Sirk
Bu məqalə qaralama halındadır. |
Sirk (lat. Circus - "çevrə" deməkdir) — bir qrup artist və ya müəssisə tərəfindən akrobatika, kloun, sehrbazlıq, heyvan oyunları kimi müxtəlif səhnələrlə həyata keçirilən sənət növü.
Sirk peşəsi heyvanlarla işləməklə bərabər müxtəlif akrobatika və gimnastika kimi sahələri də özündə cəmləşdirir. Buraya həmçinin havada kəndir üzərində yerimək, velosiped sürmək, janqlyorluq etmək və həmçinin, yerdə idman növləri yerinə yetirilir.
Kloun
[redaktə | mənbəni redaktə et]Kloun daha mürəkkəb sirk janrıdır. O bir neçə ixtisasa yiyələnmiş olur və başqa "nömrələrdə" onun çıxışı böyük maraq doğurur.Klounun mənası gülməli çıxış deməkdir.
Sirkin tarixi
[redaktə | mənbəni redaktə et]Sirkin yaranmasının qədim tarixi vardır. Onun kökü antik Romadan başlayır. Keçən zaman ərəfəfəsində sirk sənəti də inkişaf etmiş və istər xarici görünüşündə (çevik karvan və teatr səhnələri), istərsə də atraksiyonların aparılmasında (at teatrı, pantomima) müəyyən dəyişikliklərə məruz qalmışdır. Sirk sənəti adətən ailə sülaləsi şəklində mövcud olmuşdur.
Klassik sirkin atası ingilis Filip Astli (1742–1814) sayılır. İllər keçdikcə sirkin inkişafına müxtəllif xalqların təsiri nəticəsində bu və ya digər sahədə öz üstünlüyünə malik milli sirklər yaranmağa başlamışdır. Avropada hələ də közəri halda fəaliyyət gösətərən sirklər mövcud olsa da bir çox Şərq ölkələrində sirk tetarları tikilmiş və burada mütəmadi olaraq öz proqramları ilə çıxış edirlər. Köçəri sirk ustaları avtomobil karvanlarında şəhər-şəhər gəzərək öz sənətləri ilə tamaşaçıları heyran edirlər.
Azərbaycanda milli sirk sənəti
[redaktə | mənbəni redaktə et]Azərbaycanda milli sirk sənətinin tarixi çox qədimdir. Hələ qədim zamanlardan "Kovkan", "Zorxana" kimi milli xalq oyunlarında, cıdır yarışlarında, kəndirbazların və pəhləvanların çıxışlarında bugünkü peşəkar sirkin güc jonqlyorluğu, kəndirbazlıq, akrobatika, cigitlər və digər janrlarının elementləri mövcud olmuşdur.
İlk peşəkar sirk - heyvanxana isə Azərbaycanda XIX əsrin 90-cı illərində məşhur Nikitin qardaşları tərəfindən tikilmişdir. Taxtadan tikilmiş həmin sirk binası az sonra yanır. 1905-ci ildə yeni, şəhərin başqa ərazisində sirk binası tikilərək istifadəyə verilmişdir.
1945-ci ildə ilk dəfə olaraq Azərbaycanın milli sirk truppası yaradılmışdır. Truppa yalnız sirk nömrələrindən ibarət olmayıb, tərkibinə estrada və balet artistlərinin çıxışları salınmışdı. Ənvər Quliyev, "Ulduz bacıları", kəndirbaz Əlixan və digər artistlərin nömrələrin çıxışlarından ibarət olan truppa fəaliyyəti dövründə "Zirvədən işıq" adlı proqramla keçmiş Sovet İttifaqının ərazisində və Afrika, Asiya, Amerika və Avropada daimi qastrollarda olmuşdur.
1967-ci ildə Bakı Dövlət Sirkinin memarı E.İsmayılov və F.Leontyev olan hazırkı binası istifadəyə verilmişdir. Həmin dövr üçün texniki imkanlarına görə çox müasir sayılan bina memarlıq baxımından bu gün də əksər dünya sirkləri ilə rəqabət aparmağa qadirdir.İ
Maraqlı faktlar
[redaktə | mənbəni redaktə et]Meksikada sirklərdə heyvanlardan istifadə qadağan edilmişdir [1].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2016-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-10.