Yaşar Əhmədov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Yaşar Əhmədov
Şəxsi məlumatlar
Doğum tarixi (34 yaş)
Doğum yeri Tovuz rayonu, Azərbaycan SSR
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Silahlı Qüvvələri
Qoşun növü Xüsusi Təyinatlı Qüvvələr
Xidmət illəri 2008—2010 / 2013—
Rütbəsi Gizir
Döyüşlər
Təltifləri "Vətən Müharibəsi Qəhrəmanı" medalı — 2020
"Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 2024 "Cəbrayılın azad olunmasına görə" medalı — 2020 "Xocavəndin azad olunmasına görə" medalı — 2021 "Füzulinin azad olunmasına görə" medalı — 2020 "Kəlbəcərin azad olunmasına görə" medalı — 2021 "Şücaətə görə" medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı
"Vətən müharibəsi iştirakçısı" medalı

Yaşar Mirağa oğlu Əhmədov (24 sentyabr 1990, Xatınlı, Tovuz rayonu) — Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrin giziri; Vətən Müharibəsi Qəhrəmanı.

Tərcümeyi-halı

[redaktə | mənbəni redaktə et]

Yaşar Mirağa oğlu Əhmədov 24 sentyabr 1990-cı ildə Tovuz rayonunun Xatınlı qəsəbəsində anadan olub. 1997–2008-ci illərdə F. Qasımov adına Xatınlı qəsəbə tam orta məktəbində təhsil alıb. Evlidir. Bir oğlu və bir qızı var.

2008-ci ildə Tovuz Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb və 2008–2010-cu illərdə N saylı hərbi hissədə xidmət edib.

2013-cü ildə Müdafiə Nazirliyinin "Müddətdən Artıq Həqiqi Hərbi Xidmət Hərbi Qulluqçularının (MAHHXHQ) Hazırlığı Kursu"na qatılıb və Quru Qoşunlarının N saylı hərbi hissədə xidmət edib. 2015-ci ildə usə Xüsusi Təyinatlı Qüvvələrin N saylı hərbi hissəsində snayperçi olaraq xidmət edib.

2020-ci ilin sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Murovdağ döyüşlərində, həmçinin Cəbrayıl, HadrutFüzulinin azad edilməsi uğrunda gedən hərbi əməliyyatlar zamanı fərqlənib. Xüsusi xidmətləri nəzərə alınaraq Vətən Müharibəsi Qəhrəmanı adı verilib[1], həmçinin "Cəbrayılın azad olunmasına görə"[2], "Xocavəndin azad olunmasına görə"[3], "Füzulinin azad olunmasına görə"[4] və "Kəlbəcərin azad olunmasına görə"[5] medalları ilə təltif edilib.

2022-ci ilin fevralın 11-də "Şücaətə görə" medalı ilə təltif olunub, iyunun 26-da isə "gizir" hərbi rütbəsi verilib.

  1. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli 2336 nömrəli Sərəncamı". www.e-qanun.az (az.)). 01.10.2022. 2024-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.10.2022.
  2. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.12.2020-ci il tarixli 2358 nömrəli Sərəncamı". www.e-qanun.az (az.)). 01.10.2022. 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.10.2022.
  3. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli 2712 nömrəli Sərəncamı". www.e-qanun.az (az.)). 01.10.2022. 2024-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.10.2022.
  4. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli 2362 nömrəli Sərəncamı". www.e-qanun.az (az.)). 01.10.2022. 2022-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.10.2022.
  5. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli 2718 nömrəli Sərəncamı". www.e-qanun.az (az.)). 01.10.2022. 2024-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.10.2022.