Fransişku Quterriş

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Fransişku Quterriş
Şərqi Timor Demokratik Respublikasının Prezidenti
20 may 2017 – h.h
ƏvvəlkiTaur Matan Ruak
Milli Məclisin sədri
20 may 2002 – 31 iyul 2007
Əvvəlkivəzifə təsis edilib
SonrakıFernandu di Arauju
Təsis Məclisinin sədri
15 sentyabr 2001 – 20 may 2002
Əvvəlkivəzifə təsis edilib
Sonrakıvəzifə ləğv edilib
Şəxsi məlumatlar
Doğum tarixi (70 yaş)
Doğum yeri Ossu, Portuqaliya Timoru (indiki Şərqi Timor)
Fəaliyyəti siyasətçi
Həyat yoldaşı Sidaliya Lopes Nobre Muzino Guterriş

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fransişku Quterriş (port. Francisco Guterres; tetum Francisco Guterres; 7 sentyabr 1954[1][2], Ossu[d], Vikike bələdiyyəsi[d]) — 2017-ci ildən etibarən Şərqi Timor Prezidenti olan şərqi timorlu siyasətçi.

1954-cü ildə Ossuda anadan olan Quterreş özünü "kasıb ailənin, təvazökar insanların övladı" olaraq xarakterizə etdi. O, Roma katolikidir və keçmiş partizan döyüşçüsüdür.

1998-ci ildə Avstraliyanın Sidney şəhərində keçirilən Fretilin Fövqəladə Konfransında Quterreş Silahlı Müqavimət Şurasının baş koordinatoru seçildi. 2001-ci ilin iyulunda Fretilin Prezidenti seçildi. Guterriş 2001-ci ilin avqustunda parlament seçkilərində Təsis Məclisinə seçildi və daha sonra 2002-ci ilin mayında Şərqi Timor müstəqillik qazandıqdan sonra təsis məclisi tərəfindən prezident olaraq seçildi, təsis məclisi parlamentə çevrildi və o parlament sədri oldu.[3]

2007-ci il prezident seçkilərində Quterriş Fretilinin namizədi olaraq yarışdı və populist platformada təbliğat apardı. Lakin Fretilinin bəzi üzvləri onu 2006-cı ildə Şərqi Timor böhranında günahlandırdı və müstəqil namizəd olaraq mübarizə aparan Baş nazir Joze Ramuş-Ortanı dəstəklədi. 9 apreldə keçirilən seçkinin ilk turunda Quterriş 27.89% səslə birinci yeri tutdu. O və Ramuş-Orta may ayında keçirilən ikinci turda iştirak etdilər və Quterriş Ramuş-Ortanın 69% səsinə qarşı yalnız 31% səs toplayaraq məğlub oldu. Nəticəni qəbul etdi və Ramuş-Ortanı təbrik etdi.[4]

Quterriş 2007-ci ilin iyununda keçirilən parlament seçkilərində Fretilinin namizəd siyahısında ilk ad olaraq yenidən parlamentə seçildi.[5]

2017-ci il prezident seçkilərində sabiq Baş nazir Şanana Gujmau və partiyası Timor Yenidənqurma Milli Konqresinin dəstəyi ilə yenidən Fretilin namizədi olaraq iştirak etdi. İlkin nəticələr onun ilk turda 50%-dən çox səs topladığını göstərdi. Guterriş 20 may 2017-ci ildə Şərqi Timorun seçilmiş ilk partizan Prezidenti olaraq vəzifəyə başladı.

  1. Francisco Guterres // Brockhauz Ensiklopediyası (alm.).
  2. Francisco Guterres // Munzinger Personen (alm.).
  3. http://www.parlamento.tl/pag_dep_web/023.htm[ölü keçid]
  4. "Arxivlənmiş surət". 2012-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-23.
  5. https://web.archive.org/web/20070810223956/http://www.cne.tl/Eleisaun_Parlamentar/ACTA%20FINAL/aviso_publico_final%2009-07-07-ENGLISH.pdf

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]