Yeni Kaledoniya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Yeni Kaledoniya
Nouvelle-Calédonie
Bayraq, Bayraq Gerb
Bayraq, Bayraq Gerb
Himn: "Marselyeza"
Rəsmi dilləri
Paytaxt Numea - 144 min nəfər (2009-cu il)
İdarəetmə forması Fransanın xüsusi inzibati-ərazili quruluşu
Prezident Emmanuel Makron
Sahəsi Dünyada 156-cı
 • Ümumi 18575 km²
 • Su sahəsi (%) 2
Əhalisi
 • Əhali 265 min nəfər (185-ci)
 • Siyahıyaalma (2009) 245 580 nəf.
 • Sıxlıq 14 nəf./km²
 • Ümumi 10.071.349.707 $[1]
ÜDM (AQP)
 • Ümumi 9 280 million dollar  (154-cü)
 • Adambaşına 37 700 dollar  (33-cü)
Valyuta CFP Franqı
İnternet domeni .nc
ISO kodu NC
Telefon kodu +687
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
Yeni Kaledoniya

Yeni KaledoniyaFransanın Sakit okeanda yerləşən xüsusi inzibati-ərazi qurumu. Sakit okeanın cənub-qərb hissəsində, Melaneziyada eyniadlı böyük bir ada və bir qrup kiçik ada ilə təmsil olunur. Cənub-qərbdə Avstraliyanın iqtisadi zonası, şimalda Vanuatu, cənub-şərqdə Fici ilə həmsərhəddir. 2009-cu ildə əhalisi 245,580 nəfər idi. Paytaxtı Numea şəhəridir və şəhərin 98 min əhalisi var. Pul vahidi Fransa Sakit okean frankıdır.

Yeni Kaledoniyanın ən böyük adası, əsasən dağlıq əraziyə malik olan Qrand Terdir (ən yüksək nöqtəsi Pane dağı, 1628 m). Sahillər çox girintilidir və çoxlu rahat körfəzlərə malikdir. Mərcan rifləri səbəbindən körfəzlərə giriş çətinləşir. Qrand Tere uzun qaya silsiləsi ilə əhatə olunmuşdur. Ada əsasən ofiyolit komplekslərindən ibarətdir. İqlim şəraiti kifayət qədər əlverişlidir. Bu vəziyyət Yeni Kaledoniyanın Avropa mühacir koloniyasına çevrilməsinə kömək etdi. Adada çoxlu çaylar var, münbit qırmızı torpaqlar üstünlük təşkil edir. Meşələr ərazinin təxminən 15% -ni tutur. Burada bir sıra qiymətli ağac növləri, o cümlədən müxtəlif iynəyarpaqlı aqatisaraukariya növləri bitir (Yeni Kaledoniyanın gerbində Araucaria columnaris təsvir edilmişdir). Yeni Kaledoniyanın faunası nisbətən zəifdir, lakin endemik növlər var. Adada çox sayda gekkon var.

Təxminən 3500 il əvvəl məskunlaşıb.

1917-ci ildə kəşf edilən qədim keramika qalıqları sayəsində adanın avropalılara qədərki tarixini eramızdan əvvəl 13-cü əsrə qədər izləmək olar. Ada 1774-cü ildə Ceyms Kuk tərəfindən kəşf edilmiş və onun əcdadlarının vətəni Şotlandiyanın qədim adı ilə Kaledoniya adlandırılmışdır.

Avropalıların Yeni Kaledoniyaya aktiv nüfuzu 1840-cı illərdə səndəl ağacı alverçiləri, eləcə də ingilis və fransız missionerləri ilə başladı.

Fransa 1853-cü ildə Yeni Kaledoniya adalarının özünə məxsus olduğunu iddia etdi və 1864-cü ildən 1896-cı ilə qədər Fransa hökuməti Luiza Mişel də daxil olmaqla, məhkum edilmiş cinayətkarları bu koloniyaya göndərdi. Fransızlar adada qəhvə və kokos plantasiyaları yaratdılar, sonra (19-cu əsrin sonlarından) mineral ehtiyatların - nikel, kobalt, xrom, dəmir, manqan, qızıl, qurğuşun və s. çıxarılmasına başlandı. 1946-cı ildə Yeni Kaledoniya Fransanın dənizaşırı ərazisi statusu aldı. 1980-ci və 1990-cı illərin əvvəllərində adaya müstəqillik verilməsi şüarı altında yerli əhalinin bir hissəsi (melaneziyalılar) tərəfindən təşkil edilmiş iğtişaşlar baş verdi.

Müstəqillik referendumları

[redaktə | vikimətni redaktə et]

1987-ci il sentyabrın 13-də Yeni Kaledoniyanın müstəqilliyi ilə bağlı ilk referendum keçirildi. Referendum müstəqillik tərəfdarları tərəfindən boykot edildiyindən seçicilərin cəmi 59%-i iştirak edib, seçkiyə gələnlərin isə yalnız 1,7%-i müstəqilliyə səs verib.[2]

1998-ci ildə Numea sazişi imzalandı. Sazişinə əsasən, 20 ildən sonra ərazinin sakinləri iki il fərqlə üç müstəqillik referendumunu keçirmək hüququna malikdirlər. Sazişdə nəzərdə tutulan referendumlardan birincisi 2018-ci il noyabrın 4-də baş tutub. Bu səsvermə "Yeni Kaledoniyaya dövlət səlahiyyətlərinin verilməsi, tam məsuliyyət daşıyan beynəlxalq status və vətəndaşlığın təşkili" ilə bağlı idi. Referendumun nəticələrinə görə, səsvermədə iştirak edənlərin 56%-dən çoxu Fransadan müstəqilliyin əleyhinə çıxıb, referendumda fəallıq 81% təşkil edib.[3][4][5] Eyni zamanda, seçicilərin 17%-i – Fransada doğulan və 1994-cü ildən sonra Yeni Kaledoniyaya köçənlər səsvermədə iştirakdan kənarda qalıb. İkinci müstəqillik referendumu 4 oktyabr 2020-ci ildə keçirilib. İştirak edənlərin 53%-i müstəqilliyin əleyhinə olub, 85%-dən çox seçici fəallığı olub.[6] Lakin son 6 ayda ictimai rəy sorğuları keçirilməyib və səsvermənin nəticəsini proqnozlaşdırmaq çətin olub.[7]. В декабре 2021 года состоялся третий и последний референдум, на котором 95 % высказались против независимости территории от Франции, при этом явка составила 44 %[8] 2021-ci ilin dekabrında üçüncü və son referendum keçirildi və 95% ərazinin Fransadan müstəqilliyinin əleyhinə səs verdi. Seçkilərdə fəallıq 44% təşkil edib.

  1. https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD. Dünya Bankı.
  2. "Neukaledonien (Frankreich), 13. September 1987 : Unabhängigkeit / Verbleib bei Frankreich" (alman). 1987-09-13. 2020-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1987-09-13.
  3. "Жители Новой Каледонии проголосовали на референдуме против независимости от Франции". 2018-11-04. 2018-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-04.
  4. "Référendum : le "Non" à l'indépendance l'emporte avec 56,4% [Résultats provisoires] - Nouvelle Calédonie la 1ère". Nouvelle Calédonie la 1ère (fransız). 2018-11-05. 2018-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-05.
  5. "French territory rejects independence" (fransız). 2019-08-04. 2020-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-04.
  6. "Более половины жителей Новой Каледонии не поддержали отделение от Франции". 2020-10-04. 2020-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-04.
  7. "Игра заморская: потеряет ли Франция Новую Каледонию". 2020-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-05.
  8. Кнарик Хачатрян. "Новая Каледония остаётся с Францией". euronews (rus). 2021-12-12. 2021-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-13.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]