Xan Şuşinski
Xan Şuşinski | |
---|---|
İsfəndiyar Cavanşir | |
Ümumi məlumatlar | |
Doğum adı | İsfəndiyar Aslan oğlu Cavanşirov |
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (77 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Dəfn yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | xanəndə |
Fəaliyyət illəri | 1918–1979 |
Janrlar | xalq mahnısı, muğam |
Təhsili | |
Mükafatları |
|
xan.musigi-dunya.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Xan Şuşinski (doğum adı: İsfəndiyar Aslan oğlu Cavanşir; 20 avqust 1901, Şuşa – 18 mart 1979, Bakı)[1] — xanəndə, Azərbaycan SSR xalq artisti (1943) və "Şərəf nişanı" ordeni laureatı (1959).
Həyatı
[redaktə | mənbəni redaktə et]Xan Şuşinski 1901-ci ildə avqust ayının 20-si Şuşada anadan olmuşdur. Ailəsinin Qarabağ xanları nəsli ilə qohumluq əlaqəsi olmuşdur.
Yaradıcılığı
[redaktə | mənbəni redaktə et]16 yaşında olarkən ustadı İslam Abdullayevlə birgə iştirak etdiyi məclisdə təbrizli xanəndə Əbdülhəsən xan İqbalın yolu ilə "Kürd-Şahnaz" muğamını heyrətamiz bir tərzdə ifa etdiyinə görə müəllimi ona "Xan Şuşinski" adını vermişdir. Xanın bir xanəndə kimi yetişməsində, həmçinin Cabbar Qaryağdıoğlunun və Seyid Şuşinskinin böyük təsiri olmuşdur.[2] Qeyd etmək lazımdır ki, Xan Şuşinskinin təsirləndiyi şəxslərdən biri olan Şeyid Şuşinski o dövrün görkəmli xanəndəsi Əbdülhəsən xan İqbali Azər ilə yaxından dost olmuşdur. Əbülhəsən xan vallarından birində "Hümayun" muğamını oxuyaraq, üzərində onu Seyid Şuşinskiyə həsr etdiyini yazdırmışdı.
1920-ci illərdə Xan Şuşinski Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirmişdir. 1920-ci ildə Bakıdan Qarabağa təbliğat konsertləri vermək üçün gələn bolşevik təşviqat briqadasınnı içində Cabbar Qaryağdıoğlu da olmuşdur. Cabbar Qaryağdıoğlu Xan Şuşinskini də yanına alaraq bütün Qarabağ da konsertlər vermişdir.[3]
Xanın repertuarında "Mahur–Hindi", "Bayatı-Qacar", "Qatar" dəsgahları, "Qarabağ şikəstəsi", "Arazbarı", "Heyratı" zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər böyük yer tuturdu. Xan Şuşinski xalq mahnılarını xüsusi bir şövqlə oxuyur, onlara yeni bir çalarlar aşılayırdı.
Bakıya gəldikdən sonra buradakı ilk rəsmi çıxışını 1923-cü ildə həyata keçirmişdir. Bu çıxış Azərbaycan Dövlət Filarmoniyasında həyata keçirilmişdir. Bundan sonrakı illərdə böyük məşhurluğa sahib olmuş və bir çox ölkələrdə və şəhərlərdə qastrol səfərlərində omluşdur. Həmçinin, Səməd Vurğunun "Azərbaycan" poemasında da adı keçmişdir.
1934-cü ildə Xan Şuşinski Tiflis şəhərində keçirilən Zaqafqaziya xalqlarının birinci incəsənət olimpiyadasında böyük müvəffəqiyyət qazanaraq, birinci mükafata layiq görüldü. O, digər ölkələrdə də Azərbaycan musiqi mədəniyyətini yüksək səviyyədə və layiqincə təmsil etmişdir.
1943-cü ildə birbaşa sürətdə olmaqla Azərbaycan Xalq Artisti adına layiq görülmüşdür. Bu fəxri ada layiq görülməsindən bir il sonra, yəni 1944-cü ildə Məhəmməd Rza Şah Pəhləvinin dəvəti ilə İrana qastrol səfəri etmişdir. Bu səfər zamanı Tehran da daxil olmaqla, 4 şəhərdə konsert vermişdir.[2]
1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəznində "Muğam studiyası" yaratmış və burada gənc xanəndələrə muğamın sirrlərini öyrətmişdir.
O, həmçinin Azərbaycan Dövlət Musiqi Məktəbində dərs demiş, muğam ifaçılarının yeni nəslini yaratmışdır. Xan əsl yaradıcı sənətkar kimi milli musiqi xəzinəsini yeni mahnılarla zənginləşdirirdi. Bu baxımdan onun "Qəmərim", "Şuşanın dağları" mahnıları dillər əzbəri olmuşdur. Xan Şuşinski öz yaradıcılığında bəstəkar mahnılarına da müraciət etmişdir. Bu mənada Üzeyir Hacıbəyovun "Qara göz" mahnısının ilk ifaçısı olmuş və mahnını yüksək zövqlə oxuyaraq yaşatmışdır. Xan Şuşinski Üzeyir Hacıbəylidən başqa heç bir bəstəkarın yaradıcılığına müraciət etməyib.Deyilənə görə, Üzeyir Hacıbəyli də xanəndənin ifasında mahnıları, xüsusilə "Qaragöz"ü dinləməkdən zövq alırmış.[4]
Xan Şuşinski həmçinin, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində (Asəf Zeynallı adına Musiqi Məktəbi) müəllimliklə də məşğul olmuşdur.
Azərbaycan musiqi tarixinin korifeyi Xan Şuşinskinin səsindən cəmi 240 dəqiqəlik lent yazısı qalıb.[4] Xan Şuşinski 18 mart 1979-cu ildə vəfat etmişdir. İkinci Fəxri Xiyabanda dəfn olunub.[2]
Ailəsi
[redaktə | mənbəni redaktə et]- Dayısı Yusif bəy Murad bəy oğlu Behbudov — Qarabağ atlarının seleksiyaçısı, zootexnik. Yusif bəy Murad bəy oğlu 1896-cı ildə Üçoğlankəndində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa şəhər real məktəbində oxumuşdu. Tiflisdə ali təhsil almışdı. At zavodlarını bərpa etmiş, cins atlar yetişdirməklə məşğul olmuşdu. 1918–1920-ci illərdə Şuşa qəzasında polis pristavı işləmişdi. Qarabağ general-qubernatoru Xosrov bəy Sultanovun tapşırığı ilə müsəlman camaatı erməni zülmündən qorumuşdu. Sovet dönəmində Azərbaycan Xalq Torpaq Komissarlığının tədarük kantorunda çalışmışdı. 1934-cü ildən 1936-cı ilədək qohumları kimi Qubada yaşamışdı. Atçılığın inkişafı üçün xeyli işlər förmüşdü. 1937-ci ildə tutulub 10 il həbs aldı. Bir müddət də sürgündə yaşamışdı. Sürgündən dönəndən sonra bacısıoğlu Xan Şuşinskigildə vəfat etmişdi.
Xatirəsi
[redaktə | mənbəni redaktə et]Xanəndənin adının əbədiləşdirilməsi məqsədilə Azərbaycanda "Xan Şuşinski Fondu" fəaliyyət göstərir.[5] Fondun direktoru xanəndənin qızı Bəyimxanım Verdiyevadır.[6]
Mükafatları
[redaktə | mənbəni redaktə et]- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 17 iyun 1943 (birbaşa)
- "Şərəf nişanı" ordeni — 9 iyun 1959
- "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı
- Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı — 29 dekabr 1971[7]
Əsərləri
[redaktə | mənbəni redaktə et]- Şuşinski X. Yaxşı adamın hekayəti. "Azərbaycan gəncləri", 1976, 20 noyabr.
- Şuşinski X. Nəğmələr susmur. "Kommunist", 1975, 1 may.
- Şuşinski X. Səs, söz və ifaçılıq. "Ədəbiyyat və incəsənət", 1979, 23 mart.
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- Bakı bağları. Buzovna (film, 2007)
- Biz qayıdacağıq (film, 2007)
- Havalansın Xanın səsi (film, 2001)
- Muğamat var olan yerdə… (film, 2009)
- Muğamlar (film, 1965)
- O olmasın, bu olsun (film, 1956)
- Özgə ömür (film, 1987)
- Prima (film, 1994)
- Qızıl fonddan seçmələr (film, 2001)
- Səs (film, 1988)
Haqqında olan ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Muxtaroğlu V. Havalansın Xanın səsi. Bakı: Azərnəşr, 1971, 104 s.
- Şuşinski F. Azərbaycan xalq musiqiçiləri. Bakı: 1985, 480 s.
- Çəmənli Mustafa. Muğam dünyasının Xanı (xatirələr). Bakı: 2001, 271 s.
- Babayev Aydın. Xanın səsi. "Ədəbiyyat və incəsənət", 1971, 25 dekabr.
- Quliyev T. Ölməzliyə qovuşan ömür. "Ədəbiyyat və incəsənət", 1979, 23 mart.
- Quliyev C. Muğam dünyamızın parlaq ulduzu. "Ədəbiyyat və incəsənət", 1989, 24 fevral.
- Əliyev T. Çörəyin şəninə şikəstə. "Sovet kəndi", 1986, 3 aprel.
- Əliyev T. Nəğməli ömür. "Azərbaycan", 1979, № 8, s.194–198.
- Kərimli Kərim. Sənətkara məhəbbətlə. "Qarabağ", 1991, 4 iyul.
- Şükür Müzəffər. Xan Şuşinskinin xatirəsi. "Ədəbiyyat və incəsənət", 1989, 24 fevral.
- Quliyev Zəkurə. Şuşanın dağları başı dumanlı… /Xan Şuşinski – 100/. "Azərbaycan", 2001, 4 sentyabr.
- Əliyeva R., Aslanova X. Xan Şuşinski – 100. "Mədəni-maarif", 2002, N1–2, s.6–7.
- Məhərrəmli Z. Muğam mülkünün Xanı /Xan Şuşinski – 100 /. "Bakı", 2001, 2 – 8 noyabr.
- Çəmənli M. Şur dərsi. "Xalq qəzeti", 2001, 24 avqust.
- Şərif. Havalansın Xanın səsi. "Yeni Azərbaycan", 2003, 21 avqust.
- Ənvər Çingizoğlu, Behbudovlar, Bakı, "Mütərcim", 2008, 164 səh;
- Ənvər Çingizoğlu, Cavanşir eli: Sarıcalılar, Bakı, "Mütərcim", 2015, 352 səh.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 581.
- ↑ 1 2 3 Khan Shushinski Arxiv surəti 27 sentyabr 2007 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2007-09-27 at the Wayback Machine. Axtar.az
- ↑ Gülnarə Manafova. "Xan Şuşinskinin həyat və yaradıcılığı haqqında". konservatoriya.az. 2009. 2019-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 fevral 2022.
- ↑ 1 2 Mədəniyyət Nazirliyi. "Bu gün Xan Şuşinskinin ad günüdür". mct.gov.az. İstifadə tarixi: 7 fevral 2022.
- ↑ ARB Kəpəz. "Gəncə Dövlət Filarmoniyasında musiqi gecəsi baş tutub" (az.). Youtube.com. 06.12.2018. 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-06.
- ↑ AzərTAc. "Görkəmli xanəndə Xan Şuşinskinin xatirəsi anılıb" (az.). Youtube.com. 18.03.2019. 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-18.
- ↑ İsfəndiyar Aslan oğlu Cavanşirov (Xan Şuşinski) yoldaşın Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 29 dekabr 1971-ci il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machine — anl.az saytı
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Xan Şuşinskiyə həsr olunmuş rəsmi sayt
- Xan Şuşinski Virtual muzeyi
- Azərbaycan Milli Konservatoriyası Arxivləşdirilib 2007-09-27 at the Wayback Machine
- AMK Arxivləşdirilib 2007-10-09 at the Wayback Machine
- Xan Şuşinski. Günay Azəri, Kəpəz TV, 18.03.2013 (az.)
- "Qarabağın görkəmli şəxsiyyətləri:Xan Şuşinski (1901-1979)". "Virtual Qarabağ" İKT Mərkəzinin rəsmi portalı (az.). virtualkarabakh.az. 2013. İstifadə tarixi: 2014-10-14.[ölü keçid]
- Xan Şuşinskiyə dinlə
- 20 avqustda doğulanlar
- 1901-ci ildə doğulanlar
- 77 yaşında vəfat edənlər
- 18 martda vəfat edənlər
- 1979-cu ildə vəfat edənlər
- Birinci Fəxri xiyabanda dəfn olunanlar
- Asəf Zeynallı adına Musiqi Kollecinin məzunları
- Azərbaycan SSR xalq artistləri
- "Şərəf nişanı" ordeni ilə təltif edilənlər
- "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə musiqiçilər
- Şuşada doğulanlar
- Bakıda vəfat edənlər
- Xan Şuşinski
- SSRİ müğənniləri
- Xanəndələr
- Azərbaycan aktyorları
- Cavanşirlər
- Azərbaycan xanəndələri
- Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilənlər
- II Fəxri Xiyabanda dəfn olunanlar
- Poçt markalarında şəxslər
- Şuşa musiqiçiləri