Tarıqulu Əmiraslanov
Tarıqulu Əmiraslanov | |
---|---|
Tarıqulu Sadıq oğlu Əmiraslanov | |
Doğum tarixi | |
Doğum yeri | Azərbaycan, Qusar |
Vəfat tarixi | |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | geologiya-mineralogiya |
Elmi dərəcəsi | Professor |
Elmi adı | geologiya-mineralogiya elmləri doktoru |
Təhsili | Azərbaycan Neft və Kimya İnstitutu |
Tarıqulu Əmiraslanov (Tam adı:Tarıqulu Sadıq oğlu Əmiraslanov; d.1946; Azərbaycan, Qusar — ö.1993) — Geologiya-mineralogiya elmləri doktoru, professor.
Həyat və fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Tarıqulu Əmiraslanov 1946-cı ildə Azərbaycanın Qusar rayonunda anadan olub. 1969-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunun geoloji-kəşfiyyat fakültəsini fərqlənmə ilə bitirdikdən sonra təhsilini davam etdirmək üçün "Geoloji kəşfiyyat üsulları" kafedrasının aspiranturasında saxlanılır 1973-cü ildə "Naxçıvan vilayətinin geoloji quruluşununu geofiziki üsullarla tədqiqatları kompleksində qravimetrik kəşfiyyat" mövzusunda namizədlik dissertasiyanı müdafiə etmişdir. "Geofiziki kəşfiyyat üsulları" kafedrasında kiçik və böyük elmi işçi, dosent və professorvəzifələrində işləmişdir. 1988-ci ildə "Geofiziki sahələrin kompleks analizi əsasında mürəkkəb quruluşlu neftli-qazlı vilayətlərin qravimasiya anomaliyalarının interpretasiyası (Azərbaycan və onun akvatoriyası timsalında)" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Elmi tədqiqatları Azərbaycanın mezozoy çöküntülərindən ibarət mürəkkəb quruluşlu vilayətlərinin tektonikasının bir sıra məsələlərinin həlli üçün qravimaqnit kəşfiyyatın nəticələrinin emalı və interpretasiyası proseslərinin təkmilləşdirilməsi və avtomatlaşdırılması ilə bağlıdır. Əmiraslanov T. S. Azərbaycanın yeksək dəqiqli planalma materiallarının interpretasiyası üsullarını təkmilləşdirmişdir. O, çox sayda elmi məqalə və dərs vəsaitlərinin müəllifidir.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Azərbaycanın geoloq və geofizik alimləri, "Nafta-Press" nəşriyyatı, 2004