RSS

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa, brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
RSS
Loqonun şəkli
Fayl adı uzantısı .xml və ya .rss
MIME tipi application/rss+xml[1][2][…]
Format tipi Nişanlama dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

RSS — xəbər, məqalə, bloq və s. bu kimi informasiya mənbələrində olan dəyişikliklərinin təsviri üçün nəzərdə tutulmuş XML-formatının bir növü. RSS formatında müxtəlif mənbələrdən təqdim edilmiş informasiya proqram aqreqatorlar və ya onlayn xidmətlər vasitəsilə yığcam, emal edilmiş şəkildə istifadəçiyə çatdırılır.

RSS-in müxtəlif versiyaları mövcuddur:

  • Rich Site Summary (RSS 0.9x) — bu versiyada informasiya zənginləşdirilmiş məlumatla təqdim edilir;
  • RDF Site Summary (RSS 0.9 və 1.0) — mənbə resurslarından istifadə edərək şəkillərlə təsvir edilir;
  • Really Simple Syndication (RSS 2.x) — çox sadə, yığcam informasiya toplusu.

İstifadəsi

Adətən RSS 2.0-ın köməyi ilə saytda yeni çı informasiyanın qısa təsviri verilir və bu informasiyanın tam versiyasına istinad edilir. RSS formatında olan internet-resurs RSS-kanal, RSS-lent və ya RSS-fid (feed) adlanır.

Müasir brauzerlər, poçt-klientlər və internet-peycerlər RSS-lentləri icra edə bilir. Bunlara misal olaraq Google Chrome, Safari, Maxthon, Miranda, Mozilla Firefox, Mozilla Thunderbird, Opera, Opera Mini, Microsoft Internet Explorer (7-ci versiyadan başlayaraq) göstərmək olar. Bundan başqa, informasiyanı yığcam və emal edilmiş şəkildə yığan ixtisaslaşmış proqramlar (RSS-aqreqatorı) mövcuddur.

មីតា៏៏