San-Dieqo
San-Dieqo | |||||
---|---|---|---|---|---|
San Diego | |||||
|
|||||
32°42′54″ şm. e. 117°09′45″ q. u.HGYO | |||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Əsası qoyulub | 16 iyul 1769 | ||||
Sahəsi |
|
||||
Mərkəzin hündürlüyü | 130 m | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi | |||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | 619, 858 | ||||
Poçt indeksi | 92101–92117, 92101, 92104, 92105, 92110, 92113, 92116 | ||||
Digər | |||||
sandiego.gov | |||||
Vikianbarda əlaqəli mediafayllar |
San Dieqo (ing. San Diego) — ABŞ-nin Kaliforniya ştatında ikinci ən böyük şəhər və San Dieqo Dairəsinin mərkəzi. Sakit Okeanın sahilində yerləşir. 2009-cu ilin yanvar ayında əhali sayı 1,353,993[5] nəfərə çatmışdır. ABŞ-nin məşhur "Forbes" jurnalına görə, San-Dieqo ABŞ-nin 5-ci ən varlı şəhəri sayılır.[6] Bundan başqa, San-Dieqo əhalisinin sayına görə ABŞ-də 5-ci, bütün dünyada isə 33-cü ən böyük şəhərdir. San-Dieqonun iqtisadiyyatında əsas yeri tutan sahələr istehsalat, müdafiə sənayesi, turizm və kənd təsərrüfatıdır. Şəhərdə çoxlu sayda elmi mərkəzlər, biotexnologiya, elektronika istehsalı, gəmi istehsalı, simsiz rabitəyə aid müəssisələr vardır.
Tarixi
[redaktə | mənbəni redaktə et]Müasir San Dieqo ərazisi təxminən 10.000 bundan əvvəl Kumeyaay tayfasına aid hindular tərəfindən məskən kimi seçilmişdir. Bu ərazilərə ilk yetişən avropalı isə portuqaliyalı səyyah Xuan Rodrigez Kabrilyo olmuşdur. O 1542-ci ildə İspaniya bayrağı altında üzən gəmisi San Salvador ilə bu əraziyə yetişmişdir. Xuan Rodrigez bu əraziləri İspaniya Krallığının ərazisi kimi elan etmiş və buranı San Migel adlandırmışdır. 1602-ci ildə bu ərazilərin xəritəsini qurmaq ü��ün göndərilən ekspedisiyanın tərkibində olan xristian missionerləri bu ərazidə daimi qalmağa qərar verirlər. Artıq 1769-cu ildə İspaniya ordusu burada El Presidio Reál de San Diego adlanan qala tikirlər. Həmin tarix San-Dieqo şəhərinin əsasının qoyulduğu tarix hesab olunur. 1830-cu illərdə Meksika bu şəhəri ələ keçirir. 1848–1850-ci illərdə davam edən Meksika-Amerika müharibəsi nəticəsində bütün Kaliforniya ərazisi, həmçinin San-Dieqo şəhəri ABŞ hakimiyyəti altına keçir. 1850-ci ildə San-Dieqoya şəhər statusu verilir. İkinci dünya müharibəsindən sonra San-Dieqo ərazisində çoxlu sayda hərbi baza salındı. Bununla əlaqədar olaraq şəhərdə hərbi məhsullar istehsal edən çoxlu müəssisələr açıldı.
Təhsil
[redaktə | mənbəni redaktə et]Şəhərdə fəaliyyət göstərən San-Dieqo Ştat Universiteti 1897-ci ildə yaradılmışdır.
Qardaş şəhərlər
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Thomson Reuters Open Perm ID. Thomson Reuters.
- ↑ United States. Bureau of the Census 2016 U.S. Gazetteer Files (ing.). Washington, D.C.: U.S. Census Bureau, 2016.
- ↑ https://data.census.gov/cedsci/table?q=United%20States&tid=DECENNIALPL2020.P1.
- ↑ 2020 United States Census. / red. ABŞ əhalinin siyahıya alınması bürosu
- ↑ California Department of Finance. Population Estimates for Cities, Counties and the State with Annual Percent Change — January 1, 2008 and 2009 Arxivləşdirilib may 3, 2009, at the Wayback Machine, may 2009
- ↑ Clemence, Sara. Richest Cities In The U. S. Arxivləşdirilib 2013-04-26 at Archive.today, Forbes, 28 oktyabr 2005.
- ↑ "Баку и Сан-Диего (США) намерены развивать сотрудничество - 1NEWS.AZ". 2021-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-12.
ABŞ ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |