Çöl ağcaqayını
Çöl ağcaqayını | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Çöl ağcaqayını |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Çöl ağcaqayını (lat. Acer campestre) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinə aid bitki növü.
Botaniki xarakteristikası
[redaktə | vikimətni redaktə et]Hündürlüyü 15 m-yə qədər olan enli çətirli ağac və yaxud ağacşəkilli hündür koldur. Gövdəsinin qabığı qonura çalan-boz rəngdə olub, uzununa çatlıdır. Yarpaqlarının uzunluğu 4-8 sm, eni 4-10 sm, küt 5-bölümlü, nadir hallarda 3-bölümlüdür, yarpağın qaidə hissəsi ürəkşəkillidir, nazikdir, üst tərəfədən tutqun tünd-yaşıl, alt tərəfədən isə daha açıqdır, sarımtıl-yaşıl rənglidir və tükcüklüdür və yaxud yalnız yarpaqların küncündə saqqalcıqlıdır. Saplaqları eynidir, yarpaq ayasından bir az uzun və ya qısadır. Çiçəkləri xırda, sarımtıl-yaşıl rəngdədir. Çiçək qrupunun oxu, çiçək saplağı, kasa yarpağı və ləçəklər (kənarları) tükcüklüdür. Qanadcıqlarının uzunluğu 2-4 sm-dir, üfüqi xətt üzrə yerləşmiş, bəzən qanadları oraqvari əyilmiş halda olur. Findiqca meyvələri çılpaq və ya yumşaq tükcüklüdür. Aprel-may aylarında çiçəkləyir, çiçəkləmə yarpaqların açılması ilə eyni vaxtda və yaxud gec olur. Avqust-sentyabr aylarında meyvə verir.
Azərbaycanda yayılması
[redaktə | vikimətni redaktə et]Samur-Şabran oval., BQ (Quba), BQ şərq, BQ qərb, Alazan Əyriçay, KQ şimal, KQ mərkəz, KQ cənub, Nax. dağ, Lənk. dağ. Aşağı dağ qurşağından yuxarı dağ qurşağına qədər.
Yaşayış mühiti
[redaktə | vikimətni redaktə et]Meşə kənarında və meşələrdə qarışıq halda rast gəlinir.
Təsərrüfat əhəmiyyəti
[redaktə | vikimətni redaktə et]Dekorativ bitkidir. Oduncağı xırda məmulatların hazırlanmasında istifadə olunur.
Sinonimləri
[redaktə | vikimətni redaktə et]Homotipik sinonimləri
[redaktə | vikimətni redaktə et]- Euacer campestre (L.) Opiz
Yarımnövləri
[redaktə | vikimətni redaktə et]- Acer campestre subsp. campestre
- Acer campestre subsp. leiocarpum (Opiz) Pax
- Acer campestre subsp. marsicum (Guss.) Hayek
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1055.