Zülfüqar Əli Bhutto

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Zülfüqar Əli Bhutto
sindhi ذوالفقار علي ڀٽو
urdu ذوالفقار علی بھٹو
Zülfüqar Əli Bhutto
Zülfüqar Əli Bhutto
14 avqust 1973 – 5 iyul 1977
PrezidentFəzəl İlahi Çaudhri
ƏvvəlkiNurul Amin
SonrakıMəhəmməd Xan Cunedco
20 dekabr 1971 – 13 avqust 1973
ƏvvəlkiYəhya xan
SonrakıFəzəl İlahi Çaudhri
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (51 yaşında)
Vəfat yeri Ravalpindi,Pakistan Pakistan
Vəfat səbəbi Edam
Dəfn yeri
Vətəndaşlığı Pakistan Pakistan
Partiya Pakistan Xalq Partiyası
Təhsili Berkli Kaliforniya Universiteti
Oksford Universiteti
İxtisası vəkil
Fəaliyyəti siyasətçi
Atası Şezidah Nəvaz Bhutto
Həyat yoldaşı Siren Amir
Uşaqları
Dini islam, şiəlik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zülfüqar Əli Bhutto (urdu ذوالفقار علی بھٹو; 5 yanvar 1928[1][2][…], Larkan, Sind əyaləti4 aprel 1979[1][2][…], Ravalpindi, Pəncab) — Pakistanının siyasətçi və dövlət xadimi. Pakistanın 9-cu baş naziri (1973–1977) və 4-cü prezidenti (1971–1973). Hərbi çevriliş nəticəsində hakimiyyətdən salınmış və edam olunmuşdur.

Uşaqlığı və gəncliyi

[redaktə | mənbəni redaktə et]

Zülfüqar Əli Bhutto 1928-ci il yanvar ayının 5-də Britaniya Hindistanının Larkana şəhərində varlı müsəlman ailəsində anadan olmuşdur. Pakistan siyasətçisi Şah Navaz Bhuttonun oğludur. Hindistanda, ABŞ-də və Böyük Britaniyada təhsil almışdır. O, 1947-ci ildə ABŞ-nin Cənubi Kaliforniya ştatında universitetə daxil olmuşdur. Zülfüqar Əli Bhutto 1949-cu ildə Kaliforniyada yerləşən Berkli Kaliforniya Universitetinə köçürülmış və 1950-ci ildə siyasi elmlər sahəsində dərəcə almaqla həmin universiteti fərlənmə diplomu ilə bitirmişdir. Elə həmin il o, Oksford universitetinin Krayst-Çerç kolleçinə daxil olmuş və həmin təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirərək hüquq magistri ixtisasına yiyələnmişdir. 1953–1955-ci illərdə müəllimvəkil işləmişdir.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Zülfüqar Əli Bhutto 1957-ci ildə BMT yanında Pakistan nümayəndəliyində işləmiş, 1958-ci ildə general M Əyyub xanın hökumətinə daxil olmuş, ticarət, informasiya, yanacaq və energetika, Kəşmir məsələləri üzrə, həmçinin sənaye və təbii ehtiyatlar naziri vəzifələrini tutmuşdur. 1963-cü ildə Pakistanın xarici işlər naziri olmuşdur. Həmin vəzifədə çalışarkən o, Kəşmirə dair Pakistan-Hindistan konfliktinin həllinə nail olmağa cəhd göstərsə də, səyləri uğursuzluqla nəticələnmişdir. 1966-cı ildə Zülfüqar Əli Bhutto ölkə prezidenti Əyyub xan tərəfindən Daşkənd bəyannaməsini kəskin tənqid etdiyinə görə xarici işlər naziri vəzifəsində istefa verməyə məcbur olmuşdur. O, 1967-ci ildə müxalifət mövqeyini tutan "Pakistan Xalq Partiyası"nın əsasını qoymuş və onun rəhbəri olmuşdu. Pakistanda demokratiyanın bərpası uğrunda, həmçinin "İslam sosializmi" şüarı altında iqtisadi islahatlar proqramı ilə çıxış etmişdir. 1968–1969-cu illərdə həbsdə olmuşdur. Şərqi Pakistan əyalətinin ayrılmasından və müstəqil Banqladeş dövlətinin yaranmasından sonra, Pakistanın prezidenti (1971, dekabr — 1973, avqust) vəzifəsini tutmuşdur. Aqrar islahat aparmış, sənayenin milliləşdirilməsi proqramını həyata keçirmişdir. Hindistanla münasibətlərin nizamlanması və Pakistanın hərbi bloklardan çıxması üçün tədbirlər görmüşdür. Parlament idarəetmə formasını nəzərdə tutan yeni konstitusiyanın qəbulundan (1973) sonra baş nazir olmuşdur. 1977-ci ilin iyulunda general M. Ziya ül-Həqqin təşkil etdiyi hərbi çevriliş nəticəsində devrilmişdir. Siyasi qətldə əli olmasında təqsirli bilinərək Zülfüqar Əli Bhutto 1979-cu ilin aprelində edam edilmişdir.

Pakistanın keçmiş baş naziri Bənazir Bhuttonun atasıdır.

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Zulfikar Ali Bhutto // Brockhauz Ensiklopediyası (alm.).
  • Kulmar, Satish, Yeni Pakistan, 1979
  • Burki, S. J., Bhutto-nun Altındaki Pakistan, 1980

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]