Nikolay Marr

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Nikolay Marr
gürc. ნიკოლოზ მარი
Doğum tarixi 25 dekabr 1864 (6 yanvar 1865)[1][2][…] və ya 6 yanvar 1865(1865-01-06)[2][3]
Doğum yeri
Vəfat tarixi 20 dekabr 1934(1934-12-20)[4][1][…]
Vəfat yeri
Dəfn yeri
  • Kazaçe qəbiristanlığı[d]
Elm sahələri şərqşünaslıq, etnoqrafiya, Qafqaz dilləri, esperanto
İş yerləri
Təhsili
  • Sankt-Peterburq Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi[d]
Elmi rəhbəri Viktor Rozen
Tanınmış yetirmələri Boris Piotrovski, İvan Cavaxişvili, İvan Meşşaninov, İosif Orbeli, Akaki Şanidze, Vasili Abayev
Üzvlüyü
Mükafatları "Müqəddəs Vladimir" ordeni "Müqəddəs Anna" ordeni "Lenin" ordeni 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni
RSFSR əməkdar elm xadimi
"Müqəddəs Stanislav" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nikolay Yakovleviç Marr(gürc. ნიკოლოზ მარი; 25 dekabr 1864 (6 yanvar 1865)[1][2][…] və ya 6 yanvar 1865[2][3], Kutaisi[4]20 dekabr 1934[4][1][…], Leninqrad[4]) — rusiya və sovet şərqşünası, qafqazşünası.

Nikolay Yakovleviç Marr 25 dekabr 1864-cü ildə (yaxud 6 yanvar 1865-ci il-də), bəzi mənbələrdə 25 may (6 iyun) 1864-cü ildə Gürcüstanın Kutaisi şəhərində anadan olmuşdur. Onun atası şotland Ceyms Marr Gürcüstana gəlmişdir. Knyaz Qurieli Ceyms Marra Kutaisinin botanika bağında torpaq hədiyyə etmişdir. Ceyms Marr burada yaşamışdır. O, yaşının səksəni keçdiyi bir dövrdə cavan bir gürcü qızı ilə evlənmişdir. Bu kəbindən sonra Nikolay Yakovleviç Marr dünyaya gəlmişdir. Onun valideynləri eyni dildə danışmağı bacarmamışlar. Belə ki, ata ingilis, fransız dillərini, ana isə yalnız gürcü dilini bilmişdir. Ona görə də onun valideynləri bir ümumi dildə danışmamışdır. Bəlkə də bu cür şərait N.Marrda dillərə olan maraq və həvəsini daha da artırmışdır. N.Marrın uşaqlığı gürcülərin arasında keçmişdir. O, Kutaisidəki gimnaziyaya daxil olana qədər yalnız gürcü dilində danışmışdır. Kutaisi gimnaziyasında oxuduğu zamanlarda isə rus, alman, fransız, ingilis, latın, qədim yunan və türk dilləri ilə maraqlanmışdır. 1884-cü ildə N.Marr gimnaziyanı bitirmişdir. Onun attestatında bütün fənlər beş, yalnız rus dili dörd olmuşdur. Bunun səbəbi isə N.Marrın rus dilində ləhcəylə danışması ilə bağlıdır. N.Marr ömrünün sonuna qədər rus dilində ləhcə ilə danışmışdır. N.Marr gimnaziyanı qurtardıqdan sonra Neva şəhərinə gəlmiş və Peterburq Universitetinin Şərq dilləri fakültəsinə daxil olmuşdur. O, tələbəlik illərində eyni vaxtda dörd istiqamətdə dillərin öyrənilməsini qarşısına məqsəd qoymuşdur: erməni-gürcü, erməni-fars-türk-tatar, sanskrit-fars-erməni və ərəb-yəhudi-suriya. Bundan başqa, Yaxın Şərq və Qafqaz dilləri ilə də maraqlanmışdır.

Nikolay Yakovleviç Marr 1888-ci ildə Peterburq Universitetini bitirmişdir. 1891-ci ildə Peterburq Universitetinin Şərq dilləri fakültəsində dərs deməyə başlamışdır. Şərq dilləri fakültəsində 1918-ci ilə qədər çalışmışdır. O, 1899-cu ildən gürcü ədəbiyyatını da tədris etmişdir. N.Marrın gürcü dilinə və ədəbiyyatına bağlılığı danılmazdır. Təsadüfi deyil ki, onun ən böyük arzularından biri də Gürcüstanın öz azadlığı və müstəqilliyi uğrunda mübarizəsi olmuşdur. Belə olduğu təqdirdə N.Marrın gürcü dilinə və ədəbiyyatına bağlılığı təbiidir. Lakin 1918-ci ildə gürcü dilçisi A.A.Tsaqareli ilə münaqişəsi olduğu üçün N.Marr gürcü filologiyasından erməni filologiyasına keçmişdir. Nikolay Yakovleviç Marr 1891-ci ildə dosent, 1902-ci ildə professor, 1911-ci ildə Şərq dilləri fakültəsinin dekanı, 1912-ci ildə akademik olmuşdur. O, ömrünün sonuna qədər Peterburqda yaşamışdır.

Nikolay Yakovleviç Marr dilçilik elmində Yafəs dilləri nəzəriyyəsini yaratmışdır. O, Sami və Hami dil ailələrinə üçüncünü də əlavə edərək yafəs adlandırmışdır.

Nikolay Yakovleviç Marr 20 dekabr 1934-cü ildə vəfat etmişdir.

Seçilmiş əsərləri

[redaktə | mənbəni redaktə et]
  • „Список рукописей Севанского монастыря“. Москва. 1892
  • „Основные таблицы к грамматике древнегрузинского языка“. С.-Петербург. 1908
  • „Грамматика древнеармянского языка. Этимология“. С.-Петербург. 1903
  • „Избранные работы. Том 1“. Ленинград. 1933
  • „Избранные работы. Том 2“. Ленинград. 1936
  • „Избранные работы. Том 3“. Ленинград. 1934
  • „Избранные работы. Том 4“. Ленинград. 1937
  • „Избранные работы. Том 5“. Ленинград. 1935
  • „Грамматика древнелитературного грузинского языка“. 1925
  • „Грамматика чанского (лазского) языка“. 1910
  • „Сборники притч Вардана. Том 1“. 1899
  • „Сборники притч Вардана. Том 2“. 1894
  • „Описание грузинских рукописей Синайского монастыря“. 1940
  • Der japhetitische Kaukasus und das dritte ethnische Element im Bildungsprozess der mittelländischen Kultur. Kohlhammer, Berlin/Stuttgart/Leipzig 1923.
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Марр Николай Яковлевич // Литераторы Санкт-Петербурга. ХХ век (rus.). / под ред. О. В. Богданова
  3. 1 2 Сотрудники Российской национальной библиотеки (rus.).
  4. 1 2 3 4 5 6 Марр Николай Яковлевич // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  • Thomas Lawrence L. The linguistic theories of N. Ja. Marr. University of California Press, Berkeley, California [u.a.], 1957
  • L’Hermitte R. Marr, marrisme, marristes: Science et perversion idéologique; une page de l’histoire de la linguistique soviétique. Institut d’Etudes Slaves, Paris, 1987, ISBN 2-7204-0227-3
  • Голубева О. Д. Н. Я. Марр. СПб., Российская национальная библиотека, 2002, ISBN 5-8192-0134-5
  • Алпатов В. М. История одного мифа: Марр и марризм. М., 1991 (там же библиография), 2-е дополн. изд., М., 2004, ISBN 5-354-00405-5
  • Алпатов В. М. Марр, марризм и сталинизм // Философские исследования, 1993, № 4, с. 271—288.
  • Гитлиц М. М. Основные вопросы языка в освещении Н. Я. Марра. Дополнение к Вопроснику по нормативной грамматике русского языка // Русский язык в школе. Отв. ред. С. Г. Бархударов. М., Учпедгиз, 1939, N 3, май-июнь, с.1—10; N 4, июль-август, с.27—33.
  • Никольская Т. Н. Н. Я. Марр и футуристы // Кредо (Тамбов).1993. № 3—4.
  • Микола Якович Марр (1864—1934): Бібліографічний показжик / Упоряд. Ю. Л. Мосенкіс, А. О. Пучков. — Київ: НДІТІАМ, 1994. — 16 с. (соавт. Ю. Л. Мосенкис)
  • Мурашов Ю. Письмо и устная речь в дискурсах о языке 1930-х годов: Н. Марр //Соцреалистический канон / Ред. Х. Гюнтер, Е. Добренко. СПб., 2000. С.599—608.
  • Богданов К. А.. От первоэлементов Н. Я. Марра к мичуринским яблокам: Рациональность и абсурд в советской науке 1920—1950-х гг.// Абсурд и вокруг: Сборник статей / Отв. ред. О. Буренина. М., 2004. С.335—345.
  • Шилков Ю. М. Философия языка Н. Я. Марра // Вече. Альманах русской философии и культуры. Выпуск 16. СПб., 2004. С.72—82.
  • Velmezova Ekaterina. Les lois du sens. La sémantique marriste. Genève, 2007.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]