Sultan Süleyman Qanuni

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Sultan Süleyman Qanuni
osman. سليمان اول
Osmanlı sultanı[d]
10 oktyabr 1520 – 17 sentyabr 1566
ƏvvəlkiI Səlim
SonrakıII Səlim
Şəxsi məlumatlar
Doğum tarixi 6 noyabr 1494
Doğum yeri
Vəfat tarixi 6 sentyabr 1566(1566-09-06)[1] (72 yaşında)
Vəfat yeri
Vəfat səbəbi dizenteriya
Dəfn yeri
Atası I Səlim
Anası Hafza Sultan
Həyat yoldaşları
Uşaqları
Elmi fəaliyyəti
Elm sahəsi hərbi iş[d][3], siyasət[3]

Monoqram Monoqramın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sultan Süleyman Qanuni (Osmanlı Türkcəsi: سلطان سليمان اول, Sultan Süleyman-ı Evvel) (6 noyabr 1494, Trabzon, Osmanlı imperiyası6 sentyabr 1566[1], Siqetvar, Macarıstan krallığı[d][2]), Osmanlı imperiyasının 10-cu padşahı və 89-cu İslam xəlifəsidirQərb dünyasında Möhtəşəm Süleyman, şərqdə isə ədalətli idarəçiliyinə görə Qanuni Sultan Süleyman olaraq da tanınır. 1520-dən 1566-dakı ölümünə qədər təqribən 46 il sultanlıq etmiş və 13 dəfə səfərə çıxmış, səltənətinin ümumilikdə 10 il 1 ayını səfərlərdə keçirmişdir. Osmanlı tarixinin ən uzun müddət taxtda oturan, ən uzun müddət səfərdə qalan və ən çox səfərə çıxan sultanıdır.

I Süleyman 1520 tarixində atası I Səlimin vəfatı ilə taxta çıxdı. Qərbdə Belqrad, Rodos, Boğdan (indiki Moldova) və Macarıstanın böyük hissəsini imperiya torpaqlarına birləşdirdi. 1529 tarixində Vyananı mühasirəyə alsa da, müxtəlif səbəblərdən bü mühasirə uğursuz oldu. Şərqdə Səfəvilərlə gedən döyüşlərdən sonra Orta Şərqin böyük bir qismini işğal etmişdir. Afrikada imperiya sərhədləri Əlcəzairə qədər uzanmış, Osmanlı donanması Aralıq dənizQırmızı dəniz sahillərini fəth etmişdi. I Səlimdən 6.557.000 km2 olaraq aldığı Osmanlı mülkünü, oğlu II Səlimə 14.893.000 km2 olaraq miras buraxmışdır. Zigetvar mühasirəsinin bitməsinə bir gün qalmış 7 sentyabr 1566 tarixində müharibə düşərgəsində 71 yaşında vəfat etmiş və yerinə oğlu II Səlim keçmişdir.

Şahlıq illəri

[redaktə | mənbəni redaktə et]
1579-cu ildə Nəqqaş Osmanın "Şəmailnamə" adlı əsərində yer alan və I Süleymanın gənclik illərinin təsvir edildiyi miniatür.

6 noyabr 1494 tarixində Trabzonda dünyaya gəlmişdir.[4] Atası Süleyman anadan olarkən Trabzon bəylərbəyi olan, 1512-ci il tarixində isə taxta keçən I Səlim, anası isə Ayşə Hafsa Sultandır.[5] Uşaqlıq illərini süd qardaşı Yəhya Əfəndi ilə birlikdə Trabzonda keçirmişdir. 1501-ci ildə 7 yaşlı Şahzadə Süleyman elm, tarix, ədəbiyyat, dinhərb sahələrini öyrənmək üçün İstanbula, Topqapı sarayındakı Əndəruna göndərildi.[6] 1508-ci ildə Qarahisar sancaqbəyi seçilsə də, əmisi Amasiya sancaqbəyi Şahzadə Əhmədin etirazı ilə Boluya təyin olundu.[6][7] Şahzadə Əhmədin buna da etiraz etməsi səbəbilə 1509-cu ilin iyul ayında Kəfə sancaqbəyliyinə gətirildi.[7][8]

Atası I Səlimin 1512-ci ildə taxta çıxması ilə bir müddət İstanbulƏdirnədə yaşadı.[8] 1513-cü ildə Manisa sancaqbəyliyinə gətirildi.[9] Burada gələcəkdə ən yaxın adamlarından biri olacaq Parqalı İbrahimlə tanış oldu və onunla yaxın dostluq yaratdı.[8][10] Təqribən 7 illik Manisa sancaqbəyliyindən sonra, 1520-ci il 21 sentyabrdan 22 sentyabra keçən gecə atası doqquzuncu Osmanlı hökmdarı I Səlim vəfat etdi. Dövrün sədrəzəmi Piri Mehmed Paşa sultanın ölümünü gizlədərək silahdar kəndxudası Süleyman ağanı dərhal Manisaya göndərdi və şahzadəni taxta dəvət etdi. Digər tərəfdən paytaxtı nəzarətdə saxlamaq niyyətiylə Rumeli bəylərbəyi Əhməd Paşanı da İstanbula göndərdi. Şahzadənin paytaxta yaxınlaşması xəbərini eşitdikdən sonra sultanın vəfatını elan edən Piri Mehmed Paşa ordu xəzinəsini möhürlədərək ikinci vəzir Çoban Mustafa Paşa və Fərhad Paşanı mərhum sultanın cənazəsiylə birlikdə Çorluda qoyub özü yeni əfəndisini qarşılamaq üçün İstanbula yola düşdü.

30 sentyabr 1520-ci ildə bazar günü gəmiylə Üsküdara gələn Şahzadə Süleyman dərhal Topqapı sarayına gəldi. Yeniçərilər tərəfindən qarşılanan gənc sultanın həmin gün biyat mərasimi baş tutdu.

Taxta keçdikdən bir neçə həftə sonra Venesiya respublikası elçisi Bartolomeo Contarinini qəbul etdi. Contari burada olarkən Süleymanı bu şəkildə təsvir etmişdir: "İyirmi altı yaşında, hündür, lakin sərbəst görünən və alicənab görünüşlü. Boynu həddən ziyadə uzun, üzü zəif, burnu qartal dimdiyi kimi qıvrım. Kölgə kimi bığı və kiçik saqqalı var. Dərisi bir az solğundur, lakin üzü olduqca xoşdur. Ağıllı bir hökmdar olduğu söylənilir və hamı onun səltənətinin xeyirli olacağından ümidlidir."[11]

Səltənət illəri

[redaktə | mənbəni redaktə et]

1520–1529-cu illər

[redaktə | mənbəni redaktə et]
Rodosun tutulmasını göstərən miniatür.

I Süleymanın taxta keçməsindən qısa bir müddət sonra Şam bəylərbəyi Canbərdi Qazəli, Süleymanın sultanlığını tanımadı və öz hakimiyyətini elan edərək üsyan başlatdı. Mərkəzdən göndərilən Fərhad Paşa idarəsindəki birliklə Zülqədriyə əyalətindəki hərbi dəstələrin birləşmiş qüvvəsi Şam yaxınlığındakı Mastaba adlı bölgədə, 27 yanvar 1521 tarixində Canbərdi Qazəli və qoşunlarını darmadağın etdi. Canbərdi Qazəli öldürüldü və üsyan yatırıldı. Qazəlinin yerinə Şam bəylərbəyliyinə Ayaz Mehmed Paşa gətirildi.

Süleyman ilk səfərini 18 may 1521 tarixində Macarıstan Krallığının idarəsindəki Belqrada (o dönəmdəki adı ilə Nándorfehérvár) hazırladı. Ətrafındakı Böyürdələn, Zəmun və Salankamen şəhərlərinin alınmasının ardından 1 avqust günü mühasirəyə alınan şəhər 29 avqust 1521 tarixində təslim oldu. Avropada planlaşdırdığı səfərlər üçün arxa cəbhə rolunu oynayan bu şəhər I Süleymanın növbəti fəthlərinin müjdəçisi oldu.

Növbəti il Süleyman Aralıq dənizində yerləşən Rodos adasına qurudan səfər təyin etdi. Mühasirəyə qatılacaq olan Osmanlı donanması isə iyun 1522'də adanın "Cem Bağçası" körfəzinə gəlib çatdı. Süleymanın da aralarında olduğu ordu qüvvələri 28 iyul günü Mərmərə dənizindən gəmiylə adaya keçirildi. Təxminən 100.000 nəfər piyada və 400 gəmidən ibarət Osmanlı ordusunun 6 aydan çox mühasirədə saxladığı bu ada 26 dekabr 1522 tarixində təslim oldu. Adada xristian olaraq yaşayan Cem Sultanın oğlu Murad və Muradın oğlanları boğduruldu, xanımı və iki qızı isə İstanbula göndərildi. Rodosun tutulmasından sonra Bodrum, Taxtalı və Aydos qalaları, İstanköy və Sömbəki adaları da işğal edildi.

1523-cü ilin fevral ayında İstanbula geri qayıdan Süleyman səltənətinin ilk 3 ilində vəzifədə qalan sədrəzəm Piri Mehmed Paşanı yaşıyla əlaqədar sədarətdən kənarlaşdırdı və 27 iyun 1523 günü ənənəyə uyğun olmayaraq Xasodabaşısı Parqalı İbrahim ağanı sədrəzəmRumeli bəylərbəyi təyin etdi. Sədrəzəmlik sırası gözləyən ikinci vəzir Əhməd Paşa, hakim olaraq təyin edildiyi Misirdə 1524-cü ilin əvvəlində üsyan çıxardaraq müstəqilliyini elan etdi. Əhməd Paşanın öldürülməsiylə yatırılan üsyanın ardından Sədrəzəm Parqalı İbrahim Paşa Misirdə sülhü təmin etmək üçün vəzifələndirildi.

1525-ci ilin mart ayında I Süleyman İstanbul ətrafında ovdaykən yeniçərilər şəhərdə ayaqlanma başlatdılar. Qısa zamanda yatırılan ayaqlanmadan sonra Yeniçəri ağası Mustafa ağa, kətxudası Qıran Bali bəy və rəisül-küttab Heydər bəy edam edildi. Misirdə asayişi təmin edən Sədrəzəm İbrahim Paşa isə 6 sentyabr 1525 tarixində İstanbula geri döndü. Bu dönəmdə İstanbula gələn fransız elçisi Jean Frangipani 24 fevral 1525 tarixində baş verən Paviya müharibəsində Müqəddəs Roma imperatoruna əsir düşən kral I François üçün, kralın anasının adından məktub gətirmişdi. Yazdığı məktubla yardım edəcəyi barədə söz verən I Süleyman, iki dövlət arasında sülh bağlanıb, kral azad olunsa da, Macarıstana səfər təyin olunması barədə fərman verdi. Macarıstana öncə Sədrəzəm İbrahim Paşanı göndərdi, daha sonra 23 aprel 1526 tarixində Süleymanın rəhbərliyi ilə ordu Macarıstana hücuma keçdi. İbrahim Paşanın qüvvələri Petrovaradin və İyluk şəhərləriylə 11 qalanı ələ keçirdikdən sonra Özək qalasını mühasirəyə aldı. Bosniya bəyləri də Sirəm bölgəsində bəzi qalaları ələ keçirmişdi. Macarıstan kralı II. Lajosun rəhbərliyindəki ordu ilə Dunay çayı sahilindəki Moxac düzündə qarşılaşan Osmanlı ordusu 29 avqust 1526 tarixində baş verən döyüşdə qəti qələbə qazandı. Kral Lajos isə müharibədən qaçarkən bataqlığa düşmüş və burada boğularaq can vermişdir. Osmanlı ordusu səfərə davam edərək 20 sentyabr tarixində Budin şəhərinə daxil oldu. Şəhərin açarlarını ələ keçirdən və təxminən 14 gün kral sarayında qalan I Süleyman geri qayıdarkən Segedin və bəzi şəhərləri də ələ keçirmiş, Macarıstanın rəhbərliyinə Ərdəl hakimi Janos Zapolyanı gətirdi. Macarıstanın Osmanlı imperiyasına qatılması və Fransa-Osmanlı ittifaqıyla 5 oktyabr 1526 tarixində başa çatan yeddi aylıq səfərin ardından 13 noyabr 1526 tarixində İstanbulda zəfər sevinci yaşandı. Osmanlı ordusunun Macarıstanda olduğu 1526-cı ilin avqust ayında Səfəvilərin dəstəyi ilə Anadoluda Baba Zünnun üsyanı başlamışdı. Ətraf ərazilərə də yayılan üsyan 26 sentyabr 1526-cı ildə Diyarbəkir bəylərbəyi Hüsrəv Paşa və Adana sancaqbəyi Piri bəy tərəfindən yatırıldı. Ancaq həmin ilin payızında orta Anadoluda çıxan Qələndər Çələbi üsyanı daha güclü oldu. Bu üsyan da Səfəvilərin dəstəyi ilə baş vermişdi. Ətraf bölgələrin hakimlərinin məğlub olması ilə üsyan daha da böyüdü. Bundan sonra üsyanı yatırmaq üçün Sədrəzəm İbrahim Paşa vəzifələndirildi. 22 iyun 1527-ci ildə Əlbistanda məğlub edilən Qələndər Çələbi başı kəsilərək edam olundu. Bir neçə ay sonra Anadoluda Molla Qabiz problemi yarandı. Əslən fars mənşəli olan Molla Qabiz öz məclislərində İsa peyğəmbərin digər bütün peyğəmbərlərdən üstün olduğunu danışırdı. Bu səbəbdən 1527-ci ilin noyabrında divana çağrıldı və mühakimə edilərək edam cəzası verildi.

I. Vyana Mühasirəsini göstərən bir miniatür

Müqəddəs Roma imperatoru V. Karlın qardaşı, Avstriya hersoqu Ferdinand Janos Zapolyanın Macarıstandakı hakimiyyətini tanımayaraq özünü Macar kralı elan etdi. Janos Zapolyanı məğlub edərək 20 avqust 1527 tarixində Budinə daxil olmuş, illik ödəyəcəyi vergi ilə macar kralı olmağı təklif etmişdir. Ancaq bu təklifi rədd edən I Süleyman 10 may 1529 tarixində yeni bir səfərə çıxmış, Sədrəzəm İbrahim Paşaya isə səraskər rütbəsi verərək ordunun başına gətirmişdir. 3 sentyabr 1529 tarixində Budinə daxil olan Osmanlı qüvvələri şəhəri mühasirəyə aldı. 7 sentyabr günü təslim olan şəhər yenidən Janos Zapolyonun hakimiyyəti altına keçdi. Dərhal Esterqon qalasına hücum edən Osmanlı ordusu 23 sentyabr 1529 tarixində Avstriya sərhəddini keçmiş, 27 sentyabr günü Vyana şəhərini mühasirəyə almışdır. Ancaq ağır hava şəraiti və ordunun mühasirə üçün zəif olması səbəbilə 16 oktyabr günü mühasirə qaldırıldı və ordu 16 dekabr 1529 tarixində İstanbula geri döndü.

1530–1539-cu illər

[redaktə | mənbəni redaktə et]
Prevezə Dəniz Müharibəsi (Osman Nuri Paşa)

Osmanlıların məğlubiyyətilə nəticələnən Vyana mühasirəsindən sonra Hersoq Ferdinand tərəfindən göndərilən elçilər yenidən rədd cavabı aldı. Bundan sonra Esterqon, Vişeqrad və Vaç şəhərlərini geri alan Ferdinand Budinə hücum etsə də, bu hücum uğursuz oldu. 17 oktyabr 1530 tarixində Avstriya elçiləri Nicolas Jurischitz və Joseph von Lamberg İstanbula gəldilər. 17 noyabr günü Sultan Süleymanın divanına çıxmış elçilər sülh danışıqları üçün təkid etsələr də, sülh bağlanmadı və həmin gün Avstriya üzərinə yeni bir səfərə çıxma qərarı alındı. 25 aprel 1532 tarixində Süleyman və sədrəzəm İbrahim Paşanın rəhbərliyi ilə ordu İstanbuldan ayrıldı. Bosniya bəyi Qazi Hüsrəv bəy, Bali Bəyzadə Mehmed bəy, Krım xanı I Sahib Gəray və əyalət bəylərbəyləri qalaları fəth edərkən, axıncılar Almaniyanın içərilərinə qədər irəlilədilər. Osmanlı ordusu 11 sentyabr günü Slovenyaya daxil oldu, bir müddət sonra Habsburq xanədanına məxsus Güns şəhəri mühasirəyə alındı və V. Karlın gəlməsi gözlənildi. 3 həftə gözlənilsə də kral gəlmədi və 30 avqust 1532 tarixində şəhər ələ keçirildi. İbrahim Paşaburada qalaraq bir neçə qalanı daha işğal etmiş, I. Süleyman isə Alman səfərini 21 noyabr 1532 tarixində sonlandıraraq İstanbula geri döndü. Bir neçə ay sonra 22 iyun 1533 tarixində Avstriya HersoqluğuOsmanlı dövləti arasında İstanbul sülhü bağlandı. Bu andlaşmaya görə Macarıstanın qərbindəki kiçik bir hissə Ferdinanda qalmalı və bunun qarşılığında illik 30.000 qızıl vergi verilməli idi. Alman səfəri zamanı Andrea Doria tərəfindən işğal olunan Koron qalası isə 1534 tarixində Mora sancaqbəyi Bali Bəyzadə Mehmed bəy tərəfindən geri alındı.

Əsas məqalə: İraqeyn yürüşü

Osmanlı dövlətinə bağlı Bitlis sancaqbəyi Şərəf xan 1531 tarixində Səfəvi şahı I. Təhmasibə tabe olduğunu elan etdi. Osmanlı imperiyası torpaqlarında dünyaya gəlsə də, Səfəvilərə sığınan, daha sonra təkrar Osmanlı hakimiyyətini qəbul edən Üləma Xan Şərəf xanın yerinə Bitlisə göndərildi. Ancaq burada Şərəf xanın qoşunu ilə qarşılaşmış, bunun ardından sədrəzəm İbrahim Paşa 1533-cü ilin oktyabr ayında Səfəvilər üzərinə səfərə başladı. İbrahim Paşa bölgəyə gələnə qədər Üləma xan Şərəf xanı öldürmüş, bu səbələ İbrahim Paşa qışı Hələbdə keçirmişdir. Səfəvilərə aid Adilcəvaz, Ərciş, VanƏhlət qalalarını ələ keçirən İbrahim Paşa yaz aylarında Hələbdən ayrıldı. Bundan sonra Təbriz 13 iyul 1534 tarixində Osmanlı torpaqlarına qatıldı. Qışı İstanbulda keçirdən I. Süleyman 6. səfəri üçün 11 iyun 1534 tarixində hərəkətə keçdi və Təbriz yaxınlarında İbrahim Paşa tərəfindən qarşılandı. Bir müddət sonra burdan ayrılan ordu 31 dekabr 1534 günü təslim olan Bağdadı ələ keçirdi. Qışı Bağdadda keçirən ordu 8 yanvar 1536 tarixində İstanbula geri döndü.

Digər tərəfdən 27 dekabr 1533 tarixində Əlcəzair hakimi Xızır rəis (Barbaros) öz donanması ilə birlikdə İstanbula gəlmişdi. Sultana müxtəlif hədiyyələr gətirən və Əlcəzair torpaqlarını fəth eliyən Xızır rəisə "Xeyrəddin " ünvanı verilərək Əlcəzair bəylərbəyi təyin edildi. İbrahim Paşayla görüşmək üçün Hələbə gedib gəldikdə sonra, 1534 tarixində kaptan-ı dəryalığa yüksəldildi. Kaptan-ı dərya olaraq ilk səfəri 1534-cü ilin may ayında cənubi İtaliyaya oldu. Bundan sonra 1534-cü ilin avqust ayında Tunis ələ keçirilsə də, Tunis əmiri Mevlay Həsənin V. Karldan yardım istəməsindən sonra 1535 yayında geri alındı.

Fransa elçisi Jean la Foretin təkidləriylə 18 fevral 1536 tarixində Süleyman Fransa ilə kapitulyasiya müqaviləsi imzalamışdır. Bu müqaviləylə fransız tacirlərinə bəzi ticarihüquqi imtiyazlar verilmişdir. 14–15 mart gecəsi Sədrəzəm İbrahim Paşanın boğularaq edam edilməsilə ertəsi gün Ayaz Mehmed Paşa sədrəzəmliyə gətirildi.

Barbaros Xeyrəddin Paşa idarəsindəki Osmanlı donanması 1536 yazında Aralıq dənizinə açıldı. Sultan I. Süleyman 17 may 1537 tarixində İstanbuldan ayrılaraq "Səfər-i Pulya" adlanan Adriatik səfərinə başladı. Fransız-Osmanlı ittifaqı ilə başlanan səfərin planına görə fransız ordusu İtaliyanın şimalını, Osmanlı ordusu isə dəniz sahillərini zəbt etməli idi. Barbaros Xeyrəddin Paşanın idarəsindəki əsgərlər 1537-ci ilin iyul ayında Pugliya bölgəsinin Kastro şəhərində toplandı. Otranto qalası ətrafında təxminən 2 həftə qalan əsgərlər daha sonra ələ keçirdikləri əsirlərlə birlikdə burdan ayrıldılar. Digər tərəfdən Fransa müttəfiqlik şərtlərini pozaraq İtaliyaya yox, Hollandiyaya hücum etdi. İtaliyadan ayrılan Osmanlı donanması avqust ayında Venesiyaya aid Korfu adasını mühasirəyə aldı. Ancaq qışın gəlməsiylə mühasirə qaldırıldı. Barbaros Xeyrəddin Paşa idarəsindəki donanma daha sonra Venesiyaya aid Şira, Patmos, Naksos adalarını ələ keçirildi, Naksos adası və digər 5 ada Osmanlıya vergi verilməsi şərti ilə azad edildi. Padşahla donanma 22 noyabr 1537 tarixində İstanbula geri döndü.

Osmanlı imperiyasına bağlı olan Boğdan hakimi Pedro Rareşin ödəməli olduğu illik vergini ödəməməsi səbəbilə Süleyman, Xızır rəisin donanmayla birlikdə dənizə açılmasından bir neçə gün sonra, 9 iyul 1538 tarixində 8. səfəri olan Boğdan səfərinə çıxdı. Paytaxt Yaş da daxil olmaqla Boğdanın böyük bir hissəsi Osmanlı imperiyasına tabe oldu. Pedro Rareş Ərdələ sürgün edildi və yerinə III. Stefan gətirildi. Bu zaman Aralıq dənizində olan Barbaros Xeyrəddin Paşa idarəsindəki donanma 22 sentyabr 1538 tarixində Venesiya, İspaniya, Papalıq, Genuya və Malta donanmasından ibarət "Müqəddəs ittifaq" donanması ilə Korfu adası yaxınlığında qarşılaşdı. 6 gün sonra 28 sentyabr 1538 tarixində Prevezə sahillərində başlayan müharibədən Barbaros Xeyrəddin Paşa zəfərlə ayrıldı. oktyabr 1540 tarixində Venesiya və Osmanlı arasında imzalanan sülhə görə Mora və Dalmaçya sahillərindəki qalalar Osmanlının əlində qalmalı, Venesiya illik 300.000 qızıl təzminat verməli idi. Digər tərəfdən 15 iyul 1539 tarixində Ayaz Mehmed Paşanın ölümüylə boş qalan sədarətə Lütfi Paşa gətirildi.

1535 tarixində Qucarat sultanı Bahadır şah göndərdiyi məktubla portuqallara qarşı apardığı mübarizədə kömək istədi. Bunun ardından I. Süleyman, Xədim Süleyman Paşa rəhbərliyi ilə Hindistana donanma göndərdi. 13 iyun 1538 tarixində Süveyşdən yola çıxan Xədim Süleyman Paşa ilk növbədə Ədəni ələ keçirdi. 19 avqust günü Ədəndən ayrılan donanma 4 sentyabrda Diu şəhərinə çatdı. Ancaq Bahadır şah 1537 tarixində ölmüş və yerinə portuqal tərəfdarı olan III. Mahmud şah 1538 tarixində yaradılan mühasirədə portuqalların tərəfini tutdu. Bu səbəblə mühasirə uğursuz oldu və 25 dekabr günü Ədənə geri dönüldü. Bir müddət sonra paytaxt Səna şəhəri də başda olmaqla bütün Yəmən Osmanlı imperiyasına birləşdirildi.

1540–1552-ci illər

[redaktə | mənbəni redaktə et]

aprel 1541 tarixində I. Süleymanın bacısı olan, xanımı Şahhuban Sultana şillə vurması səbəbilə Lütfi Paşa sədarətdən qovularaq Dimetokaya sürgün edildi və yerinə Xədim Süleyman Paşa gətirildi.

I. Süleyman, İzabela Jagiellonka və oğlu Janos Sigismund Zápolyanı qəbul edərkən

Janos Zapolyanın 22 iyul 1540 tarixindəki ölümündən sonra xanımı İzabella Jagiellonka ərinin ölümündən bir neçə gün əvvəl dünyaya gətirdiyi oğlu Janos Sigmund Zapolyanın adından Macarıstanın başına keçməsi üçün Süleymandan icazə almışdı. Bütün bunları bilən Ferdinand 1541-ci ilin avqustunda Budini mühasirəyə aldı. əvvəlcə Rumeli bəylərbəyi, ardından üçüncü vəzir Sokullu Mehmed Paşa idarəsindəki qüvvələri Budinə göndərən Süleyman 23 iyun 1541 tarixində orduyla birlikdə səfərə çıxdı və Budindəki Ferdinandın qoşunlarını məğlub etdi. Budin mühasirəsini qaldırdıqdan sonra qurulan Budin əyalətiylə Macarıstanı birbaşa Osmanlıya bağlayan Süleyman İzabella Jagiellonka və oğlu Sigmund Zapolyanı Ərdələ göndərdi. Qardaşı Ferdinandın 8 sentyabrda Genuyaya çatmasıyla baş verənləri öyrənən V. Karl intiqam niyyəti ilə 1541 tarixinin payızında Əl-cəzairə hücum etdi. Müqəddəs Roma imperiyası, İspaniya, Napoliya, Sicilya, Malta, Genuya və Papalıq qoşunlarıyla Əl-cəzairə hücum edən Andrea Doria 4 ay buranı mühasirədə saxlasa da, uğur əldə edə bilmədi. Süleyman isə ordu ilə birlikdə 27 noyabr 1541 tarixində İstanbula geri döndü.

1542 tarixində Ferdinandın yenidən Budinə və Peştəyə hücum etməsiylə 17 noyabr 1542 tarixində yeni səfər hazırlığı üçün Ədirnəyə gələn Süleyman 23 aprel 1543 tarixində Macarıstan səfərinə hücuma keçdi. 8 avqust tarixində iki həftəlik mühasirəylə Esterqon qalası fəth olundu. Bir neçə həftəiçində Siqlos, Székesfehérvár ve Szeged şəhərləri də ələ keçirildi. 19 iyun 1547 tarixində Müqəddəs Roma imperiyası ilə Osmanlı imperiyası arasında imzalanan ilk yazılı andlaşma sayılan İstanbul andlaşması ilə Ferdinand və V. Karl Macarıstandakı Osmanlı hakimiyyətini tanımağı və Habsburg xanədanına məxsus olan şimali və qərbi Macarıstan üçün illik 30.000 qızıl vergi verməyi qəbul etdi.

1542–1546 İtaliya müharibəsi əsnasında Süleyman və I. François, V. Karl və İngiltərə kralı VIII. Henriyə qarşı müttəfiqlik müqaviləsi bağladılar. 29 may 1543 tarixində İstanbuldan yola çıxan Barbaros Xeyrəddin Paşa idarəsindəki Osmanlı donanması avqust ayında Marsilyaya çatdı. 6 avqust günü Osmanlı və fransızların birləşmiş donanması Hersoq III. Çarlzın idarəsindəki Nice şəhərini mühasirəyə aldı. 22 avqust tarixində Nice şəhəri ələ keçirilsə də, daxili müqavimətin qırılması 8 sentyabra qədər uzandı. Qışı Toulonda keçirdən Osmanlı ordusu 8 aydan sonra 1544 tarixinin may ayında İstanbula geri döndü.

noyabr 1544 tarixində Sədrəzəm Xədim Süleyman PaşaDəli Hüsrəv Paşanın divanda əlbəyaxa dalaşmasından sonra hər ikisi vəzifələrindən alındı və Rüstəm Paşa sədarətə gətirildi. 4 iyul 1546 tarixində kaptan-ı dərya Barbaros Xeyrəddin Paşanın vəfatı ilə yeni kaptan-ı dərya Sokullu Mehmed Paşa seçildi.

1547 tarixində Səfəvi şahı I. Təhmasibə qarşı üsyana qalxan qardaşı Əlqas Mirzə İstanbula sığındı. Hasəkisi Xürrəm Sultanla 1544, 1545 və 1546-cı illəri Ədirnədə keçirdən Süleyman İstanbula geri döndükdən sonra Əlqas Mirzəni şərqə doğru yolladı və 29 mart 1548 tarixində Səfəvilər üzərinə səfərə başladı. Süleymanın rəhbərlik etdiyi qoşun Vanı mühasirəyə aldı. Mühasirəni davam etdirən Üləma Paşa Vanı ələ keçirtdi. 1534-cü ildə Osmanlı idarəsinə keçsə də, sonradan Səfəvilər tərəfindən ələ keçirilən Təbriz şəhəri I. Süleyman tərəfindən yenidən fəth olundu. Qışı Hələbdə keçirdən ordu 1549 tarixində Diyarbəkirə gəldi və ikinci vəzir Qara Əhməd Paşanı Gürcüstana yolladı. Bir ay içində Tortum və Ağcaqala başda olmaqla 20 şəhəri və Şirvanşahlar dövlətini Osmanlıya tabe edən Qara Əhməd Paşa ordu ilə birlikdə 21 dekabr 1549 tarixində İstanbula geri döndü.

31 mart 1547 tarixində vəfat edən I. Françoisin yerinə Fransa kralı olan II. Henri Aralıq dənizində Habsburqlarla mübarizə aparmaq üçün Süleymanla razılığa gəldi. Buna cavab olaraq Andrea Doria idarəsindəki donanma 8 oktyabr 1550 tarixində Mehdiyə bölgəsini ələ keçirdi. Ancaq iyul 1551 tarixində Qazo adasını fəth edən Sinan Paşa idarəsindəki donanmanın 18 iyul tarixində Malta adasına etdiyi hücum uğursuz oldu. Qısa müddət sonra Malta idarəsindəki Trablus adası mühasirəyə alındı və 15 avqust tarixində şəhər ələ keçirildi. Trablusun alınması ilə 1551–1559 İtaliya Müharibəsinə şərait yaradıldı. 1552 tarixində Fransaya yardım məqsədilə yola çıxan Osmanlı donanması İtaliyanın cənubundakı Reggio Calabria bölgəsini ələ keçirdi. 5 avqust 1552 tarixində Andrea Doriya idarəsindəki donanmayla qarşılaşan Fransa-Osmanlı birlikləri baş verən dəniz döyüşündən qalibiyyətlə ayrıldı. 1553 tarixində isə bu birliklər Genuyaya məxsus Korsika adasının böyük hissəsini ələ keçirdi.

Hind Okeanındakı Osmanlı gəmiləri (16. əsr)

1551 tarixində Avstriya qüvvələri Ərdələ hücum etdi. Buna cavab olaraq Süleyman dövrün Rumeli bəylərbəyi Sokullu Mehmed Paşanı Ərdələ göndərdi. 10 iyul 1551 tarixində hərəkətə keçən Sokullu Mehmed Paşa sentyabr ayına qədər 16 qalanı fəth etdi. iyul 1552 tarixində Lipve qalası alındıqdan sonra Temeşvar şəhəri mühasirəyə alınmış, ancaq ağır hava şəraiti səbəbi ilə uğursuz oldu və Sokullu Mehmed Paşa Belqrada geri çəkildi. Osmanlı qüvvələrinin geri çəkilməsindən istifadə edən Avstriya ordusu Ərdələ yenidən hücum etdi və Lipve qalasını işğal etdi. 26 iyul 1552 tarixində Ərdələ göndərilən Qara Əhməd Paşa idarəsindəki ordu qısa zamanda Lipve, Temeşvar, Vesprem və Solnok qalaları ələ keçirildi.

Digər tərəfdən 1548 tarixində ikinci dəfə elan edilən Hind səfərinə bu dəfə Piri rəis rəhbərlik edirdi. Piri rəis Osmanlı torpağı olan Ədən bölgəsinin portuqallara tabe olmasının ardından 26 fevral 1548 tarixində bu bölgəni yenidən Osmanlı imperiyasına birləşdirdi. avqust 1552 tarixində isə Portuqaliya krallığına məxsus Maskat bölgəsini özünə tabe edən Osmanlı qüvvələri daha sonra Ərəbistan yarımadasının sahil bölgələrini işğal edərək Qətər və Bəhreyn bölgəsini ələ keçirdi. Ancaq səfəri tamamlamamış donanmanı boş buraxıb Süveyşə çəkilən Piri rəis bir müddət burada həbs olundu və 1554 tarixində Süleyman tərəfindən edam edildi. Üçüncü Hindistan səfəri isə Qoca Murad rəis tərəfindən idarə edildi. Hind okeanında portuqal donanması ilə baş verən dəniz döyüşündən zəfərlə ayrılsa da, daha sonra Bəsrə körfəzinə geri çəkildi. Zəfərlə nəticələnməyən bu səfərin ardından dördüncü və son Hindistan səfəri Seyid Əli rəis tərəfindən idarə edildi. Portuqal donanması ilə gedən döyüşlər və Hind okeanında baş verən fırtınalar səbəbilə donanma ağır itkilər verdi və Surat bölgəsinə çəkildi. Burada donanmadan geri qalan hərbi sursatı Qucarat sultanı Rəcəb xana təslim etdikdən sonra Osmanlı-Səfəvi sərhəddinə doğru irəliləyən Seyid Əli rəis, 1555 tarixində imzalanan Amasiya sülhünün ardından 1557 tarixində İstanbula geri döndü. 

1553–1561-ci illər

[redaktə | mənbəni redaktə et]

Şah Təhmasibin Ərciş, Adilcəvaz, Bargiri və Əhləti, oğlu İsmayıl Mirzənin isə Ərzurumu ələ keçirməsinin ardından Kürəkən Rüstəm Paşa idarəsindəki Osmanlı ordusu Səfəvilər üzərinə səfər elan etdi. Ancaq orduda başlayan narazılıqlar səbəbilə 28 avqust 1553 tarixində Süleyman özü ordunun başına keçdi. Anadoluya gələn I. Süleyman Konya yaxınlarında, taxta qəsd etməsi səbəbi ilə oğlu şahzadə Mustafanı 6 oktyabr tarixində edam etdirdi. Bu hadisədən sonra orduda baş verə biləcək üsyanın qarşısını almaq üçün kürəkəni Sədrəzəm Rüstəm Paşanı sədarətdən qovdu və yerinə Qara Əhməd Paşa gətirildi. Hələbdə qışlayan ordu yaz aylarında Naxçıvan, İrəvanQarabağ bölgəsini işğal etdi. Bunun ardından 29 may 1555 tarixində bağlanan Amasiya sülh müqaviləsi ilə iki dövlət arasındakı sərhəd müəyyən olundu. Bağdad da daxil olmaqla İraqın böyük qismi, Qərbi Gürcüstan, Qərbi AzərbaycanTəbriz bölgəsi Osmanlılara; Şərqi GürcüstanAzərbaycan bölgəsi isə Səfəvilərə qaldı. 31 iyul 1555 tarixində İstanbula dönən Sultan Süleyman 29 sentyabr günü Sədrəzəm Qara Əhməd Paşanı edam etdirərək yerinə ikinci dəfə kürəkəni Rüstəm Paşanı sədarətə gətirdi.

Habsburqlarla Fransa arasında 1551 tarixindən bəri davam edən müharibədə məğlub olmağa başlayan Fransa kralı II. Henri 30 dekabr 1557 tarixində Süleymana məktub yazaraq yardım istədi. Fransaya yardım məqsədilə aprel 1558 tarixində İstanbuldan ayrılan Turqut rəis və Piyalə Paşa idarəsindəki Osmanlı donanması 13 iyun 1558 tarixində İtaliyaya çatdı. İyul ayında İspaniya krallığına məxsus Balear adalarına uğurlu hücumlar edildi. Buna cavab olaraq İspaniya kralı II. Felipe Osmanlının əlindəki Trablusu almaq üçün Papa IV. Pauldan yardım istədi. İspaniya, Venesiya, Papalıq, Genuya və Malta gəmilərindən ibarət hərbi donanma 10 fevral 1560 tarixində Trablusa yola çıxdı. 7 mart tarixində Cərbə adasını ələ keçirən donanma burada qala inşasına başladı. Piyalə Paşa idarəsindəki Osmanlı qüvvələri isə 11 may tarixində Cərbəyə gəldi və baş verən dəniz döyüşündə Osmanlı donanması zəfər qazandı.

Övladları şahzadə Bəyazid və şahzadə Səlim arasında başlayan taxt mübarizəsində böyük oğlu Səlimin tərəfini tutdu. Məğlub olaraq Səfəvilərə sığınan şahzadə Bəyazid və övladları Şah Təhmasib ilə aparılan yazışmalar nəticəsində 25 sentyabr 1561 tarixində Qəzvin şəhərində boğduruldu.

1562–1566-cı illər

[redaktə | mənbəni redaktə et]

10 iyul 1561 tarixində Sədrəzəm Rüstəm Paşa vəfat etdi və yerinə Səmiz Əli Paşa sədarətə gətirildi. 1562 tarixində İstanbula gələn elçi Ogier Ghislain de Busbecq vasitəsilə Habsburqlara 8 illik sülh müqaviləsi bağlandı. Bu sülhə görə Ferdinand Ərdəlin Osmanlı torpağı olduğunu və 1547 tarixindəki andlaşmada olduğu kimi illik 30.000 qızıl vergi verməyi qəbul etdi.

Zigetvar mühasirəsi (1825, Johann Peter Krafft)

Turqut rəisPiyalə Paşa idarəsindəki Osmanlı donanması 18 may 1565 tarixində Malta adasını mühasirəyə aldı. 11 sentyabr tarixində uğursuzluqla nəticələnən mühasirə sonrasında baş verən döyüşlərdə Turqut rəis həlak oldu. Ancaq 1565-ci ildə I. Süleymanın ölümündən bir il əvvəl Piyalə Paşa idarəsindəki donanma Saqqız adasını fəth etmişdi.

Osmanlı dövləti, 1562-ci ildə bağlanan müqaviləyə görə illik vergisini ödəməyən Ferdinandın 1564 tarixindəki vəfatının ardından taxta oturan II Maksimilyandan həm köhnə borcunu ödəməyi, həm də gələcəkdəki vergisini ödəyəcəyi barədə təminat istədi. II Maksimilyan İstanbula göndərdiyi elçiylə bu tələbləri yerinə yetirəcəyi barədə söz verdi. Ancaq sərhədlərin qarşılıqlı pozulmasının ardından və Səmiz Əli Paşanın vəfatı ilə sədarətə gətirilən Sokullu Mehmed Paşanın təhriki ilə I. Süleyman 1 may 1566 tarixində, 13 il sonra, 72 yaşındaykən 13-cü və son səfərinə çıxdı. 27 iyun tarixində Belqrada çatan və burada Sigismund Zapolyanın qüvvələrinin də qatıldığı Osmanlı ordusu 2 avqust tarixində Zigetvara çatdı. Süleyman isə mühasirə bölgəsinə 5 avqust tarixində çatdı və mühasirənin görülə biləcəyi bir təpədə çadırını qurdu. 7 sentyabr 1566 gecəsi, Zigetvar qalasının alınmasından 1 gün öncə vəfat etdi. Ölüm səbəbi isə bəzi qaynaqlarda qut və ya iflic olduğu qeyd olunur. Süleymanın vəfatı 48 gün boyunca gizlədildi və 21 oktyabr tarixində Osmanlı ordusunun Zigetvardan ayrılmasına qədər gizli saxlanıldı. Cənazəsi 28 noyabr tarixində Şeyxülislam Əbu Suud Əfəndinin qıldırdığı namazın ardından Süleymaniyyə külliyəsindəki türbəsinə (Sultan Süleyman türbəsi) dəfn olundu. Vəfatının ardından oğlu II. Səlim taxta oturdu.

Mədəniyyət və incəsənət sahəsindəki yeniliklər

[redaktə | mənbəni redaktə et]

Memarlıq işləri

[redaktə | mənbəni redaktə et]

I. Süleymanın hakimiyyəti illərində I Fransisk tərəfindən İstanbula göndərilən ilçi Pierre Gillesin yazdıqlarına görə şəhərdə Bizans dönəminə aid tikililər çox az sayıda qalmışdır. Səltənəti illərində ən çox külliyə tikilən Osmanlı padşahıdır.

İncəsənətin inkişafı

[redaktə | mənbəni redaktə et]
Qanuni Sultan Süleyman dönəminə aid qızıl sikkə, 1520

I. Süleymanın səltənəti dönəmində məşhurlaşan şairlər arasında Füzuli, Baki, Pir Sultan Abdal və Bağdadlı Ruhi kimi görkəmli şəxsiyyətlər vardır. Matrakçı Nasuh isə dönəmin önəmli rəssam, tarixçi və miniatür ustası idi. Yenə bu illərdə yaşayan və Süleymaniyyə əsərini yazan Arifi, nəqqaş Nigari və xəttat Əhməd Qarahisari də dönəmin önəmli sənətkarlarındandır.

I. Süleyman dönəmində Sədrəzəm Parqalı Məqbul İbrahim Paşa, Moxac Meydan Müharibəsinin ardından Budindən gətirdiyi "Üç Gözəl" olaraq qeyd olunan heykəlləri At meydanında yerləşən sarayının bağçasında ucaltmışdır. Bu heykəllər incəsənətin inkişafında önəmli rol oynasa da, paytaxt əhalisi arasında narazılıqlara səbəb oldu.

Təhsil sahəsi

[redaktə | mənbəni redaktə et]

Sultan Süleyman dönəmində çox sayda mədrəsələr açılmışdır. O dönəmdə hər bir mədrəsənin özünəməxsus kitabxanasının olduğu da bilinir.

I. Süleyman dönəmində qurulan və Osmanlı dövlətinin ikinci ən böyük təhsil ocağı olan Süleymaniyyə Mədrəsələri ö dövr üçün çox da yayılmayan elmləri (xüsusilə də tibb, riyaziyyat və digər məntiqi elmlər) tədris etməklə qısa zamanda tanınmışdı.

Manisa sancaqbəyliyi dönəmində saraya girən və əsl adı bilinmədiyi üçün Fülanə Xatun olaraq qeyd olunan qadın, bir çox tarixçilərə görə Süleymanın ilk xanımı olmuşdur. Bundan başqa Fülanə Xatundan doğulma Şahzadə Mahmud; Mahidövran Sultandan doğulma Şahzadə Mustafa; Xürrəm Sultandan doğulma Şahzadə Mehmed, Mihrimah Sultan, Şahzadə Abdullah, Şahzadə Səlim, şahzadə Bəyazid, şahzadə Cahangir və anasının Gülfəm Xatun olduğu qeyd olunan Şahzadə Murad olmaqla Süleymanın 8 oğlan və 3 qızının olduğu bilinir.

  • Xürrəm Sultan : Süleymanın sancaqbəyliyi və ya taxta çıxdığı ilk illərində hərəmxanaya alınmış cariyə Xürrəm Sultan 1521`də Mehmed, 1522`də Mehrimah, 1523`də Abdullah, 1524`də Səlim, 1525`də Bəyazid, 1531`də Cahangir adlı övladlarını dünyaya gətirmişdir. 15 aprel 1558 tarixində vəfat etmişdir.
  • Mahidövran Sultan (bəzi qaynaqlarda adı Gülbahar olaraq qeyd olunur) : 1500-cü illərdə dünyaya gələn və cariyə olaraq saraya alınan Mahidövran Sultan 1515 tarixində şahzadə Mustafanı dünyaya gətirmişdir. Mustafanın 1553 tarixində boğdurulmasının ardından Bursada yaşamağa başladı və 3 fevral 1580 tarixində Bursada vəfat etdi.
  • Gülfəm Xatun : Süleymanın Xürrəm Sultandan öncəki xanımıdır. 1521`də dünyaya gələn və həmin ilin 12 oktyabr tarixində vəfat edən şahzadə Muradın anasıdır. 1562 tarixində vəfat etmişdir.
  • Fülanə Xatun : Süleymanın ilk xanımıdır. Əsl adı bilinmir. 1512`də dünyaya gələn şahzadə Mahmudun anasıdır.
  • Mansel, Phillip (1998). Constantinople : City of the World's Desire, 1453–1924. New York: St. Martin's Griffin. ISBN 978-0312187088.
  • Clot, André (1992). Suleiman the Magnificent : The Man, His Life, His Epoch. Londra: Saqi Books. ISBN 978-0863561269.
  • Kinross, Patrick (1979). The Ottoman centuries: The Rise and Fall of the Turkish Empire. New York: Morrow. ISBN 978-0688080938.
  • Imber, Colin (2002). The Ottoman Empire, 1300–1650 : The Structure of Power. New York: Palgrave Macmillan. ISBN 978-0333613863.
  • Cəlâlzâdə Mustafa Çələbi (fevral 2011). Kanunî'nin Tarihçisinden Muhteşem Çağ. İstanbul: Kariyer Yayıncılık. ISBN 978-9944-300-59-9.
  • Sakaoğlu, Necdət (aprel 2012). Süleyman, Hurrem ve Diğerleri: Bir Dönemin Gerçek Hikayesi.
  • Sakaoğlu, Necdət; Gür, Ayşən (fevral 2011). "Muhteşem Yüzyılın Anatomisi". NTV Tarih (25). ISSN 1308–7878.
  • Severy, Merle (noyabr 1987). "The World of Süleyman the Magnificent". National Geographic (Washington, DC: National Geographic Society) (172). ISSN 0027–9358.
  • Akgündüz, Əhməd; Özturk, Said (2011). Ottoman History: Misperceptions and Truths. IUR Press. ISBN 9789090261089.
  • Turnbull, Stephen (2003). The Ottoman Empire, 1326–1699. Osprey Publishing Ltd. ISBN 9780415969130.
  • Uzunçarşılı, İsmayıl Hakkı (1983). Osmanlı Tarihi, II. cilt. Ankara. ISBN 975-16-0012-X.
  • Kumrular, Özləm (editör) (2007). Muhteşem Süleyman. İstanbul: Kitap Yayınevi. ISBN 975-6051-77-1.
  • Afyoncu, Ərxan (2011). Muhteşem Süleyman. İstanbul: Yeditepe Yayınevi. ISBN 9786054052554.
  • Altaylı, Yasəmən (2008). Osmanlı Döneminde Budin
  1. 1 2 Find a Grave (ing.). 1996.
  2. 1 2 Union List of Artist Names (ing.). 2017.
  3. 1 2 Çex Milli Hakimiyyət Məlumat bazası.
  4. André Clot, 1992. səh. 25
  5. Özdamarlar, Metin. Zirvede Tek Başına. Timaş Yayıncılık. 2009. sf. 4. ISBN ISBN 978-975-263-887-7.
  6. 1 2 Erhan Afyoncu, 2011. səh. 15
  7. 1 2 İsmail Hakkı Uzunçarşılı, 1983. səh. 234
  8. 1 2 3 Necdet Sakaoğlu, 2012. səh. 4
  9. André Clot, 1992. səh. 28
  10. Barber, Noel. The Sultans. New York: Simon & Schuster. 1973. 36. ISBN 0786106824.
  11. Patrick Kinross, 1979. səh. 175

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
Sultan Süleyman Qanuni
Doğum: 6 Noyabr 1494 Vəfat: 7 Sentyabr 1566
Hakimiyyət titulları
Sələfləri 
I Səlim

Osmanlı İmperiyası (دولت عالیه عثمانی) Sultanı

25 Aprel 1512-7 Sentyabr 1566
Xələfləri 
II Səlim
Sünni İslam titulları
Sələfləri 
I Səlim

İslam Xəlifəsi (خلافة إسلامية)
Xələfləri 
II Səlim