Nenlər

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Nenlər
nen. ненэй ненэч
rus. Ненцы
Ümumi sayı
45 000
Yaşadığı ərazilər
Rusiya Rusiya 41 302 (2002)[1]
Dili

nenes dili, rus dili

Dini

Şamanizm, Pravoslavlıq

Qohum xalqlar

Enlər, Nqanasanlar, Selkuplar, Kamasinlər

Nenlər (nen. ненэй ненэче, хасово, нещанг; köhnə — samoyedlər, юраки;luoravetlan) —Cənubi Sibirdə xalq.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

İndiki Arxangelsk, Tümen, Tomsk, Krasnoyarsk və b. rus əyalətlərində yaşayan və cəmi 34 min nəfərdən ibarət nenlər ("nenes", "iqanasan" "selkup" da adlanırlar) azsaylı millətlərdəndir. Nenlər, və ya Nen xalqı ya da Yuraklar (Rusca yazılışı: Ненцы — Nentsı [çoxluq]) Rusiya Federasiyasında yerli bir xalqdır. 2002 ili siyahıyaalmaya görə Rusiya Federasiyasında 41,302 Nenet yaşamaqdadır. Dilləri Nencədir. Bəzən İngiliscədəki çoxluq takısı olan (s) ilə qarışdırıldıqları üçün Nenet şəklində tələffüz edilməkdədir. Nenləriçlərində Enets xalqı, Selkup və Nganasan xalqının da daxil olduğu Samoyedler qrupu içinə girərlər. İki böyük Nenqrupu vardır: Tundra Nenləri və Meşə Nenləri. Bəziləri Nenlərin miladdan əvvəl 3000lərdə fin-Ural dillərini danışan qruplardan ayrıldıqları və miladdan əvvəl 200lərdə Türkcə və Altayca danışan xalqlarla qarışacaqları şərqə köç edən qruplar olduğuna inanmaqdadırlar. Nenlər torpağa və təbii qaynaqlara hörmət üzərində dayanan şamanist və animist bir inanc sisteminə sahibdirlər. Klan əsaslı bir ictimai quruluşlanmaları vardır. Nen şamanlarına Dadıba deyilir. Nenlər köçəri həyat tərzi keçirirlər. Nenlər 500.000 maral saxlayırlar və bu marallardan həm də xizək üzərində hərəkət üçün də istifadə edirlər. Nenlər Ural irqinə aiddir ki ural irqi də avrapoid və malqaloid irqinin qarışığıdır. Nen dili Ural dil ailəsinin Samoyed qrupuna aiddir və iki dialekt ibarətdir — qərb və şərq dialekti.(ненэць) nen dilindən tərcümədə insan deməkdir. Nenlər əsasən maral ətindən istifadə edirlər. Onlar hətta təzə qaraciyər böyrək maral qanı kimi ekzotik yeməklər də yeyirlər amma onların ən çox sevdikləri yemək dil və ürəkdir. Ağır soyuq şəraitdə yaşamaları onlara maral ətini konservləşdirməyi əti qanlı yeməyi hətta maral qanını belə içməyi öyrətdi. onlar maral əti bundan başqa, burada konserv və donuz əti, dəniz heyvanların əti, eləcə də şirin balıq istifadə olunur. Onlar nadir hallarda düyü və makarondan istifadə edirlər. Onlar nadir hallarda istifadə etsələr belə ancaq çovdar unundan hazırlanmış çörəyə üstünlük verirlər.

2021-ci lin məlumatlarına görə nenlərin yaşadığı yerlər[2]
Cəmi Kişi Qadın
Cəmi 49,787 23,521 26,266
Arxangelsk vilayəti 7,045 3,261 3,784
Nenets Muxtar Dairəsi 6,712 3,102 3,620
Tümen vilayəti 37,753 17,915 19,838
Yamalo-Nenets Muxtar Dairəsi 35,979 17,089 18,890
Xantı-Mansi muxtar dairəsi 1,383 656 727
Krasnoyarsk diyarı 3,853 1,853 1,988
Komi Respublikası 222 82 140
Murmansk vilayəti 112 49 63

ASE, VII cild, Bakı, 1983-cü il, səhifə 190.

  1. "Всероссийская перепись населения 2002 года". 2008-02-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-12-24.
  2. "Национальный состав населения". 30 December 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 December 2022.