Yusif Bolat
Yusif Bolat | |
---|---|
Doğum tarixi | 3 (16) mart 1909 |
Doğum yeri | |
Vəfat tarixi | 22 oktyabr 1986 (77 yaşında) |
Vəfat yeri | |
Təhsili |
|
Fəaliyyəti | yazıçı |
Mükafatları |
Yusif Memət oğlu Bolat (krımtat. Yusuf Memet oğlu Bolat, Юсуф Мемет огълу Болат; 3 (16) mart 1909, Aluşta – 22 oktyabr 1986, Daşkənd) — Sovet Krım tatar yazıçısı, dramaturq və publisist, Özbəkistanın əməkdar mədəniyyət işçisi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Yusif Memət oğlu Bolat Aluştada anadan olub. Kənd məktəbini bitirib. Yalta Tatar Pedaqoji Texnikumunda təhsil alıb, Yalta vilayət komsomol komitəsində işləyib. 1931-ci ildə Krım Pedaqoji İnstitutunun Krım tatar dili və ədəbiyyatı fakültəsinə daxil olmuş, daha sonra aspiranturada təhsil almışdır.[1]
Müharibələrarası dövrdə Krım Dövlət Tatar Dram Teatrının səhnəsində Bolatın yeddi pyesi tamaşaya qoyulub. 1937-ci ildə SSRİ Yazıçılar İttifaqının üzvü olub.
1937-ci ildə Krım Yazıçılar İttifaqının iclasında o, məruzə ilə çıxış edərək, digər məsələlərlə yanaşı, Krım yazıçılarının yaşlı nəslinin sovet ölkəsinin mənafeyinə xəyanət etdiyini, sovet sisteminə nifrət və oxucuları bu cür ruhda tərbiyə etdiyini bildirib. Ardınca bir sıra yazıçılar, o cümlədən İrqat Qədir həbs edilib.
1937-1939-cu illərdə - Krım Muxtar Sovet Sosialist Respublikası Yazıçılar İttifaqının məsul katibi olub.[1] 1939-1941-ci illərdə “Ədəbiyyat Şurası” (“Sovet ədəbiyyatı”) jurnalının redaktoru, 1941-ci ildən “Qızıl Qırım” qəzetinin redaktor müavini, 1942-ci ildən Moskvada radio komitəsində Krım tatar radiosunun verilişlərinin məsul redaktoru vəzifələrində çalışıb.
1944-cü ildə krım tatarlarının deportasiyası zamanı Özbəkistana deportasiya olunub, burada müəllim, sonra isə jurnalist kimi fəaliyyət göstərib. 1961-1984-cü illərdə “Lenin Bayrağı” qəzetində şöbə müdiri, sonra məsul katib, daha sonra redaktor müavini vəzifələrində çalışıb.[1] Özbəkistanın əməkdar mədəniyyət işçisi fəxri adını alıb.
Yusif Bolat 1986-cı ildə Daşkənddə vəfat etmişdir.
Şəxsi həyatı
[redaktə | mənbəni redaktə et]1939-cu ildən yazıçılar Şamil Aladin və Maqsud Süleymanla Simferopolda Jukovski, 20 küçəsindəki “Mütəxəssislər evi”ndə bir mənzildə yaşayıb. 1940-cı ildə Sıdıka Umerova ilə nigaha girib.
Yusuf Bolat Şamil Ələddinin dayısı idi.
Mükafatları
[redaktə | mənbəni redaktə et]- "Qırmızı əmək bayrağı" ordeni (16.03.1979)
Yaradıcılığı
[redaktə | mənbəni redaktə et]Bəzi əsərləri:
- “Zənglər çalanda” (krımtat. “Çañlar qaqılğanda”)
- “Yaşamaq istəyirəm” (krımtat. “Yaşamaq isteyim”)
- “Son gecə” (krımtat. “Sonki gece”)
- "Alim" (krımtat. “Alim”)
- “Arzı qız” (krımtat. “Arzı qız”)
- “Toy davam edir” (krımtat. “Toy devam ete”)
- “Saf ürəklər” (krımtat. “Saf Yürekler”)
- "Hənifə" (krımtat. "Anife")
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 Абдульвапов Н. Дом специалистов, в котором в 1930–1940-е гг. жил ряд выдающихся крымскотатарских государственных и культурных деятелей // Свод памятников истории, архитектуры и культуры крымских татар. III. г. Симферополь. Белгород: КОНСТАНТА. гл. ред. Р. С. Хакимов. 2018. 358. ISBN 978-5-906952-68-4.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Pages using the JsonConfig extension
- 16 martda doğulanlar
- 1909-cu ildə doğulanlar
- Aluştada doğulanlar
- 22 oktyabrda vəfat edənlər
- 1986-cı ildə vəfat edənlər
- 77 yaşında vəfat edənlər
- Daşkənddə vəfat edənlər
- SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə yazıçı və şairlər
- Krımda doğulanlar
- Krım tatarları