39°27′55″ şm. e. 47°21′51″ ş. u.HGYO

Mollaməhərrəmli

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mollaməhərrəmli
39°27′55″ şm. e. 47°21′51″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 143 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Mollaməhərrəmli xəritədə
Mollaməhərrəmli
Mollaməhərrəmli

MollaməhərrəmliAzərbaycan Respublikasının Füzuli rayonunun Arayatlı kənd inzibati ərazi dairəsində kənd.[1]

Mollaməhərrəmli sərkar obası Xırdapara-Dizaq mahalına bağlı idi. Oba öz adını başçısından götürüb. Molla Məhərrəm sərkar Vəliməhəmməd oğlu (1780–1847) XVIII yüzilin sonu, XIX yüzilin önlərində obalarına başçılıq etmişdi. Molla Məhərrəm sərkar obası öncə təxminən Qarakollu kəndinin ətrafında yaşam sürürdü. XVIII yüzilin sonunda yiyəsi Məhəmmədhəsən ağa İbrahimxəlil xan oğlu Sarıcalı-Cavanşir obanı Arğalı torpağında, Hazırkı yerində sakin etdi. Məhəmmədhəsən ağa 1806-cı ildə vəfat edəndən sonra oba oğlu Cəfərqulu xana qaldı. 1823-cü ildə Molla Məhərrəm sərkar obası—4 ailə vergi ödəyirdi. Molla Məhərrəm, pişxidmət Məhəmməd vergidən azad olunmuşdu. 1842-ci ildə oba 17 tüstüdən ibarət idi. Obanın başçısı Molla Məhərrəm yüzbaşı, məaf Ismayıl Abdulla oğlu sayılırdı.

Düzənlikdədir. Oykonim "Molla Məhərrəmin nəslindən olanlar, mollaməhərrəmgillər" mənasındadır.[2]

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 935 nəfər əhali yaşayır.[3]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıqheyvandarlıq təşkil edir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629