Qrız dili

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qrız dili
Orijinal adı КърыцIаь мез
Ölkə Azərbaycan
Danışanların ümumi sayı 5-9 min
Təsnifatı
Kateqoriya Avrasiya dilləri
Qafqaz dilləri[d]
Nax-Dağıstan dilləri
Dağıstan dilləri[vd]
Ləzgi dilləri
Samur[d]
Qrız dili
Yazı yazısız
Dil kodları
ISO 639-1
ISO 639-2
ISO 639-3 kry
Dilin strukturlarının dünya atlası krz
Atlas of the World’s Languages in Danger 1055
Ethnologue kry
ELCat 2508
IETF kry
Glottolog kryt1240

Qrız dili (qrız. КърыцӀаь мез) — qrızlıların danışdığı dili. Ləzgi dillər qrupunun Şahdağ yarımqrupuna aiddir.

Qrız dili Ləzgi dillər qrupunun Şahdağ yarımqrupuna aiddir. Qrız dilinə ən yaxın dil Buduq dilidir. Həmçinin, Qrız dilində yaxın dillərdə Cek, Əlik, HaputYergüc kəndlərində də danışılır. Bu kəndlərdə danışılan dillər Qrız dilindən xeyli fərqlənir ki, buna görə də alimlərin fikrincə onları ayrı bir dil kimi götürmək olar. Məsələn, ceklilər Cek dilində danışır.[1] Lakin bu dili araşdıran linqvist və alimlərin bir qismi bu dili Qrız dilinin ləhcələri kimi qəbul etmişlər. Hətta onlardan bəziləri "Cek dili" terminini "Qrız dili"nin alternativ adı adlandırırlar.[2] Ən son araşdırmalar zamanı da Grimes (2000-ci ildə) bu dilləri Qrız dilinin dialektləri kimi qeyd etmişdir. Qrız, Cek, Haput, Əlik, Buduq, Yergüc dillərinin leksikası, morfologiyası, sintaksisi, xüsusən sonsuzluğa qədər əşyaların cinsini bildirmək üçün meyar olan say sistemi, qohumluq bildirən sözlər demək olar ki, eynidir.

Gənc fransız tədqiqatçılarından biri Jil Otye Fransanın Şərq Dilləri və Sivilizasiyaları İnstitutunda "Qrız dilinin şərhi. Azərbaycanın şimal-şərqində Qafqaz dillərinin tədqiqi" mövzusunda kurs işi müdafiə etmişdi. O, Azərbaycana gələrək, Qrız dilini öyrənmişdi.

Qrız dili haqqında 1972-ci ildə Ş.Sədiyevin doktorluq dissertasiyası, 1964-ci ildə V.Xidirovun namizədlik dissertasiyası dərc edilmişdi.

Qrız dilində cins, kəmiyyət və hal kateqoriyaları vardır. Cümlə feli xəbərin tipinə görə dəyişir.[3]

Qrız dilində danışanlar

[redaktə | mənbəni redaktə et]

Qrız dilində danışanların ümümi sayı 10 000 – 15 000 arasında dəyişir.

  1. "Большая Энциклопедия в 62 томах: Джеки". 2012-07-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-01-07.
  2. "Ethnologue entry for Kryts". 2011-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-19.
  3. "Azərbaycanın müasir etnik palitrası". 2011-10-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-01-07.