Rəşid Axriyev
Rəşid Axriyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1893 |
Vəfat tarixi | 20 yanvar 1942 |
Vəfat səbəbi | döyüşdə ölüm |
Milliyyəti | inquş |
Atası | Çax Axriyev |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Rusiya imperiyası→ SSRİ |
Qoşun növü | Hərbi hava qüvvələri |
Xidmət illəri | 1914—1942 |
Döyüşlər |
I Dünya müharibəsi Böyük Vətən müharibəsi |
Rəşid (Bəy) Çaxoviç Axriyev (1893-1942) — Şimali Qafqaz xalqlarının ilk pilotu; Tacikistanın "Aviasiya Pioneri";[1] İnquşetiyanın ilk pilotu.[2]
Xüsusi eskadronun tərkibində hərbi vəzifəsini yerinə yetirərkən 1942-ci ildə vəfat edir.
Həyatı
[redaktə | mənbəni redaktə et]Erkən illəri
[redaktə | mənbəni redaktə et]1893-cü ildə Rusiya imperiyası, Terek vilayəti, Nazran rayonu, Furtouq kəndində - indi İnquşetiya Respublikasının Ceyraxski rayonunda anadan olub. Mənşəcə inquş olan Rəşidin atası rus etnoqraf və pedaqoqu Çax Axriyev, anası isə Aişa Bazorkina idi. Gimnaziyada təhsil alır, sonra 1914-cü ildə Tiflis hərb məktəbinə daxil olur və oranı bitirir.[3]
I Dünya müharibəsi
[redaktə | mənbəni redaktə et]I Dünya müharibəsində iştirak edən Rəşid iki dəfə yaralanıb. Çap olunmuş mənbələrə görə, müharibə illərində 10 bombardmançı İlya Murometsdən ibarət Rusiya İmperiyası Hava Qüvvələrinin hava bölməsində xidmət etmişdir. O, rus aviasiyasının hərbi əməliyyatlarına qatılaraq alman qoşunlarını bombalayır (rabitə, anbarlar və s).[4]
Birinci Dünya müharibəsinə 27 iyul 1917-ci il tarixində qatıldı və Qatçina Hərbi Aviasiya Məktəbini (Farman IV və Moran Parasol təyyarələrində ixtisaslaşmış) müvəffəqiyyətlə başa vurur və Rusiya İmperiyası Hava Qüvvələrinin zabit-aviatoru olur. 9 avqust 1917-ci il tarixində qərargah kapitanı R.Axriyev Cənub-Qərb cəbhəsi Aviasiya Müfəttişinin sərəncamına verilir. İnqilabdan sonra digər aviatorlarla birlikdə Türkiyəyə mühacirət edir. Almaniya tərəfində döyüşərək Alman pilotları ilə birlikdə ingilis və fransız qoşunlarının mövqelərinin bombalanmasında iştirak edir. SSRİ əfvi elanı verdikdən sonra vətəninə qayıdır.[5][6]
Qırmızı Ordu sıralarında
[redaktə | mənbəni redaktə et]1923-cü ildə könüllü olaraq Qırmızı Ordu sıralarına qatıldı və tezliklə Orta Asiyaya göndərildi və burada Rusiya Könüllü Donanma Cəmiyyətinin Orta Asiya şöbəsinin yaradıcılarından biri oldu (1924). Sovet hökuməti tərəfindən Almaniyadan satın alınan 8 (səkkiz) nəqliyyat Yunker "U-13" təyyarəsində (söküldü, dəmir yolu ilə Daşkəndə çatdırıldı və orada yığıldı) Daşkənd-Buxara və Buxara-Düşənbə də daxil olmaqla Orta Asiya hava yollarının inkişafında və açılışında iştirak etdi. 1924-cü ilin avqustunda Daşkənd-Buxara hava yolunda uçan ilk pilot oldu.
3 sentyabr 1924-cü ildə R.Axriyev, uçuş mexaniki R.T.Komarovla birlikdə yunker-13 təyyarəsində "beynəlxalq hava yolu" ilə Tacikistan MSSR-ə umuş etdi; bu hadisə Tacikistanın tarixinə düşdü: 3 sentyabr Tacikistan Respublikasının Aviasiya Günü kimi qeyd olunur.[7] Beləliklə, pilot R. Axriyev vətəndaş müharibəsinin təhlükəli şəraitində həftədə üç dəfə həyata keçirilməyə başlayan Buxara -Düşənbə hava yolunda müntəzəm uçuşlar edən "pioner" oldu.[8][9]
SSRİ Hökuməti tərəfindən fəaliyyətinə görə qiymətli hədiyyə ilə təltif edilmişdi.[4]
1927-ci ildə Xarkova köçür; "Ukrvozduxputi"nin Xarkov-Moskva, Xarkov-Kiyev, Xarkov-Rostov marşrutu üzrə daimi pilotu olur. Ən təcrübəli mülki aviasiya pilotlarından biri olaraq şöhrət qazanır. 1941-ci ilə qədər Ukrayna Mülki Hava Donanması Müdirliyinin Xarkov Aviasiya Birliyində xidmət etmişdir.[4]
Böyük Vətən müharibəsində iştirakı
[redaktə | mənbəni redaktə et]Böyük Vətən müharibəsinin başlaması ilə könüllü olaraq cəbhəyə yollanır. 1941-ci ildə Rəşid-bəy Axriyev Şimal-Qərb Xüsusi Hava Qrupuna təyin edilir. General-mayor Ş.L.Çankotadzenin komandanlığı altında xüsusi təyinatlı uçuş bölməsində xidmət edir. Uçuş dəstəsi Leninqrad-Moskva marşrutu ilə uçur, mühasirədə olan Leninqrada sursat və ərzaq çatdırırdı.
20 yanvar 1942-ci ildə 3 təyyarəyə alman zenit silahları tərəfindən (aparıcı R.Axriyev idi) atəşə tutuldu. Düşmənin müvəqqəti işğal etdiyi ərazidə iki təyyarə vuruldu və düşdü. Leninqrad nasist işğalından azad edildikdən sonra, 1944-cü ildə təyyarələr və ölən pilotların qalıqları, onların arasında Axriyev Rəşid-bəy Çaxoviçin qalıqları da tapıldı. Onlar Arbuzovo kəndi yaxınlığında hərbi ehtiramla dəfn edildi.
Ailəsi
[redaktə | mənbəni redaktə et]- Atası — Çax Elmurziyeviç Axriyev (1850-1914), rus alimi, İnquş etnoqrafı, tarixçi və hüquqşünası olmuşdur.
- Oğlu — Hacı Rəşid-Bəyoviç Axriyev, Kabarda-Balkar Dövlət Universitetinin tibb fakültəsinin dekanı olub.[3][10]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ А. Ларенок, В. Гладкий, В. Блашкевич. Это начиналось так... // Крыльям Таджикистана — 70. Страницы героизма и славы авиаторов Таджикистана. Душанбе. 1994.
- ↑ "Российская музейная энциклопедия: Н-Я". 2018-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-14.
- ↑ 1 2 "Газдиевы-Базоркины в истории Ингушетии и России". Сердало. 2011-04-04. 2013-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-13.
- ↑ 1 2 3 Р. Аушева. "Родом он из Фуртоуга". Газета «Голос Назрани». 2013-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-13.
- ↑ "Ахриев Рашид-Бек Чахович — Офицеры русской императорской армии". 2017-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-14.
- ↑ "Ахриев Рашид-Бек Чахович". 2019-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-13.
- ↑ https://ru.sputnik-tj.com/country/20170903/1023051891/aviatsiya-tadzhikistan-samolet-polet.htm1[ölü keçid]
- ↑ "ГРАЖДАНСКОЙ АВИАЦИИ ТАДЖИКИСТАНА 85 ЛЕТ". 2013-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-10-07.
- ↑ "Открыт авиарейс Душанбе-Кабул. Слетать решились только 6 пассажиров (все - журналисты)". ЦентрАзия. 2002-03-30. 2014-10-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-01-13.
- ↑ "Мой дед — Чах Эльмурзиевич Ахриев". 1999-06-24. 2013-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-13.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Ларенок А. П., Гладкий В. А., Блашкевич В. М. Крыльям Таджикистана — 70. — Душанбе, 1994. — C. 16-17.
- Ахриев Рашид-бек Чахович // vainah.info
- Гешаев, Муса Баутдинович. Знаменитые ингуши. 2 (2000 nüs.). Турин: STIG. 2006.