Nazim Əliverdibəyov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Nazim Əliverdibəyov
Ümumi məlumatlar
Doğum tarixi 24 avqust 1926(1926-08-24) və ya 1926
Doğum yeri
Vəfat tarixi 16 fevral 1986(1986-02-16) və ya 1986
Vəfat yeri
Atası Ağalar bəy Əliverdibəyov
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, film bəstəkarı, opera bəstəkarı
Mükafatları "Əməkdə fərqlənməyə görə" medalı — 1959

Nazim Ağalar oğlu Əliverdibəyov (24 avqust 1926 və ya 1926, Bakı16 fevral 1986 və ya 1986, Bakı) — Azərbaycan bəstəkarı.

Nazim Əliverdibəyov 1926-cı ildə anadan olub. Bəstəkar, həm də kino bəstəkarı, musiqi redaktoru olub. Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1951–1985-ci ildə Bülbül adına orta ixtisas məktəbində və Azərbaycan Dövlət Konservatoriyasında dərs demişdir.

1964–1985-ci illərdə Bülbül adına orta ixtisas məktəbinin direktoru olub. Üzeyir Hacıbəyovun "Əsli və Kərəm" və "Leyli və Məcnun" operalarını yenidən orkestrləşdirmişdir. Üzeyir Hacıbəyovun nəşr edilmiş "Leyli və Məcnun" (1983) və "Koroğlu" (1985) operalarının partituralarının redaktoru olmuşdur.

Nazim Əliverdibəyov 16 fevral 1986-cı ildə Bakıda vəfat etmişdir.

Balet
İnstrumental
Vokal-instrumental əsərləri
Opera
Musiqili komediya

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Bakı Musiqi Akademiyası - Əliverdibəyov Nazim". www.musicacademy.edu.az. 2024-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-30.