Reportaj

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Reportaj - bir televiziyajurnalistika qoludur. İngilis dilindən tərcümədə "to report" yəni "məlumat vermək" deməkdir.

Mark Tven psevdanimi ilə məşhurlaşmış Semuyel Klemens öz bədii yaradıcılığına gündəlik reportaj hazırlamaqla başlamışdı. O şəxsən şahidi olduğu hadisələr haqda yazırdı. Müxbirlər öz reportajlarında hadisə yerindən qaynar xəbərlər çatdırırlar. Reportaj jurnalistikanın bir janrı kimi müəllifdən şəxsi münasibət tələb edir. Reportaj şahidin vacib və aktual hadisə barədə hekayəsidir. Repartyor üçün əsas hamıdan birinci hadisə haqqında məlumat çatdırmaqdır. Reportaj təkcə faktların sadalanması deyil həmçinin şəxsi analiz deməkdir. Xüsusi ilə informasiyanın operativliyi və həqiqiliyi vacibdir. Hal-hazırda reportaj janrı televiziya vasitəsilə daha aktiv surətdə inkişaf edir.