Çao Pey
Çao Pey | |
---|---|
çin. 曹丕 | |
Əvvəlki | Çao Çao |
Sonrakı | Çao Yui |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Fəaliyyəti | şair, yazıçı, Kral, siyasətçi |
Atası | Çao Çao |
Anası | Bian |
Uşaqları | |
Vikianbarda əlaqəli mediafayllar |
Çao Pey, Çao Pi (çin. sadə. 曹丕, pinyin: Cáo Pī, d.187–ö.29 iyun 226) — Vey hökmdarı, dahi Çin şairi və sərkərdəsi, Çao Çaonun konkubina Biandan olan oğlu, Çao Çjinin qardaşı, Vey sülaləsinin banisi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Çao Pey dünyaya gələrkən hələ onun atası Çao Çao adi orta dərəcəli perespektivsiz bir məmur idi. Uşaqlıq illəri müharibələrdə iştirak etdiyi üçün atasız keçmışdir. 211-ci ildə Çao Pey atasının — baş vəzir Çao Çaonun müavini təyin edilir. Bu illərdə hərbi yürüşlərdə onun böyük qardaşı Çao Am həlak olur və Çao Pey ailənin böyük oğluna çevrilir. Buna baxmayaraq Çao Çao onu varis kimi elan etməkdə tərəddüd edirdi. Çao Pey və Çao Çjau arasında qalan Çao Çao generalların məsləhətinə əsasən Çao Pey varis elan edilir. Ölkədəki nizam-intizamı saxlamaq baxımından, Çao Çjinin təcrübəsizliyi baxımından bu düzgün qərar sayılırdı.
220-ci ildə Çao Çao öldükdən sonra hakimiyyət Çao Peyə keçir. Varisin Çao Çao tərəfindən mübahisəsiz elan edilməsinə baxmayaraq, ilk vaxtlar çaxnaşmalar yaranır. Çao Pey atasının ölüm xəbərini Eçen şəhərində hərbi düşərgədə almış olur. Bundan istifadə edən Çao Çjan ordusunu paytaxt Loyana yürüdür. Bunun qarşılığında Çao Pey anasının adından onun varis olduğunu bəyan etdirir və cəld ölkədə nizamı saxlamaq üçün tədbirlər görür və ardaşı Çao Çjanın səlahiyyətlərini məhdudlaşdırmağa nail olur. Bundan sonra Çao Pey nominal imperator olan Syan-dini hakimiyyətdən uzaqlaaşdıraraq, Vey sülaləsinin başlandığını elan edir. Müqabilində o, hakimiyyəti əlindən alınmış imperatoru, "qun" titulu verərək Şenyana göndərir. Atasına isə o, ölümündən sonra Men Vey adlandırarq ona imperator titulu verir. Müxtəlif yazılarda Vey həm çarlıq həm də imperiya, o cümlədən hökmdarları isə həm çar həm də imperator kimi göstərilir.
Çao Pey taxta oturduqdan və özünü Han sülaləsinin qanuni varisi elan etməsindən sonra ölkənin digər ərazilərinə nəzarət edən sərkərdələr Lyu Bey (161–223) və Sun Çyuan (182–252) özlərini həmin ərazilərin hökmdarı elan edirlər. Lyu Bey ixtiyarında olan ərazilərdə Şu dövlətini quraraq özünü hökmdar və Şu sülaləsinin başlandığını elan edir. Gərgin siyasi durum onu, digər ərazilərdə hökmranlığını qurmuş Sun Çyuan ilə Vey dövlətinə qarşı müttəfiqliyə məcbur edir. Çibi döyüşündən sonra müttəfiqlər öz mövqeylərini xeyli möhkəmlətmiş olurlar.
Vey, Şu, U çarlıqlarının xəritəsi. 262-ci il |
---|
SƏLƏF Çao Çao Han sülaləsi Baş vəzir |
Üç çarlıq Çao Pey Vey sülaləsi |
XƏLƏF Çao Yui Vey sülaləsi |
- ↑ China Biographical Database (ing.).