Məzmuna keç

Basutolend

Vikipediya, azad ensiklopediya
Wikipediya M (müzakirə | töhfələr) tərəfindən edilmiş 06:35, 10 dekabr 2019 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Tarixi dövlət
Basutolend
1884 — 1966

Paytaxt Maseru
Rəsmi dilləri
Pul vahidi funt sterlinq
İdarəetmə forması Kral koloniyası

Basutolend (rəsmi - Basutolend ərazisi) - Cənubi Afrikada yerləşən və 1884-cü ildə Böyük Britaniya taxt-tacının müstəmləkəsi elan edilmiş yeddi inzibati rayondan ibarət ərazi.

4 oktyabr 1966-ci ildə Basilend Böyük Britaniya müstəmləkəçiliyindən azad olunaraq Lesoto krallığı kimi öz istiqlaliyyətini elan etmişdir.

XIX əsrin ortalarında sonralar Basutolend adlandırılan ərazi Afrikanın yerli xalqlarından biri, I Moşveşvenin başçılıq etdiyi basutolar tərəfindən ələ keçirildi. XIX əsrin 30-cü illərinin sonlarında basutolar afrikalılarla burlar, həmçinin ingilislər arasnda gedən toqquşmalarda iştirak etmişlər. Basutoların burlarla mübarizədə zəifləməsindən istifadə edən ingilislər 1868-ci ildə basuto torpaqları üzərində öz protektoratlığını elan etdilər. 1871-ci ildə I Moşveşvenin ölümündən sonra bu ərazi Kap koloniyasına birləşdirildi. Britaniya hökuməti tərəfindən odlu silahların müsadirə edilməsinə qarşı basutoların 1880-1881-ci illər üsyanından sonra 1884-cü ildə Böyük Britaniya Basulendin müstəqil koloniya mülkü kimi bərpa olunduğunu elan etdi.

İqtisadi quruluşu

[redaktə | vikimətni redaktə et]