Nils Lidholm

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Nils Lidholm
Ümumi məlumatlar
Ləqəbi Lidas, Baron
Doğum tarixi
Doğum yeri Valdemarsvik, İsveç
Vəfat tarixi (85 yaşında)
Vəfat yeri Kukkaro Monferrato, İtaliya
Dəfn yeri
  • Turin xatirə qəbiristanlığı[d]
Vətəndaşlığı İsveç İsveç, İtaliya İtaliya
Boyu 185 sm
Mövqeyi Yarımmüdafiəçi
Karyerası
Klub karyerası[* 1]
1938—1942 İsveç Valdemarsviks IF ? (?)
1943—1946 İsveç IK Sleipner 60 (24)
1946—1949 İsveç IFK Norrköping 48 (22)
1949—1961 İtaliya Milan 359 (81)
Milli yığma[* 2]
1946—1958 İsveç İsveç milli futbol komandası 23 (12)
Məşqçisi olduğu klublar
1961—1963 İtaliya Milan köməkçi məşqçi
1963—1966 İtaliya Milan
1966—1968 İtaliya Hellas Verona
1968—1969 İtaliya Monza
1969—1971 İtaliya Varese
1971—1973 İtaliya Fiorentina
1973—1977 İtaliya Roma
1977—1979 İtaliya Milan
1979—1984 İtaliya Roma
1984—1987 İtaliya Milan
1987—1989 İtaliya Roma
1992 İtaliya Hellas Verona
1997 İtaliya Roma
Təltif və medalları
Olimpiya oyunları
Qızıl London 1948
FİFA Dünya Kuboku
Gümüş İsveç 1958

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nils Lidholm (8 oktyabr 1922[1]5 noyabr 2007)[2] — keçmiş isveçli yarımmüdafiəçi və məşqçi. İtaliyada çıxış edərkən o, Il Barone (Baron) ləqəbi ilə tanınırdı. Milanınİsveç millisində çıxış edərkən Qunnar QrenQunnar Nordal ilə birlikdə Gre-No-Li hücum üçlüyünün üzvü idi. Məhz Milanın heyətində o, nəzərəçarpacaq uğurlar əldə edə bilmişdi. Nils oyunu quran yarımmüdafiəçi idi, hansıki öz ötürmələri, uzaqgörənliyi, topa nəzarəti və gözəl oyun üslubu ilə bütün dünyaya məşhur olmuşdu. O, Milanda oynamış ən dahi futbolçulardan biri sayılır.[3] Lidholm təqribən 40 il ərzində 6 italyan klublarında məşqçilik etmişdi və İtaliya futbol tarixi ərzində ən uğurlu məşqçilərdən sayılır.[4] XX əsrin sonunda İsveçin ən böyük qəzeti Aftonbladet-in oxucuları tərəfindən minilliyin ən yaxşı İsveçli futbolçusu seçilmişdi.

Klub karyerası

[redaktə | mənbəni redaktə et]

1938-ci ildə Lidholm ilk klubu Valdemarsviks IF gəldi. 1942-ci ildə IK Sleipner, 1946-da isə IFK Norrköping klubuna keçdi. Bu klubun heyətində İsveç liqasının qalibi olmuşdur. İsveç millisi ilə 1948 Yay Olimpiya Oyunlarının qalibi olandan sonra, 1949-cu ildə ona Milandan təklif gəldi. Onun bu komandanın forması ilə oynadığı ilk oyun Sampdoriyaya qarşı olmuşdur, oyun Milanın 3–1 qələbəsi ilə bitmişdir. İtaliyada keçirtdyi ilk mövsümdə yarımmüdafiəçi 37 oyuna 18 qol vurmuşdur. 1951-ci ildə Lidholm ilk scudetto-sunu əldə etmişdir, bu uğur daha 3 dəfə 1955, 1957 və 1959-cu illərdə təkrarlandı. Bu oyunçu 1951-də Latın Kubokunu qazana bilmişdir, 1956-da isə Real Madridə qarşı keçirilən Avropa Kubokunun fınalında o, meydana kapitan sarğısı ilə başlamışdı, amma oyunu İspaniya təmsilçisi əlavə vaxtlarda 3–2 udmuşdur.

Lidholm fitnesin futbolda yaxşı nəticə qazanmaq üçün mühüm olduğunu anlayan ilk futbolçulardan idi. Buna görədə o, məşqdə digər futbolçulardan daha çox saat keçirdirdi. Onun sözlərinə görə, həftədə 2 dəfə nizə və güllə atıcılığı və uzağa tullanış ilə məşğul olurdu.[5] Onun klub karyerası 40 yaşına qədər davam etmişdir.

Milli komanda karyerası

[redaktə | mənbəni redaktə et]

İsveç komandası ilə 1948 Yay Olimpiya Oyunlarını udan Nils vətənində keçirilən 1958 ilin Dünya Çempionatında millisinin kapitanı idi. Onun yaşı artıq 36-ya çatsa da, o, millisinə finala qədər gəlməyə kömək etmişdir. Sonuncu oyunda onlar braziliyalılara uduzmuşdular. Hesabı Lidholm açmışdı və bununla da Dünya Çempionatının finalında qol vura bilmiş ən qoca oyunçu olmuşdur, buna baxmayaraq 17 yaşlı PeleDidinin komandası oyunu 5–2 edə bilmişdi.

Məşqçi karyerası

[redaktə | mənbəni redaktə et]

Oyunçu karyerasını bitirdikdən sonra Lidholm Milanda köməkçi məşqçi vəzifəsində çalışırdı. 1963-cü ildə Milanın, 1966-da isə Hellas Veronanın baş məşqçisi təyin edilmişdi. Müxtəlif illərdə o, Monza, Varese, FiorentinaRomada məşqçi funksiyasını yerinə yetirirdi. 1969-70-ci ilin mövsümündə o, Vareseni Seria B qalibi edərək, yüksək liqaya çıxarda bilmişdir. Onun növbəti uğuru 1978-79 sezonuna təsadüf edir, beləki bu illərdə o, Milanı İtaliya çempionatının çempionu etmişdi. 1984-cü ildə Lidholm Roma ilə birgə Avropa Kubokunun finalında oyun sonrası penalti zərbələrində Liverpul klubuna məğlub olmuşdur. 1980, 1981 və 1984 illərdə Romaya üç dəfə İtaliya Kubokunu qazandırmağa bacarmışdı.

Futbol tərk etdikdən sonra o, yenədə İtaliyada yaşamağa davam elədi və oğlu Karlo ilə birgə üzümçülük ilə məşğul olurdu. 5 noyabr 2007-ci ildə Nils Lidholm Kukkaro Monferratoda, Alessandriyaya provinsiyasında yerləşən evində vəfat etmişdir.

Nailiyyətləri

[redaktə | mənbəni redaktə et]
IFK Norrköping
  • İsveç çempionu: 1946–47, 1947–48
Milan
İsveç millisi

Varese

  • Seria B: 1969-70
Milan
Roma
  • Seminatore d'Oro: 1974-1975, 1983
  1. Nils Liedholm // Transfermarkt (çd.). 2000.
  2. "Addio al Barone Liedholm" (Italian). La Gazzetta dello Sport. 2007-11-05. 2010-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-11-05.
  3. "A.C. Milan Hall of Fame: Nils Niedholm". 15 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 December 2014.
  4. Glanville, Brian. "Nils Liedholm". http://www.theguardian.com. The Guardian. 15 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 February 2015.
  5. "Golden Great: Nils Liedholm". Football Italia. June 2001. 2007-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-11-06.