Piyalə və ox
Naviqasiyaya keç
Axtarışa keç
Piyalə və ox — Novruz bayramı ve digər el şənliklərində təşkil edilmiş atüstü oyun. [1]
Oyun haqqında
[redaktə | mənbəni redaktə et]Orta əsrlərdə geniş yayılmış bu oyun klassik ədəbiyyatımızın nümunələrindən də bəllidir. Melumata görə, oyunda bir neçə nəfər iştirak edirmiş. Meydanın ortasında basdırılmış hündür dirəyin başına içi sikkə ile dolu piyalə qoyulur. Süvarilər hər dəfə çaparaq dirəyin yanından keçərkən, eyni yerdə yana çevrilib ox atırdılar. Oxlar qıjıltı ile piyalənin yanından ötüb-keçir. Serrast nişan alıb bu qiymətli mükafatı vurub salan qalıb sayılır ve piyalədən tökülən sikkələr ona çatır.[1]