik Ayaz

Lourensu di Almeyda

Tərəflərin qüvvəsi

Məmlük dövləti: 6 böyük gəmi, 6 böyük qalereya, 1500 əsgər; üstəlik Qucarat qaleraları[1]

8 gəmi[2]

İtkilər

6 gəmi, 140 nəfər

600-700 nəfər[3]

Çaul döyüşü — bir tərəfdən Portuqaliya donanması ilə digər tərəfdən Misir Məmlükləri, Qucarat sultanlığı və Kaliküt şəhərinin birləşmiş donanması arasında dəniz döyüşü.[1] Döyüş 1508-ci ilin martında Hindistanın şimal-qərbindəki Çaul körfəzində baş verib. Döyüş 8 gəmidən 6-nı itirən portuqalların tam məğlubiyyəti ilə başa çatdı.[2] Portuqaliyalı komandan, Hindistanın ilk portuqaliyalı canişini Fransisko de Almeydanın oğlu Lourenço de Almeyda da döyüşdə həlak oldu. Döyüş portuqalların Hind okeanında ilk məğlubiyyəti idi.

Hindistandan gələn ədviyyat ticarətinə fəal şəkildə müdaxilə edən portuqallar Hindistanın cənubunda Kerala sahillərində özlərinə istinad mövqesi qurdular. Ədviyyat yolunu ələ keçirməyə çalışan portəgizlər bölgədəki mühüm strateji məntəqələri tutmağa başladılar. Tədricən onlar İndoneziya, Moluk adaları və Çindən ticarət yollarının kəsişdiyi Qücərata nəzarət etməyin vacibliyini dərk etdilər.[4]

Portuqallara bölgədəki ədviyyat ticarətinə nəzarət edən qüvvələr koalisiyası müqavimət göstərməyə başladı. Bu koalisiyaya Kaliküt, Qücərat, MisirVenesiya daxil idi. Güclü quru ordusu olan, lakin dəniz qüvvələri olmayan Misir məmlükləri Venesiya yardımı ilə dəniz gəmilərinin inşasına başladılar. Bölgədə gəmi inşa etmək üçün taxta olmadığına görə Venesiya Aralıq dənizi üzərindən Qara dəniz bölgələrindən İsgəndəriyyəyə taxta daşınmasını təşkil etdi. Bunun qarşısını məmlüklərin əleyhdarları — yükün əhəmiyyətli bir hissəsini tutan Rodos Hospitalyerləri aldı. İsgəndəriyyəyə gətirilən taxta dəvələrdə Süveyşə daşınırdı, burada gəmilər Venesiyadan olan ustaların rəhbərliyi altında yığılırdı.[4]

Gəmilərin inşası bir neçə il çəkdi. 1507-ci ilin fevralında 6 böyük okean gəmisi və 6 böyük qaleradan (1500 əsgər) ibarət donanma Süveyşdən yola düşdü. Məmlük Sultanı Qansu Qavri Ciddə valisi Əmir Hüseyn əl-Kürdini donanmaya komandan təyin etdi. Onunla yanaşı Kəliküt Zamorinin səfiri Mehmed Markar da səfərə yollandı. Donanma əvvəlcə Ciddəyə daxil oldu, bundan sonra Hind okeanını keçərək 1508-ci ilin əvvəlində Diuya çatdı.

Diuda Məmlük donanması Qücərat sultanının xidmətində əslən Dalmatiyadan olan məmlük Malik Ayyazın başçılıq etdiyi Qücərat gəmiləri ilə birləşdi. İlkin plana görə, Kəliküt Zamorininin donanması koalisiyaya qoşulmalı idi, lakin o, 1507-ci ildə məmlükləri gözlədi və gəmilərinin çoxu 1508-ci ilə qədər Diudan ayrıldı. Koalisiya gəmiləri Hindistanın qərb sahilindəki Portuqaliya ticarət məntəqələrinə və qalalarına hücum etmək planlarını quraraq Diudan ayrıldı.[5]

Çaul körfəzində Lourenso de Almeydanın rəhbərliyi altında məmlüklərin, Qücərat və Kalikütlərin gəmiləri portuqalların gəmilərini qarşıladı. Fransisko de Almeydanın rəhbərliyi altında portuqalların əsas qüvvələri şimala doğru getdi. Lourenso de Almeyda bəzi portuqaliyalı tarixçilərin səhv hesab etdiyi qəbul etmək qərarına gəldi. Döyüş iki gün davam etdi. Məmlüklərin və Qücəratların daha çox gəmiləri var idi. Lakin uzun müddət Portuqal karraklarının yüksək tərəflərinə qalxa bilmədilər. Çox səydən sonra Lourenso de Almeidanın flaqmanı Çaul körfəzinin girişində batdı və portuqallar məğlub oldular. 8 Portuqaliya gəmisindən yalnız ikisi qaça bildi, Portuqaliya itkilərini təxminən 140 nəfəri ölü təşkil edirdi. Mehmed Markar da daxil olmaqla bir neçə qücərat kapitanı da döyüşdə həlak oldu.[5]

Məmlük və Qücərat gəmiləri Diuya qayıtdılar. Burada sonradan Diu döyüşündə Fransisko de Almeydanın başçılığı altında əsas Portuqaliya qüvvələri tərəfindən hücuma məruz qaldılar.[6][7][8]

  1. 1 2 "Foundations of the Portuguese empire, 1415–1580 by Bailey Wallys Diffie p.232". 2022-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-02.
  2. 1 2 Tide of Empires: 1481–1654 Peter Padfield p.62ff [1] Arxivləşdirilib 2016-01-02 at the Wayback Machine
  3. "Conquerors; How Portugal seized the Indian Ocean and forged the first Global Empire" by Roger Crowley p.219
  4. 1 2 Foundations of the Portuguese empire, 1415–1580 by Bailey Wallys Diffie p.230 [2] Arxivləşdirilib 2020-07-26 at the Wayback Machine
  5. 1 2 "Malabar manual William Logan p.316ff". 2021-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-02.
  6. Rogers, Clifford J. Readings on the Military Transformation of Early Modern Europe, San Francisco:Westview Press, 1995, pp. 299–333 at Angelfire.com Arxivləşdirilib 2020-12-08 at the Wayback Machine
  7. Salvadore, Matteo. The African Prester John and the Birth of Ethiopian-European Relations, 1402-1555 (ingilis). Routledge. 2016-06-17. ISBN 978-1-317-04546-5. 2024-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-12.
  8. Ahmed, Faisal; Lambert, Alexandre. The Belt and Road Initiative: Geopolitical and Geoeconomic Aspects (ingilis). Taylor & Francis. 2021-11-29. ISBN 978-1-000-48800-5. 2024-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-12.