Yegişe Tadevosyan
Yegişe Tadevosyan | |
---|---|
erm. Եղիշե Մարտիրոսի Թադևոսյան | |
Doğum tarixi | 12 (24) sentyabr 1870[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 22 yanvar 1936[1][2] (65 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | Komitas panteonu |
Fəaliyyəti | rəssam |
Təhsili | |
Janr | peyzaj |
Stillər | ekspressionizm, realizm |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Yegişe Martirosoviç Tadevosyan (Tatevosyan) (erm. Եղիշե Թադևոսյան; 12 (24) sentyabr 1870[1][2], Üçkilsə[1][2] – 22 yanvar 1936[1][2], Tiflis[1][2]) — erməni rəssamı.
Həyatı
[redaktə | vikimətni redaktə et]Moskvada yerləşən Lazarevski İnstitutunun yanında gimnaziyada təhsil almışdır, sonra Moskva Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq məktəbində oxudu və 1894-cü ildə oranı bitirdi. Peredvijniki adlı Səyyar Rəssamlıq Sərgiləri Birliyinin sərgilərində iştirak etmişdir. Vasili Polenov ilə dost münasibətlərdə idi, onunla birlikdə 1898-ci ildə Fələstinə səfər etdi və sonradan bir çox dəfə Yaxın Şərqə səyahət etmişdir. Daha sonra "Mir iskusstva" adlı sərgilərdə iştirak etdi. 1901-ci ilə qədər Moskva, sonra Tiflisdə yaşadı, rəssamlıq dərsləri keçirdi. İlk dövrlərdə işlərini Vardges Surenyantsın təsiri altında yaradırdı, lakin 1900-cü illərdə yaradıcılığında puantilizm və ekspressionizm üslublarını tətbiq etməyə başladı.
1916-cı ildə Ermənistan Rəssamlar İttifaqını təşkil etdi və ona rəhbərlik etməyə başladı.
1935-ci ildə Ermənistan SSR əməkdar incəsənət xadimi adına layiq görülmüşdür. Komitas panteonunda dəfn olunmuşdur.
Tadevosyanın əsərləri Ermənistan Dövlət Rəsm Qalereyası, Gürcüstan Dövlət İncəsənət Muzeyi, Dövlət Şərq Xalqları Sənəti Muzeyi (Moskva), Polenovo muzeyi, habelə şəxsi kolleksiyalarda saxlanılır.
Xatirəsi
[redaktə | vikimətni redaktə et]Tadevosyan adına İrəvanda küçə var, Üçkilsədə yerləşən rəssamlıq məktəbi onun adını daşıyır[3]. 2015-ci ildə İrəvanın Şenqavit rayonunda rəssamın büstü qoyuldu.[4]
Baş əsərləri
[redaktə | vikimətni redaktə et]- "Xaça sitayiş" (1901)
- "Rəssam və camaat" (1909)
- "Allahın anası" (1918)
- "Məsih və fariseylər" (1919)
- "Komitas" (1935)
Əsərlərinin qalereyası
[redaktə | vikimətni redaktə et]-
Avtoportret (1933)
-
Bağçada oxuyan bir qadın (1903)
-
Dahi və camaat (1909)
-
Üçkilsədən Ağrı dağı (1895)
-
Gərni (1934)
-
Alagöz dağı (1917)
-
Gecədə Göyçə gölü
-
Müqəddəs Ripsime kilsəsi (1913)
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.
- ↑ 1 2 3 4 5 6 7 8 Հայկական համառոտ հանրագիտարան (erm.). Հայկական հանրագիտարան հրատարակչություն, 1990. C. 2.
- ↑ "Школа им. Татевосяна". 2020-08-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-05-01.
- ↑ "Երևանում բացվել է ՀԽՍՀ արվեստի վաստակավոր գործիչ Եղիշե Թադևոսյանի կիսանդրին". 2016-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-01.
- 24 sentyabrda doğulanlar
- 1870-ci ildə doğulanlar
- Üçkilsədə doğulanlar
- 22 yanvarda vəfat edənlər
- 1936-cı ildə vəfat edənlər
- 65 yaşında vəfat edənlər
- Tbilisidə vəfat edənlər
- Lazarev Şərq Dilləri İnstitutunun məzunları
- Ermənistan SSR əməkdar incəsənət xadimləri
- Əlifba sırasına görə rəssamlar
- Komitas panteonunda dəfn olunanlar
- Ermənistan rəssamları