Çəpkən

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

ÇəpkənAzərbaycanda milli kişi və qadın geyiminin bir hissəsidir. Çəpkən astarlı olub, belə qədər bədənə kip tikilir. Yan tərəflərdə ətəyə yaxın hissədə çapığı olan çəpkənin əlcək ilə bitən qondarma qolları (astarı qiymətli parçadan olan qollara bəzən düymələr tikilir) olur. Bel hissədən bağ ilə bağlanır. Çəpkən tirmə, darayı, məxmər, müxtəlif zərli parçalardan tikilir. Çəpkənin yaxası, ətəyi, qolunun kənarları zərif bafta, kəbəzəncirə və s. tikmələrlə bəzədilir. Bəzən çəpkənin üstündən gümüş kəmər də bağlayırlar. Ön Asiya, Yaxın Şərq xalqları arasında, Azərbaycanda (xüsusilə, DQMV, Xankəndi, Şuşada, Bakıda, Şəkidə, Şamaxıda) geniş yayılmışdır.

Pullu çəpkən

[redaktə | mənbəni redaktə et]

Pullu çəpkən biçimi çəpkənlə eyni formada olub, qolsuzdur. Astarı zolağı materialdandır. Yaxa və ətək xətti boyunca 3 sıra pullarla bəzədilir. Yaxasına, bel hissədə bağlanmış qaytan vasitəmilə çarpaz bağlanır. [1]

  1. "Milli geyimlər". 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-04-22.