Xeyrəddin Paşa

Vikipediya, azad ensiklopediya
Rjabsaif (müzakirə | töhfələr) tərəfindən edilmiş 12:37, 6 may 2022 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Xeyrəddin Paşa
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri
Fəaliyyəti siyasətçi, yazıçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xeyrəddin paşa (1822–1890) — müsəlman mütəfəkkiri

Əslən qafqazlı (güman ki, azərbaycanlı) olan bu şəxs Tunis hakiminin vəziri olmuş, İstanbula qayıdandan sonra 1878-ci ilin dekabrında baş vəzirlikdə məsul vəzifəyə təyin olunmuş və səkkiz ay işləmişdir.

Təcrübəli dövlət xadimi olmaqla bərabər, o, dinə və Qərb elimlərinə dərindən bələd olan bir ziyalı idi.

Xeyrəddin paşa Avropa mədəniyyətinin inkişafını ədalətin və azadlığın mövcudluğu ilə əlaqələndirirdi. Avropada dəqiq qanunlar tətbiq olunduğu halda, müsəlman cəmiyyətində şəriət hökmran idi.

Xeyrəddin paşa Qərb adət-ənənələrinin kor-koranə yamsılanmasına qarşı çıxır və yazırdı: "İslam dini mədəni inkişafa kömək edən və onu gücləndirən tam siyasi və inzibati təşkilatların yaranmasına qətiyyən zidd deyil".

Xeyrəddin paşa iqtisadi inkişafın vacibliyini və sənayeləşdirməni təbliğ etmiş, onun əsərləri ərəbcə, türkcə, fransızca və ingiliscə nəşr olunmuşdur.

  • Erkumend Kuran, "Ataman imperiyasında fikri inkişaf (1718-1922)", "Aljeri aktualite" qəzeti, Əlcəzair, iyul 1981.