Abuca
Abuca | |
---|---|
Abuja | |
9°03′20″ şm. e. 7°29′29″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1828 |
İlk məlumat | 1700 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 360 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Digər | |
fcta.gov.ng | |
Vikianbarda əlaqəli mediafayllar |
Abuca (ing. Abuja, yor. Abùjá) — 1991-ci il 12 dekabr tarixindən etibarən Nigeriyanın paytaxtı. Ölkənin mərkəzində-Cos platosunda yerləşir.
Şəhərin əhalisi 778 567 nəfər (2006), aqlomerasiyanın əhalisi təxminən 1,4 milyon nəfərdir (2005).
Tarixi
Şəhərin əsası 1828-ci ildə, kiçik düşərgə-istehkam düşərgəsinin yerində salınmışdır. Abucaya federal paytaxt funksiyasının verilməsi haqqında qərar 1976-cı ildə qəbul edilmiş, 15 illik hazırlıq, yenidənqurma və inşaat işlərindən sonra bu qərarın icrası təmin edilmişdir. Əksər hökumət idarələri isə rəsmən 1991-ci ilin dekabrında köçürülmüşdür. Ölkənin əvvəlki paytaxtı Laqos şəhəri olmuşdur. Şəhər yapon memarı Kendzo Tanqe tərəfindən layihələndirilmişdir.
İqtisadiyyatı
Şəhər beş rayondan ibarətdir. Mərkəzi hissədə prezident iqamətgahı yerləşir. İnzibati binalardan–mərkəzi bank, radio evi, beynəlxalq konfrans mərkəzi, həmçinin məscid şəhərin mərkəzində yerləşir. Avtomobil yolları qovşağı var. Beynəlxalq aeroportu üçün ayrılmış 8 min km2 ərazinin hələlik yalnız 250 km2-i mənimsənilmişdir. Yaşayış məhəllələri, xüsusən birmərtəbəli evlər şəhərdən kənardadır. Universitet (1988-ci ildən) və Nigeriya Yol-İnşaat İnstitutu açılmışdır. Yeyinti sənayesi müəssisələri var.[1]
Həmçinin bax
İstinadlar
- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 64. ISBN 978-9952-441-02-4.