Xoca Sinan Paşa
Xoca Sinan Paşa | |
---|---|
1476 – 1477 | |
Əvvəlki | Gədik Əhməd Paşa |
Sonrakı | Nişançı Qaraman Mehmed Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1440 |
Doğum yeri | İstanbul |
Vəfat tarixi | |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi |
Dini | islam |
Xoca Sinan Paşa (d. 1440 - ö. 1486 Gəlibolu) - Fateh Sultan Mehmed səltənətində 1476-1477 illəri arasında sədrəzəmlik etmiş Osmanlı dövlət adamıdır.
Həyatı
[redaktə | mənbəni redaktə et]İstanbulun ilk qazısı Xıdır Bəyin oğlu olub, təhsildən sonra Ədirnədə bir mədrəsəyə və yenə orada Darü'l-hədis mədrəsəsinə müdərris olmuşdur. Fateh Sultan Mehmed, vəzirlik verdiyi Sinan Paşanı özünə müəllim təyin etmiş və 1476 da vəzifədən alınan Gədik Əhməd Paşanın yerinə sədrəzəm təyin etmişdir. Bir ilə yaxın bu vəzifədə qaldıqdan sonra bilinməyən bir səbəblə vəzifədən alınaraq həbs edildi. İstanbul alimlərinin reaksiyası səbəbilə padşah Sinan Paşanı həbsdən çıxararaq Sivrihisar qazılığını verdi. Fatehin ölümünə qədər Sivrihisarda qaldı və II. Bəyazid padşah olduqda vəzirliyə qaytarıldı. Gəlibolu sancağına təyin olunub, 1486-ci ildə vəfat etmişdir.[1]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- ↑ Osmanlı Tarihi, II. Cilt, 10. baskı, sf: 534-658-659, Türk Tarih Kurumu Yayınları-2011, Ord. Prof. İsmail Hakkı Uzunçarşılı