UEFA Kuboku finalı 1976
UEFA Kuboku finalı 1976 | |||||||
---|---|---|---|---|---|---|---|
Turnir | UEFA Kuboku 1975/1976 | ||||||
|
|||||||
Yekun nəticə | |||||||
Birinci matç | |||||||
|
|||||||
Tarix | 28 Aprel 1976 | ||||||
Yer | Enfild, Liverpul | ||||||
Hakim | Ferdinand Biversi (Almaniya) | ||||||
Tamaşaçı | 50,188 | ||||||
İkinci matç | |||||||
|
|||||||
Tarix | 19 May 1976 | ||||||
Yer | Olimpiya stadionu, Brügge | ||||||
Hakim | Rudolf Qlökner (Almaniya) | ||||||
Tamaşaçı | 29,423 | ||||||
← 1975 1977 → |
UEFA Kuboku finalı 1976 — 1976-cı ilin 28 aprel və 19 may tarixlərində İngiltərə təmsilçisi "Liverpul və Belçika təmsilçisi "Brügge" komandaları arasında 2 oyundan ibarət olaraq Enfild və Olimpiya stadionunda keçirilmiş UEFA Kuboku final matçları. Bu matç avropanın ikinci ən mötəbər klub turniri olan UEFA Kubokunun final matçı idi. "Liverpul" bu turnirdə ikinci dəfə final matçına çıxırdı. Onlar ilk dəfə 1973-cü ildə turnirin artıq qalibi olmuşdular. "Brügge" isə avropa miqyaslı turnirinin finalına vəsiqə qazanmış ilk Belçika komandası idi.
Hər iki klub ümumilikdə 5 mərhələni keçərək finala vəsiqə əldə etdilər. Turnir boyunca oyunlar ev-səfər qaydaları üzrə iki dəfə keçirilirdi. "Liverpul" rəqibləri üzərində asan qələbələr qazanırdı. Onlar ikinci raundda "Real Sosyedad" üzərində 9-1, yarımfinal oyununda isə "Barselona" üzərində 2-1 hesablı qələbə əldə etdilər. "Brügge" keçirdiyi oyunların bir çoxunda minimal hesablı üstünlüklə qələbə qazandı. Turnir boyunca onların ən böyük üstünlüyü isə 2 qol ilə ölçülürdü. Bu matçlar ardıcıl olaraq birinci və üçüncü mərhələdə Fransa təmsilçisi "Lion" və İtaliya təmsilçisi "Roma" ilə keçirilmiş oyunlara təsadüf edirdi.
Enfild stadionunda keçirilmiş ilk final matçını 50,188 tamaşaçı izləyirdi və matçın ilk hissəsində "Brügge" Raul Lambert və Culien Kuulsun qolları ilə 0-2 hesabı ilə öndə idi. "Liverpul" ikinci hissədə durumu bərpa etdi; 7 dəqiqə ərzində Rey Kennedi, Cimmi Keys və Kevin Kiqanın vurduğu qollar "Liverpul" komandasına finalın ilk matçında qələbə qazandırdı. Brügge şəhərində keçirilmiş cavab matçında isə Olimpiya stadionunda oyunu 29,423 tamaşaçı izləyirdi. Bu görüşün 11-ci dəqiqəsində ev sahibi hesabda önə keçdi. "Liverpul" komandası bundan 4 dəqiqə sonra Kevin Kiqanın cərimə zərbəsindən vurduğu qolla hesabı bərabərləşdirdi. Bundan sonra oyunda hesab dəyişmədi və matç 1-1 hesabı ilə başa çatdı. Beləliklə "Liverpul" final matçını yekunda 4-3 hesabı ilə qazanaraq tarixində ikinci dəfə UEFA Kubokuna sahib oldu.
Finala gedən yol
Liverpul
"Liverpul" Uefa Kuboku turnirinə 1974–75 İngiltərə Futbol Liqasını ikinci pillədə başa vurmaqla vəsiqə qazandı. Onların birinci mərhələdə rəqibləri Şotlandiyanın "Hibernian" klubu idi. İlk matçı səfərdə keçirən "Liverpul" İster Roud stadionunda 1-0 hesabı ilə məğlub oldu amma Enfilddə keçirilən cavab matçında onlar Con Benjamin Toşakın het-triki ilə 3-1 hesablı qələbə əldə etdilər. Beləliklə onlar ilk mərhələni 3-2 hesabı ilə adladılar.[1] İkinci mərhələdə "Liverpul" İspaniyanın "Real Sosyedad" klubu ilə qarşılaşdı və səfərdə keçirilən ilk matçda qonaq komanda 1-3 hesablı qələbə qazandı. Cavab qarşılaşmasında 6-0 hesablı qələbə ilə yekun hesab 9-1 ilə nəticələndi.[2]
Mərhələ | Rəqib | Birinci oyun | İkinci oyun | Yekun hesab |
---|---|---|---|---|
Birinci | Hibernian | 1-0 (s) | 3–1 (e) | 3–2 |
İkinci | Real Sosyedad | 1-3 (s) | 6–0 (e) | 9–1 |
Üçüncü | Slask Vroslav | 1-2 (s) | 3–0 (e) | 5–1 |
1/4 final | Dinamo Drezden | 0–0 (s) | 2–1 (e) | 2–1 |
Yarımfinal | Barselona | 0-1 (s) | 1–1 (e) | 2–1 |
Üçüncü mərhələdə "Liverpul"un rəqibi Polşanın "Slask Vroslav" oldu. İlk matç Polşada Oporovska stadionunda keçirildi və "Liverpul" Rey Kennedi və Toşakın qolları ilə 1-2 hesablı qələbə qazandı. Enfilddə keçirilən cavab matçında isə Cimmi Keysin het-triki ilə ev komandası 3-0 hesabı ilə qələbə qazandı və beləliklə "Liverpul" yekunda 5-1 hesabı ilə dörddəbir final mərhələsinə adladı.[3] Dörddəbir finalda "Liverpul"un rəqibi Şərqi Almaniyanın "Dinamo Drezden" komandası oldu. Almaniyada keçirilmiş ilk oyunda "Liverpul"un qapıçısı Rey Klemens 11 metrlik cərimə zərbəsini tutduqdan sonra matç 0-0 hesabı ilə bitdi. Cavab matçında isə Cimmi Keys və Kevin Kiqanın qolları ilə 2-1 hesablı qələbə qazanan "Liverpul" yarımfinala adladı.[4]
Yarımfinal mərhələsində rəqib İspaniyanın "Barselona" klubu idi. Tərəflər arasında ilk oyun Barselonada, Kamp Nouda keçirildi. "Liverpul" səfərdə Con Benjamin Toşakın 13-cü dəqiqədə vurduğu qol ilə qalib gəldi. Enfilddə keçirilən cavab matçının 50-ci dəqiqəsində Fil Tompson "Liverpul"u hesabda irəli keçirdi. Lakin 1 dəqiqə sonra "Barselona" hesabı bərabərləşdirsədə matçda hesab sonradan dəyişmədi. Final fitindən sonra yekun hesabda 2-1 hesabı ilə qalib gələn "Liverpul" tarixində ikinci dəfə UEFA Kuboku turnirinin finalına vəsiqə əldə etdi.[5]
Brügge
Mərhələ | Rəqib | Birinci oyun | İkinci oyun | Yekun hesab |
---|---|---|---|---|
Birinci | Olimpik Lion | 4-3 (s) | 3-0 (e) | 6-4 |
İkinci | İpsviç Taun | 3–0 (s) | 4–0 (e) | 4-3 |
Üçüncü | Roma | 0-1 (s) | 1–0 (e) | 2-0 |
1/4 final | Milan | 2–1 (s) | 2-0 (e) | 3–2 |
Yarımfinal | Hamburq | 1–1 (s) | 1–0 (e) | 2–1 |
"Brügge" klubu UEFA Kubokuna vəsiqəni 1974-75 Belçika birinci divizyonunda dördüncü pilləni tutmaqla qazandı.[6] Birinci mərhələdə rəqib Fransanın "Lion" klubu oldu. Tərəflər arasında ilk matç Lionda Jerlan stadionunda baş tutdu və "Brügge" 4-3 hesabı ilə məğlub oldu. Olimpiya stadionunda keçirilən cavab qarşılaşmasında isə onlar 3-0 qalib gələrək yekunda 6-3 hesabı ilə növbəti mərhələyə adlamaq şansı əldə etdilər.[7]
"Brügge"nin ikinci mərhələdə rəqibi İngiltərə təmsilçisi "İpsviç Taun" komandası oldu. Mərhələnin ilk matçı "İpsviç Taun"un meydanı Portman Roadda baş tutdu və ingilislər 3-0 hesabı ilə qələbə qazandılar. Cavab matçında turnirdə mübarizəni davam etdirmək üçün "Brügge" ən azı 3 qol vurmalı idi. Məhz cavab qarşılaşmasında onlar 4-0 hesablı nəticə ilə yekunda 4-3 hesabı ilə üçüncü mərhələyə adladılar.[7]
Üçüncü mərhələdə rəqib "Roma" klubu idi. İlk matçı evində oynayan "Brügge" Yulien Kuulsun qolu ilə 1-0 hesablı qələbə qazandı. İkinci görüşdə də Olimpiko stadionunda 0-1 hesabı ilə qalib gələn "Brügge" yekun nəticədə 2-0 hesabı ilə dörddəbir final mərhələsinə adladı. Püşkatma nəticəsində onlar bu mərhələdə digər İtaliya təmsilçisi "Milan" ilə qarşılaşmalı oldular. İlk oyunu evində keçirən "Brügge" Ulrik le Fevre və Eduard Kriqerin qolları ilə 2-0 hesabı ilə qələbə əldə etdilər. "Brügge" cavab qarşılaşmasında San Siroda 2-1 hesabı ilə məğlub olsa da, yekun 3-2 hesabı ilə yarımfinal məhrələsinə adladı.[7]
"Brügge"nin yarımfinal mərhələsində rəqibi Almaniya təmsilçisi Hamburq oldu. İlk oyun Hamburqu stadionu Volksparkştadionda baş tutdu və matç 1-1 hesabı ilə yekunlaşdı. Səfərdə vurduğu qol "Brügge"yə üstünlük verirdi. Öz evində 1-0 hesablı qələbə qazanan "Brügge" yekunda 2-1 hesabı ilə tarixində ilk dəfə Avropa miqyaslı turnirin final matçına vəsiqə əldə etdi.[7]
Arxa plan
"Liverpul" tarixində ikinci dəfə UEFA Kuboku turnirinin finalında çıxış edəcəkdi. Onlar 1973-cü ildə ilk dəfə turnirin finalında çıxış edərkən "Borussiya Münhenqladbax" komandasına 3-2 hesabı ilə qalib gəlmişdilər. "Brügge" komandası isə tarixində ilk dəfə Avropa miqyaslı turnirin finalına çıxmaqla bu nailiyyəti qazanan ilk Belçika təmsilçisi olmuşdur. Onlar 1970–71 mövsümü UEFA Kuboklar Kuboku turnirinin dörddəbir final mərhələsinə kimi irəliləmiş[8] lakin burada İngiltərənin "Çelsi" komandası tərəfindən məğlub edilmişdilər.[9]
"Liverpul" final matçları arasında 1975–76 İngiltərə Futbol Liqasını mövsümünü qazandı belə ki, çempionatın son turunda "Vulverhempton" üzərində 3-1 hesablı qalibiyyətdən sonra İngiltərə çempionluğunu rəsmiləşdirdilər. Daxili çempionatda bu uğurdan sonra "Liverpul" İngiltərə çempionu kimi UEFA Çempionlar Kuboku 1976/1977 turnirində iştirak hüququ qazandı.[10] "Brügge" 1975–76 Belçika birinci divizyonunda "Anderlext" ilə 4 xallıq fərqlə birinci başa vurdu. Onların bu uğuruda həmçinin onlara Belçika çempionu kimi Avropa miqyaslı turnirdə iştirak hüququ qazandırdı.[6]
Birinci matç
Nəticə
"Brügge" oyuna daha yaxşı başladı və oyunun 5-ci dəqiqəsinda artıq hesabda irəli keçdi. Fil Nil tərəfindən geriyə qapıçıya başla ötürülən topa birinci çatan "Brügge"nin yarımmüdafiəçisi Raul Lambert nəzarəti ələ alaraq topu qapıçı Rey Klemensin başı üzərindən qapıya göndərdi.[11] Bundan 7 dəqiqə sonra "Brügge" Yulien Kuulsun qolu ilə üstünlüyünü bir qədər də artırdı. Belçikalılar hücumlarını davam etdirsədə "Liverpul" müdafiəçiləri Emlin Hyüz və Tommi Smit ilk hissənin sonuna qədər rəqibin qarşısını ala bildi.[12]
"Liverpul"un baş məşqçisi Bob Peysli fasilədə komanda da dəyişiklik etməyi qərara aldı. Bob Peysli hücumçu olan Con Benjamin Toşakı yarımmüdafiəçi Cimmi Keys ilə dəyişmək qərarı aldı. Bu dəyişiklik oyuna öz təsirini göstərdi.[12] Oyunun 59-cu dəqiqəsində "Liverpul"dan Stiv Heyvey topu Rey Kennediyə ötürdü ki, ikinci öz növbəsində 18 metrdən hesab arasındakı fərqi azaltdı. Bundan 2 dəqiqə sonra isə Rey Kennedinin zərbəsindən sonra qapı dirəyindən geri dönən topu Cimmi Keys qapıya göndərdi.[4] "Liverpul" iki dəqiqə sonra hesabı bərabərləşdirdi; Kennedinin zərbəsindən sonra top qapı dirəyindən qayıdaraq Keysin önünə düşdü ki, öz növbəsində yaxın məsafədən hesabı bərabərləşdirdi.[11]
"Liverpul" üç dəqiqə sonra isə hesabda ilk dəfə irəli keçdi cərimə meydançası daxilində kobudluqla dəyandırılan Stiv Heyvey komandasına 11 metrlik cərimə zərbəsi qazandırdı və Kevin Kiqan dəqiq zərbə ilə Liverpulu 3-2 hesabı ilə önə keçirdi.[4] Oyunun qalan dəqiqələrində "Liverpul" hesab arasındakı fərqi artırmaq şanları olsa da həm onlar həm də rəqibləri uğur əldə edə bilmədilər. Oyunun baş hakimi final fitini səsləndirdikdən sonra matç 3-2 hesabı ilə "Liverpul"un xeyrinə başa çatdı.[13]
Oyunun nəticələri
28 aprel 1976 |
|
Enfild, Liverpul Tamaşaçı: 50 188 [14] Hakim: Ferdinand Biversi |
Liverpul
|
Brügge
|
|
|
İkinci matç
Nəticə
"Liverpul" cavab matçına bir qol üstünlüklə çıxmağına baxmayaraq, səfərdə vurduğu qollar səbəbilə "Brügge" qol buraxmadan 1 qol fərqilə matçı yekunlaşdırsa bilsəydi turnirin qalibi olacaqdı.[15] Belçikalılar onlara lazım olan qolu oyunun 11-ci dəqiqəsində vurdu. "Liverpul"un müdafiəçisi Smit cərimə meydançası daxilində topa əli ilə toxunaraq 11 metrlik cərimə zərbəsinə səbəbkar oldu. Topa yaxınlaşan Raul Lamert komandasını hesabda irəli çıxardı və ümumi hesabı 3-3 etdi.[16] Hesabda geri olmasına cavab olaraq bundan dörd dəqiqə sonra "Liverpul" hesabı bərabərləşdirdi. Onlar 11 metrlik cərimə zərbəsi ərazisinin kənarından cərimə zərbəsi vurma şansı qazandılar. Hyüz topu Kevin Kiqana ötürdü və ikinci sağ ayağı ilə topu qapıdan keçirərək "Liverpul"u hesabda yenidən irəli keçirtdi. Bu qol həm də "Brügge"nin turnir boyunca öz evində buraxdığı ilk qol oldu.[16]
"Brügge" qalib gəlmək şanslarını qorumaq üçün bundan sonra daha bir qol vurmasına ehtiyacı vardı. Komanda şəklində hücuma keçən ev sahibləri rəqibi müdafiə olunmağa məcbur etdi ki, yalnız irəlidə Kevin Kiqan qalmışdı.[15] Buna baxmayaraq oyunun 34-cü dəqiqəsində "Liverpul"un daha bir qol vurması üçün imkan yarandı. Kennedidən sərbəst vuruşla ötürmə alan Smitin zərbəsi qapıdan aralı keçdi.[16] Matçın son 5 dəqiqəsində "Brügge"nin təzyiqi bir daha artdı. Ulrik le Fevre və Rocer van Qolun qurduğu kombinasiya yekunda topu Liverpul müdafiəsindən yayındıraraq Lambertə çatdırdı. Onun sonrakı zərbəsini "Liverpul"un qapıçısı qaytardıqdan sonra top qapı dirəyinə dəydi.[16] "Brügge" lazım olan qolu vurmaq üçün səylərini davam etdirirdi; onların ən yaxşı şansları isə matçın sonuna dörd dəqiqə qalmış yarandı. "Brügge" "Liverpul"un müdafiəsini yarmağı bacardı lakin Kuulsun zərbəsini Klemens geri qaytarmağı bacardı.[16] Bundan sonra oyunda qol vurulmadı və matçın yekun hesabı 1-1 başa çatdı.
İkinci matçın yekun nəticəsində "Liverpul" turnirdə 4-3 hesabı ilə qalib gəldi və 1973-cü ildən sonra onlar ikinci dəfə UEFA Kuboku turnirini qazanmış oldular. Həmçinin onlar ikinci dəfə Liqanı və UEFA Kubokunu qazanmaqla tarixlərində ikinci dəfə dubla imza atdılar. "Liverpul"un baş məşqçisi Bob Peysli isə ikinci oyundakı nəticədən sonra bunu oyunçularla birgə qeyd etdi: "İkinci hissə mənim həyatımın ən uzun 45 dəqiqəsi oldu. İngiltərəni təmsil etdiyimiz üçün bizdə şiddətli qürur hissi var idi. Biz ölkəmizi təmsil edənin məğlub olmasına icazə verə bilməzdik və biz öz yoldaşlarımızla fəxr edirik" deyə fikrini bildirdi.[17]
Oyunun nəticələri
19 may 1976 |
|
Olimpiya stadionu, Brügge Tamaşaçı: 29 423 Hakim: Rudi Qlökner |
Brügge
|
Liverpul
|
|
|
İstinadlar
- ↑ Liversedge (1991) p. 179.
- ↑ Kelly (1988) p. 117.
- ↑ Ponting (1992) p. 96.
- ↑ 1 2 3 Ponting (1992) p. 99.
- ↑ Liversedge (1991) p. 180.
- ↑ 1 2 Ploquin, Phil; Nackaerts, Luc; Coolsaet, Jeroen. "Belgium – Final Tables 1895–2008". Rec. Sport. Socces Statistics Foundation (RSSSF). 20 October 2011. 14 March 2003 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 December 2011.
- ↑ 1 2 3 4 Ross, James M. "UEFA Cup 1975–76". Rec. Sport. Soccer Statistics Foundation (RSSSF). 9 January 2008. 17 August 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 December 2011.
- ↑ "History". Union of European Football Associations (UEFA). İstifadə tarixi: 13 December 2011.
- ↑ Ross, James M. "Cup Winners' Cup 1970/71". Rec. Sport. Soccer Statistics Foundation (RSSSF). 9 January 2008. 7 January 2001 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 December 2011.
- ↑ Kelly (1988) p. 113.
- ↑ 1 2 Wood, Chris. "Great matches: Liverpool beat Bruges over two legs". LFC History. 2 January 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 December 2011.
- ↑ 1 2 Ponting (1992) p. 92.
- ↑ Liversedge (1991) p. 181.
- ↑ "UEFA Cup finals" (PDF). UEFA.com. Union of European Football Associations. səh. 2. 16 February 2013 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 11 July 2013.
- ↑ 1 2 Hutchings; Nawrat (1995) p. 141.
- ↑ 1 2 3 4 5 "Liverpool clinch it". Daily Mirror. London. 20 May 1976.
- ↑ Ponting (1992) p. 93.
Ədəbiyyat
- Hale, Steve; Ponting, Ivan. Liverpool In Europe. London: Guinness Publishing. 1992. ISBN 0-85112-569-7.
- Hutchings, Steve; Nawrat, Chris. The Sunday Times Illustrated History of Football: The Post-War Years. London: Chancellor Press. 1995. ISBN 1-85153-014-2.
- Kelly, Stephen F. You'll Never Walk Alone. London: Queen Anne Press. 1988. ISBN 0-356-19594-5.
- Liversedge, Stan. Liverpool: The Official Centenary History. London: Hamlyn Publishing Group. 1991. ISBN 0-600-57308-7.
Xarici keçidlər
- Vikipediya:Əlifba sırasına görə yaxşı məqalələr
- Articles with hatnote templates targeting a nonexistent page
- 1976-cı ildə futbol
- Belçikanın ev sahibliyi etdiyi beynəlxalq futbol turnirləri
- Liverpul FK
- UEFA Avropa Liqası
- 1975/1976 mövsümündə Avropada futbol
- UEFA Kuboku finalları
- 1975/1976 mövsümündə İngiltərədə futbol
- 1975/1976 mövsümündə Belçikada futbol