Otaqlı (Kəlbəcər)
Otaqlı | |
---|---|
40°07′18″ şm. e. 46°01′01″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Otaqlı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Dalqılınclı kənd inzibati ərazi dairəsində kənd.[1]
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Kənd 2020-ci il 25 noyabrında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Otaqlı kəndi Dağətəyi ərazidədir. Yaşayış məntəqəsini XIX əsrdə Qilıcli kəndindən aynlmiş ailələr Otaq adlanan köhnə tagbənd bir alaçıq ətrafında saldıqlarına görə belə adlandırılmişdir. Həmin tagbənd otaq kənddə indi də qalır.[2]
Kənd ağsaqqallarının söylədiklərinə görə bir kişi öz oğlunu evləndirəndən sonra gəlin qocalara yaxşı baxmadığına görə, oğlanın atası oğluna və gəlninə onun evində yaşamalarına icazə vermir. Oğlan yaşayış yeri axtararkən meşədə üstü açıq olan köhnə tağbənd bir tikiliyə rast gəlir. Oğlan bu binanın üstünü örtüb öz ailəsi ilə orada məskən salır. Ona görə də kəndin adı otaqlı adlanır.[3]
Yaylaqlar
[redaktə | mənbəni redaktə et]Dikyurd, Xəndək yurd, Qoşqunbasan yurd, Çanaqdaş yurdu, Yal yurdu, Pələng qayasının yurdu.
Bulaqlar
[redaktə | mənbəni redaktə et]Şirin bulaq, Daş bulaq, Sarı bulaq, Yoxuş bulaq, Qiblə bulağı, Bavış bulağı, İsmayılqayıran bulaq, Əsədin bulağı, Novlu bulaq, Mərcanölən bulaq, Çırçır bulaq, Zeynəbin bulağı, Mahmudun bulağı, Nabatın bulağı, Gözətlərin bulağı.
Məşhur yerlər
[redaktə | mənbəni redaktə et]Ortaburun, Enlidöş, Tülkütəpəsi, Donuzölən, Yalyurdu, Zəyərəkyeri, Qatar, Gözətlər, Təpəninboynu, Ağgillik, Kəndinyalı, Ağaməhəmmədin yalı, Yumrudaş, Daşlıtəpə, Yalyeri, Təkəsaqqalı, Gölyeri, Qamışlıdərə, Hasarlar, Sümüktökülən, Kəndin dərəsi, Məmmədxanın yeri, Kömürxana biçənəyi, Armudlu biçənək, Ağaməmməd, Yazyurdu, Daşlıq, Tələlər.[3]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ Otaqlı (Kəlbəcər) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- ↑ 1 2 Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.