Tus
Naviqasiyaya keç
Axtarışa keç
Tus | |
---|---|
36°29′10″ şm. e. 59°31′03″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.002 m |
Saat qurşağı | |
Əhalisi | |
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Tus (fars. توس və ya طوس) — İranın Rəzəvi Xorasan ostanında yerləşən şəhər. Qədim yunanlar buranı Susia (yun. Σούσια) adlandırırdılar. Tarixi qeydlərə görə e.ə. 330-cu ildə Makedoniyalı İsgəndər şəhəri ələ keçirmişdir. Şəhər 1220-1259-cu illər monqol istilaları zamanı demək olar ki, tamamilə məhv edilmişdir. 808-ci ildə Xorasan iğtişaşlarını yatırmaq üçün yola çıxan xəlifə Harun ər-Rəşid Tus şəhərində xəstələnərək vəfat etmişdir.
Tusun ən məşhur sakinləri arasında Firdovsi, Nəsirəddin Tusi, Əl-Qəzəli, Nizamülmülk, Cabir ibn Həyyan, Əsədi Tusi və Əbu Cəfər əl-Tusinin adlarını çəkmək olar. Firdovsinin minillik yubileyi ərəfəsində (1934) Tus şəhərində onun məqbərəsi inşa olunmuşdur.
İstinadlar
[redaktə | vikimətni redaktə et]Həmçinin bax
[redaktə | vikimətni redaktə et] İran haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |