Səadət Kərimi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Səadət Kərimi
Səadət Məmməd qızı Kərimi
Səadət Kərimi
Səadət Kərimi
Doğum tarixi (53 yaş)
Doğum yeri GöyçayAzərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan İsveç İsveç
Atası Məmməd Soltanov
Milliyyəti azərbaycanlı
İxtisası fizika-riyaziyyat; dilçi, filoloq
Təhsili Sankt-Peterburq Dövlət Universiteti; Umea Universiteti və Gothenburg Universiteti (İsveç Krallığı)
Elmi dərəcələri fizika-riyaziyyat üzrə elmlər doktoru;
Elmi adı Dosent

Səadət Kərimi (tam adı: Səadət Məmməd qızı Kərimi; 17 noyabr 1970, Göyçay) — İsveçin Gothenburg Universitetində elmi işçi və lektor/dosent.

Səadət Məmməd qızı Kərimi 1970-ci ilin 17 noyabr tarixində Azərbaycan Respublikasının Göyçay şəhərində anadan olmuşdur. Göyçay şəhərində 3 nömrəli rus orta məktəbini bitirdikdən sonra 1988 –ci ildə Sankt-Peterburq Dövlət Universitetinə qəbul olmuş, 1993-cü ildə aspiranturaya qəbul olmuş və 1999-cü ilin 7 may tarixində Azərbaycan Milli Emlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda dissertasiyasını müdafiə etmişdir, fizika və riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır. 1993-cü ildən 1997-ci ilə qədər həmin institutda kiçik elmi işçi, 1997- 2000-ci ilə qədər böyük elmi işçi vəzifəsində işləmişdir.

1993-cü ildən 2000-ci ilə qədər “Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri” jurnalının fizika-riyaziyyat və texnika elmləri seriyasının məsul katibi və rus/ingilis dillərinə tərcüməçisi, həmçinin Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri jurnalının məsul katibi və tərcüməçisi işləmişdir.

2000-ci ildə Azərbaycan əsilli soydaşla ailə qurduqdan sonra İsveçə köçmüşdür. İsveçdə elmi fəaliyyətini davam etdirmişdir, 2005-ci ildə doktorluq işini müdafiə etmişdir, 2003- 2020 illərdə İsveçin Umea Universitetində elmi işçi və lektor/dosent olaraq fəaliyyət göstərmiş, 2020 -dən və hal-hazırda Göteborg (Gothenburg) universitetində elmi işçi və lektor/dosent olaraq fəaliyyət göstərir. SONOMA elmi mərkəzinin alimi, tədqiqatçısıdır[1]. Yöteborg Univerisitetində 2006 cı ildə doktorluq dissertasiyasımı müdafiə etmişəm.

Çox sayda elmi əsərlərin müəllifidir.

İsveçdə Stokholm, Umea və Göteburq Universitetlərində Dil və Ədəbiyyat Fakultəsində İsveç və İngilis dilləri üzrə filoloji təhsil almış və master dərəcəsinə yiyələnmişdir. O həmçinin Umea Universitetində Pedagogika, Sosiologiya və Huquq elmlərinə master dərəcəsinədək yiyələnmişdir.

Səadət Kərimi yaşadığı ölkədə həyat yoldaşı ilə bərabər Azərbaycanın milli maraqları uğrunda aktiv fəaliyyət aparır. Dəfələrlə Azərbaycanın milli, mədəni və siyasi problemlərinə aid konfranslarda çıxış etmişdir. Həm Azərbaycan, həm də İsveç qəzetlərində Azərbaycan xalqının milli-mənəvi mövzularına aid məqalələri dərc olunmuşdur. Həyat yoldaşının yaratdığı “Araz” kültür dərnəyində fəaldır. 2020-ci Səadət Kərimi İsveçdə fəaliyyət göstərən "Gobustan" Azərbaycan Aydınlar Ocağı" adlı təşklilata başqan seçilmiş və bu günə qədər həmin təşkilatın rəhbəridir.[2]

1998 ci ildə yaranmış İsveçdəki Azərbaycan Federasiyasının (AFİ) İdarə Heyətinin sədr müavinidir. AFİ nəzdində xalqımızın mənafeyini qoruyan mövzularda, milli-mədəni irsimizi təbliğ edən mövzularda həmçinin Azerbaycanın Avropa ilə inteqrasiyasına aid mövzularda konferans ve seminarların təşkilatçılarındandır. Onlardan “Dağlıq Qarabağın işğalı” və “Xocalı Soyqırımı”- na aid seminar ve piketlər, Cənubi Azərbaycanın müstəqilliyi uğrunda gedən Milli Hərakata aid seminar ve konferanslar; “21 Azər hərakatı”; Cənubi Azərbaycanda Azərbaycan Türkçəsinin rəsmi dil və təhsil dili olmasına aid seminarlar; İsveçdə ana dilimizin tədrisinə aid seminarlar; Türk Dünyasında və ayrıca Azərbaycan cəmiyyətində qadının rolu, Azərbaycan Qadının Cəmiyyətdəki roluna aid konfranslarda, Cavad Heyətin vəfatı münasibətilə onun yaradıcılığına, onun Cənubi Azərbaycanda Milli Oyanış hərakatındakı önəminə, Türk varlığın önə verilməsində olan roluna aid konfranslarda iştirak etmişdir.[3]

Səadət Kərimin Azərbaycan xalqının mənafeyi uğrunda çalışdığı ən böyük layihələrdən biri İsveç Parlamentində 2017- ci ilin 9 May tarixində Azərbaycanın tarixçi alimi İsmayıl Xaqaninin iştirakı ilə keçirilən “31 Mart 1918– Azərbaycanda Soyqırım Günü” konferansının isveç və ilgilis dilində birbaşa aparması idi.

2017-ci ildə “Azərbaycanın Milli və Siyasi İdeologiyası haqqında” adlı kitabı nəşr olunmuşdur.

2018-ci ilin mart ayında Hyresgäster adlı yeni kitabı İsveçdə nəşr olunub İsveç oxucularının ixtiyarına verilmişdir, İsveçdə yaşayan görkəmli Azərbaycanlı yazarı Vahid Qazinin “Çöl Qala” romanını İsveç dilinə tərcümə etmişdir.

2018-ci ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini böyük və təntənəli keçirilməsinə çox çalışmışdır. Tədbirlərdən bir neçəsi may ayında Azərbaycandan tarixçilərin iştirakı ilə konfrans təşkil etmək. AXC 100 illiyinə həsr olunmuş tarixçi alimlər Adalat Tahirzadə və Dilqəm Əhmədin yazdığı kitabı İsveç və İngilis dilinə tərcümə etmişdir. REPUBLIKEN AZERBAJDZJAN (1918-1920) - den första demokratiska staten i Muslimska Östadlı həmin kitab 2018-ci ilin aprelində nəşr olunmuşdur və İsveçdə və digər Avropa ölkələrində geniş yayımlanmaqdadır.

2020-ci ildə Almaniyada yaşayan yazar Əzimə Ağalarovanın "Bakıdan Qahirəyə və Stokholma uzanan yol" romanını İsveç dilinə tərcümə edib nəşr etdirmişdir

Dəfələrlə İsveçin mərkəzi qəzetlərində məqalələri dərc olunub[4]

Azərbaycan üçün Stokholm TV-sində Open Chanel adlı kanalda ”Azərbaycan” həftəlik 1 saatlıq proqramların rejissör Rahim Sadiqbəyli ilə əməkdaşlıqda senarisin yazmışdır (2020 - 2021). Code of culture - SHUSHA layihəsini Isveç dilində hazırlayıb[5], The Legend of Khari Bulbul”- ” Xarı Bülbü Əfsanəsi” sənədli filminin senarisini İngilis dilinə tərcümə etmişdir[6],[7]

Ailəlidir, iki övladı var.

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Səadət, Kərimi. 2024. XARİCDƏ AZƏRBAYCAN SİMVOLU – RƏSULZADƏ. Məhəmməd Əmin Rəsulzadə dünya tarixçilərinin dəyərləndirilməsində. Rasulzade is a symbol of Azerbaijan abroad. Mammad Emin Rasulzadeh in the assessments of foreign historians. The II International Readings in Memoriam of M.E. Rasulzade. The Legacy of Mammad Amin Rasulzade in the value system of Independence, Democracy and Statehood. Bakı : Təhsil, 2022. - 672 s. ISBN 978-9952-576-01-6
  • Karimi, Saadat. 2024. The Great Role of Hüseyn Düzgün in the National Awakening Movement of South Azerbaijan. pp. 85– 104. Publisher : Myoungae Kim, President, Dongduk Women's University. The Journal of Eurasian Turkic Studies. June, 2024 VOL. 11. ISSN 2636-0810
  • Karimi, Saadat. 2021. West and East in Literature - The Swedish Perspective. Proceedings. The Journal of Elger Scientic Center.
  • Karimi, Saadat. 2024. KNOWLEDGE ON TURKIC PEOPLES IN WESTERN EUROPE: TURKEY AND EU AND - THE DISCOURSE IN ACADEMIC WRITINGS. Qərbi Avropada Türk xalqları haqqında bilgilər və akademik yazılarda söyləm tərzi. pp. 442– 461 . International Scientific Symposium “Common Victory: The Army and the Great Leader” dedicated to the victory of Azerbaijani people in the Karabakh war. Proceedinds Book. ISBN 978-625-94433-4-8 Kars / Türkiye
  • Karimi, Saadat (edit.) 2023. Foreword in the book Parvana Mammadli. 2023. The Press History of South (Iranian) Azerbaijan XIX-XXI centuries (translator and scientific editor Saadat Karimi). Diktonius. Sweden. The press history of south (İranian) Azerbaijan (XIX - XXI centuries) - Pervana Memmedli - ISBN: 9789186921903
  • Səadət Kərimi. 2023. Dünya Elmində Ana Dilinin Öyrənilməsinin Önəmi və Azərbaycan Kontekstində Uyğulanması. (ss. 201- 230). Bölüm Vagif Sultanlı (red.). ANA DİLİ. MİLLİ VALIĞIN TƏMƏLİ elmi araşdırmalar toplusu kitabında. Bakı, AVE Print, 384 s. İSBN: 978-9952-559-24-8
  • Karimi, Saadat. 2023. THE GRANDIOSITY OF PRESIDENT HAYDAR ALIYEV – THE ABILITY TO NAVIGATE THE EXTREMELY TRICKY GEOPOLITICAL MAZE OF THE CAUCASUS AND THE TESTIMONY OF THE POLITICAL ACUMEN. Proceedings Book. International Scientific Symposium “Heydar Aliyev and Türkiye” held within the framework of the 100th anniversary of the establishment of the Republic of Türkiye and 2023, the year of Heydar Aliyev 18-19 October 2023 ISBN 978-605-06166-6-8.
  • Səadət Kərimi. 2024. Milli yaddaşın "Ömür kitabı". Elmi araşdırma. Ədəbiyyat Qəzeti. 24.11.2022 https://edebiyyatqazeti.az/news
  • Saadat Karimi. 2021. Students’ work with GeoGebra in their mathematical activities related to the integral concept. The XI International Scientific Symposium “Intercultural relations in the modern world”, 27 February 2021. Grigol Robakidze University, Tbilisi, Georgia. ISBN 978-605-74702-1-8. Pages 113-120.  https://elger-etm.com/konfranslar/beynelxalq-konfranslar/53-the-x-nternational-scientific-symposium-ntercultural-relations-in-the-modern-world.html
  • Karimi, Saadat. 2020. Efterdyningar: ögonvittnen berättar om Karabach, tabriz och Erevan. Diktonius. Sverige.  Efterdyningar : ögonvittnen berättar om Karabach, Tabriz och Erevan. ISBN: 9789186921781
  • Karimi, Saadat. 2022. Mammad Emin Rasulzadeh's feminist approach to Nizami Ganjavi's works - The theme of woman and Womanhood in Nizami's poetry. pp. 477– 493. Chapter in the book by edit- Rustamova Tohidi, Solmaz. "I Beynəlxalq Rəsulzadə Qiraətləri. Məhəmməd Əmin Rəsulzadənin irsi müstəqillik, demokratiya və  dövlətçilik dəyərləri  sistemində"  kitabında. The I International Readings in Memoriam of M.E. Rasulzade. The Legacy of Mammad Amin Rasulzade in the value system of Independence, Democracy and Statehood. Baku, Education publishing house. Təhsil, 2022. 672 p. İSBN 978-9952-518-36-8
  • Səadət, Kərimi. 2022. "Dirilik - Əqidə uğrunda çarpışmaqdan ibarətdir". Əzizə Cəfərzadə və onun "Gülüstan"dan öncə" romanı. Bölüm.ss.129- 140 Vagif Sultanlı (red.) və Turan İbrahimovun Azərbaycan Ədəbiyyatının Sönməz Məşəli kitabında. Bkı. 2022, NURLAR nəşriyyatı. 216 s. İSBN: 978-9952-559-02-6
  • Karimi, Saadat. (edit.). 2020. Adalet Tahirzade & Dilgam Ahmad 2020. REPUBLIKEN AZERBAJDZJAN: 1918 -1920. Saadat Karimi (translator and editor). Publisher: Sivart förlag. Sweden. ISBN 9789189025004
  • Karimi, Saadat. 2018. THE REPUBLIC OF AZERBAIJAN (1918-1920). By Adalet Tahirzade and Dilgam Ahmed. Saadat karimi (translator). Baku. QANUN Publishing. 208 pages. ISBN 978-9952-36-632-7
  • Səadət, Kərimi. 2017. Azərbaycanın Milli və Siyasi İdeologiyası haqqında. Bakı, 2017. Elm və Təhsil. 112 səh. İSBN 978-9952-8176-4-5
  • Karimi, S., Zamanov, A. (2013) Stability of a fiber surrounded by two shells in an elastic matrix. Mechanics of composite materials, 49(5): 723-736
  • Akbarov, S., Karimi, S. (1998). A Stability of the fiber surrounded by two subsequental shells in the elastic matrix.1998. Series of Physical-Technical and Mathematical sciences, Vol. XVIII, nr 3-4, s. 115s. 162-166
  • Karimi, Saadat. (2003). Dyskalkyli och andra matematiksvårigheter. Publisher: Umeå universitet, Teknisk-naturvetenskapliga fakulteten, Institutionen för matematik och matematisk statistik.
  • Karimi, Saadat et.al. (2015). Effects of dried licorice extract with low-calorie diet on lipid profile and atherogenic indices in overweight and obese subjects: A randomized controlled clinical trial European Journal of Integrative Medicine, May 2015, Vol.7(3), pp. 287–293
  • Karimi. Saadat (2012). Utvecklingen av ryska språket och Trediakovskijs roll i den utvecklingen.Publisher: Umeå universitet, Humanistiska fakulteten, Institutionen för språkstudier.
  • Karimi, Saadat. 2021. Achievements of the Republic of Turkey under the leadership of Ataturk. Publicerad i Proceedings. The XIV International Scientific Symposium “A Person in History”. https://elger-etm.com/konfranslar/beynelxalq-konfranslar/63-the-xiv-international-scientific-symposium-a-person-n-hstory-jour  
  • Karimi, Saadat (2016) Påverkan av vuxna inlärares ordinlärningsstrategier vid ordinlärningen i svenska som andraspråk(in Swedish)
  • Saadat, Karimi and Surkhay Akbarov (1999)On Determination of Stress Condition In The Infinite Anisotrop Body Containing Two Neighbouring Periodically Curved Fibers. Transactions Of Academy of Sciences Of Azerbaijan , Series of Physical-Technical And mathematical Sciences , Volume XIX , nr 5, 1999, Vol. XIX, Iss. 5, p. 151-159.
  • Karimi, Saadat, et.al. Mathematical modeling of the Ni(II) removal from aqueous solutions onto pre-treated rice husk in fixed-bed columns: a comparison. A part of Desalination and Water Treatment, Publ. Taylor & Francis 11 September 2015, p.1-12
  • Soltanova (Karimi), Saadat; Akbarov, Surkhay. On determination of stress condition in the infinite anisotrop body containing two neighbouring periodically curved fibers. Transactions of Academy of Sciences of Azerbaijan , Series of Physical-Technical And mathematical Sciences , Volume XIX , nr 5, 1999, Vol.XIX (5), p.149-151
  • Soltanova (Karimi), Saadat; Akbarov, Surkhay. Stability of the fiber surrounded by two subsequental shells in the elastic matrix. Transactions of Academy of Sciences of Azerbaijan, Series of Physical-Technical and Mathematical sciences, 1998, Vol.XVIII (3-4), p.162-166
  • Səadət, Kərimi. 2023. Azərbaycan üçün çırpınan qəlb. Bölüm: ss. 249-271. Nazim Muradov və Aynurə Səfərovanın MİLLİ DÜŞÜNCƏ FƏDAİSİ kitabında. (red.) Bakı, 2023. ELM və TƏHSİL nəşriyyatı.
  • Səadət, Kərimi. 2023. (redaktor). Arif Rəhimoğlu. YAŞMAQLI PANFARSİZM. Yaxud şahmat taxtasında Azərbaycan və Farsistan kitabında. Bakı, 2023. ELM və TƏHSİL nəşriyyatı.
  • Səadət Kərimi. 2018. Firudin Ibrahimi's Diplomacy . Olaylar qəzeti. 23. 10.2018. https://olaylar.az/news/en/302256
  • Səadət Kərimi. 2018. Azadlıq aşiqi, gerçək vətənpərvər, fədakar istiqlal mücahidi. 27 YAŞINDA GÜNEY AZƏRBAYCAN MİLLİ HÖKUMƏTİNİN RƏHBƏRLƏRİNDƏN BİRİ OLMUŞ FİRUDİN İBRAHİMİNİN DİPLOMATİK FƏALİYYƏTİNƏ QISA BİR NƏZƏR. 525-ci qəzet. 17.10.18 525-ci qəzet - https://525.az/?name=xeber&news_id=108189&fbclid=IwY2xjawE4LTxleHRuA2FlbQIxMAABHYinMuuXSES
  • Stokholm Universiteti
  1. "SONOMA – the Research Group for Subject Matter Education in Social Sciences, Natural Sciences, and Mathematics". 2024-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-25.
  2. Agalarova, Azima. Vägen från Baku till Kairo och Stockholm. Hisings backa: Diktonius text. 2020. ISBN 978-91-86921-69-9.
  3. "Vahid Qazinin romanı İsveçdə çap olundu". 2018-04-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-04-16.
  4. Karimi, Saadat. "AFTONBLADET". Svensk media blundar för vårt lidande i Iran. 2022-11-04. 2024-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-25.
  5. "Code of Culure. Shusha". 2024-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-25.
  6. "he Legend of Khari Bulbul" " Xarı Bülbü Əfsanəsi" sənədli filmi". 2024-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-25.
  7. Azerbaijan Society of America., Mikael Silkebrg & Rahim Sadiqbeyli. ""The Legend of Khari Bulbul"". "The Legend of Khari Bulbul". Jan 16, 2023.