64°46′34″ şm. e. 172°38′09″ q. u.HGYO

Senyavin boğazı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Senyavin boğazı
Ümumi məlumatlar
Eni 1.7-9 km
Ən böyük dərinliyi 90 m
Yerləşməsi
64°46′34″ şm. e. 172°38′09″ q. u.HGYO
Ölkə  Rusiya
Akvatoriyası
Ayırır Arakamçeçen adasını İtıqran adasından
Senyavin boğazı xəritədə
Senyavin boğazı
Senyavin boğazı

Senyavin boğazıBerinq dənizi akvatoriyasında Çukot yarımadası yaxınlığında Arakamçeçen ilə İtiqran adaları arasında yerləşir. F.P.Litke tərəfindən admiral D.N.Senyavinin şərəfinə adlandırılmışdır. Boğaza Neqcan burnu yaxınlığında Moric çayı axır. Ərazi ilk dəfə eskimoslar tərəfindən məskunlaşmışlar. Ərazidə eskimoslara xas ibadətgahlar vardır. Həmin ibadətgahar əsasən balina qabırğaları (sümükləri) əsasında formalaşır. Bunlar Balina alleyası adlandırılır.

Boğaz şimaldan artik axınların təsirinə məruz qalır. Keçid dekabr ayında donur. Boğazın buzdan azad olması iyun ayına təsadüf etsə də, buzun tam əriməsi iyul ayına təsadüf edir. Orta dərinliyi 30-40 metrdir. Klyucevoy çayı axan hissədə termal mənbə vardır. Burada suyun temperaturu +80 dərəcə təşkil edir.

Okeanın təsirinə məruz qaldığından, havası mülayimdir. İllik temperatur ampilatudası 40· təşkil edir. Orta illin temperatur -4,9 S, maksimum temperatur 21 S, minimum -42 S təşkil edir. Şaxtalı günlər cəmi 68 gün davam edir. Tez-tez fırtına və qasırğalar baş verir. İllik yağıntının miqdarı 530 mm təşkil edir. Ərazidə 248 gün şaxta müşahidə edilir.

Canlılar aləmi

[redaktə | mənbəni redaktə et]

Burada dəniz quşları yuva qurur, köçəri quşlar isə ərazidə qincəlir. Sularında Osa, Boz balina, Qrenlandiya balinası və morjlar vardır.