Vikipediya:Bilirsinizmi bölməsi/Fevral
Naviqasiyaya keç
Axtarışa keç
1 - 5 Fevral
[mənbəni redaktə et]- 27 Klubunu genişləndirən Emi Vaynhauz Ginnesin rekordlar Kitabına 5 Qremmi mükafatı alan ilk britaniyalı kimi düşüb.
- Kişilər qadınlara nisbətən üç dəfə çox intihar edirlər. Ancaq qadınlar kişilərdən üç dəfə çox intihara cəhd edirlər.
- Britaniya imperiyasının tacında 2868 brilyant, 273 mirvari, 17 sapfir, 11 zümrüd və 5 rubin qaş düzülüb.
- 1950-ci ildə Çində orta insan ömrü 35 il olduğu halda, 2000-ci ildə bu rəqəm 70-ə çatıb.
- Kompyuterlər üçün ən çətin sahə süni intellekt sahəsidir. Məsələn, oyunlar, mətnlərin tam tərcüməsi, ekspert sistemi.
- ABŞ Massaçusets Texnologiya İnstitutu heç zaman fəxri elmi dərəcələr vermir.
- Qədim Romada pul simvolları eyni zamanda yazıda da istifadə edilirdi.
- Dünyada ən çox poçt şöbəsi olan ölkə Hindistandır. Orada 152.792 poçt şöbəsi fəaliyyət göstərir.
- Qədim Çində valideynlərin ad günündə verilən ən yaxşı hədiyyə tabut hesab olunurdu.
- Qayçını Leonardo da Vinçi ixtira edib.
5 - 10 Fevral
[mənbəni redaktə et]- Metal pullar müxtəlif ölkələrdə nəinki yumru, hətta dördkünc, çoxkünclü və ixtiyari formada olur.
- SSRİ-də faktiki dövlət başçısı tutduğu posta görə deyil, siyasi nüfuza görə olurdu.
- Böyük Vətən Muharibəsi illərində SSRİ-nin 83 generalı Almaniya tərəfinə əsir düşüb.
- 2012-ci il London Olimpiadasında yarışların bir hissəsi Qrinviç sarayının qarşındakı çəmənlikdə keçiriləcək.
- Hollandiyanın iki dövlət katibi hökumətin iclasında iştirak edə bilməzlər.
- 2007-ci ilin iyulundan dünyanın ən hündür binası Dubay Qülləsi oldu.
- Mosart öz atasının düşməni ilə dostluq edirdi .
- Simpsonlar yaradıcılarının Homer Simpson üçün yaratdığı D'oh sözü o gədər populyar olub ki, onu Oksford lüğətinə də daxil ediblər.
- Castin Biber adlı kanadalı bir oğlan Youtube-a musiqi videoları yükləyərək populyarlıq qazanıb.
- Sovet İttifaqı Generalassimusu rütbəsi SSRİ Silahlı Qüvvələrində 26 iyun 1945-ci ildə təsis edilr, 27 iyunda İosif Stalinə verilir. Rütbənin 1993-cü ilədək mövcud olmasına baxmayaraq o başqa heş kəsə verilmir.
10 - 15 Fevral
[mənbəni redaktə et]- Karl Qotfrid adlı protestant keşişin Karl Vitte adlı 16 yaşlı oğlu tarixdə dünyanın ən cavan elmlər doktoru kimi Ginnesin rekordlar Kitabına düşüb.
- Yol göstərən işıq adlı ən uzunömürlü teleserialın çəkilişi ərzində (57 il) 15 762 seriya çəkilib.
- Çarli Çaplin San Fransisko teatrında kasıba (kasıb - onun ən populyar obrazı idi) oxşayan adamların müsabiqəsində inkoqnito iştirak edəndə finala keçə bilməyib.
- Pinqvinlər 530 metr dərinliyə, 27 kilometr məsafəyə üzə və sudan 1,80 metr hündürlükdə olan sahilə tullana bilirlər.
- Ferrari TR markalı minik avtomobili 2011-ci ilin avqustunda 16,4 milyon dollara satılıb. Bu avtomobil satışı tarixində ən baha qiymətdir.
- Oskar mükafatına 1971-ci ildə təqdim edilən filmin original adında 62 hərf olub (azərbaycan dilində 67 hərf). Filmin adı "Harri Kellerman kimdir və nəyə görə o mənim haqqımda belə dəhşətli sözlər deyir ?" idi.
- 89 kilometr uzunluğundakı Baykalətrafı dəmir yolunda 38 tunel, 18 qalereya, 268 dayaq, və 248 körpü vardır.
- Yeddi rus çar həyat yoldaşı və bir Moskva knyaginyası gəlin seçimi-rus gözəllik yarışması nəticəsində seçilib.
- 1533 — cü ildə Almaniyanın Vittenburq ərazisində bir kəndin sakinləri görücü Mixael Ştifelin dünyanın sonu barədə iddasından sonra özlərinin bütün əmlaklarını satmışlar.
20 - 25 Fevral
[mənbəni redaktə et]- Qütb ayıları solaxaydır.
- Dəniz ulduzlarının beyni yoxdur.
- Dünyada ən populyar ad –Annadır, bu adı 100 milyona yaxın insan daşıyır.
- Yazıçı Xristian Anderson bir sözü belə düzgün yaza bilmirdi.
- Kərgədanlar insandan daha sürətli qaçır.
- Pişiklər ultrasəsləri eşidirlər.
- Bayquşlar mavi rəngi görə bilən yeganə quşdur.
- Dağ qazları 10 kilometr hündürlükdə uça bilən az sayda quşlardandır.
- "Москвич - 408" SSRİ avtomobil markası raritet avtomobil sayılır.
- Ədəbiyyat üzrə Nobel mükafatı alan ən yaşlı yazıçı Doris Lessinqdir. O, 2007-ci ildə, 87 yaşında bu mükafata layiq görülüb. 1919-cu ildə anadan olan Lessinq həm də 2008-ci ildə Aleksandr Soljenitsının ölümündən sonra hazırda bu mükafatı almış və həyatda olan yazıçıların ən yaşlısıdır.
25 - 28\29 Fevral
[mənbəni redaktə et]- Dünyada ən çox Coca-Cola işkisini İslandiya əhalisi içir.
- Praqa X əsrdə çex dövlətinin paytaxtı olur.
- İstanbul şəhəri tarixdə Vizantiya, Yeni Roma, Konstantinopol, Tsarqrad kimi də tanınır.
- Bəzi bitkilər ömürlərində yalnız bir dəfə, bəziləri isə mütəmadi olaraq çoxalmaqda davam edirlər.
- Müşahidələrə görə dünya əhalisinin 90 % faizi diş xəstəliklərindən əziyyət çəkir.
- Yəhudiliyi rəsmi din olaraq qəbul edən ilk türk dovləti Xəzər dövlətidir.
- 1932-1968-ci illərdə Portuqaliyanın Baş Naziri olmuş Antoniu di Salazar evli olmayıb və onun şəxsi həyatı haqqında çox az məlumat vardır.
- Alimlər belə hesab edirlər ki, dillər təxminən 5 — 10 min il əvvəl vahid dildən ayrı-ayrı dil ailələrinə ayrılmışlar.
- Paraşütlər insanların rahat enməsi üçün ixtira edilmişdi.
- Rusiyanın ən uzun - Botov mağarasının 60 kilometr uzunluğu vardır. O İrkutsk vilayətində, Lena çayının hövzəsində yerləşir.