40°46′46″ şm. e. 73°57′48″ q. u.HGYO

Metropoliten muzeyi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Metropoliten muzeyi
ing. Metropolitan Museum of Art
Xəritə
40°46′46″ şm. e. 73°57′48″ q. u.HGYO
Ölkə ABŞ ABŞ
Yerləşir 1000 Beşinci avenyu, NY, Nyu-York, NY 10028
Memar Riçard Morris Hant, Kalvert Voks, Ceykob Vrey Muld
Əsas tarixlər 147 il əvvəl[1][2], 13 aprel 1870-ci ildə açılıb.
Tikilmə tarixi 1870
Üslubu Boz-ar
Rəsmi sayt www.metmuseum.org
Təyin edilib24 iyun 1986
Təyin olunubPrezident Ronald Reyqan tərəfindən
Rəsmi adı: Metropolitan Museum of Art
Təyin edilib29 yanvar 1972
İstinad nöm.86003556
Metropolitan (Nyu-York ştatı)
Metropolitan
Fasadın Simon Fayldhaus tərəfindən çəkilmiş təsviri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Metropoliten muzeyi (ing. The Metropolitan Museum of Art) — dünyanın ən böyük muzeylərindən biri, dünyada ən çox ziyarət olunan dördüncü muzey.

Amerikanın Nyu-York şəhərində yerləşən Metropoliten muzeyi 1870-ci ildə yaranıb. İlk vaxtlar ayrı-ayrı adamların vəsaiti və zəngin iş adamlarının könüllü ianələri hesabına fəaliyyət göstərib. İş adamlarının arasında milyonçular Morqan, Con Rokfeller, Ceykob Rocers, Qoras Xevmeyer və başqaları var idi.

Muzeyə yardım edən mesenatlardan birincisi Ceykob Rocers olub. 1901-ci ildə o muzeyə böyük məbləğ, 4,5 milyon dollar bağışlayıb. Bu pula nadir şəkillər və kitablar alınır. İkinci mesenat Ketrin Vulf adlı qadın olub. O, həm də muzeyi təsis edənlərdən idi. Görkəmli rəssamların 143 şəkildən ibarət olan kolleksiyanı muzeyə bağışlayıb. 1917-ci ildə Con Morqan 20 il ərzində yığdığı 5500 rəsm əsərini muzeyə verib.

1917-ci ildə muzeyin yaranmasında xidməti olan sahibkarlardan biri Ayzek Fletçer vəfat edəndən sonra vəsiyyətinə əsasən, onun tətbiqi sənət nümunələri, rəsmlər və müxtəlif şəkillərdən ibarət kolleksiyası muzeyə bağışlanıb.[3]

Muzeydə Orta əsrlər, Afrika mədəniyyəti, Yaxın Şərq mədəniyyəti, Qədim Dövr, Qrafika və digər şöbələrdə 3 milyona yaxın eksponat saxlanılır. Bunların arasında üstünlük təşkil edən qədim Misir, Yunanıstan, Roma mədəniyyəti və Yaxın Şərq ölkələrinə aid olan eksponatlardır. İslam mədəniyyəti nümunələri kolleksiyası dünyada ən böyük kolleksiya sayılır. Uzaq Şərq ölkələri şöbəsində Çin dövlətinə məxsus rəsm əsərləri,heykəltaraşlıq nümunələri,gümüş və saxsı qablar nümayiş olunur.

Qədim Misir mədəniyyəti şöbəsində sarkofaq və mumiyalar (b.e.ə 1 minillik), məşhur Sfinks heykəli, sərdabələrdən götürülmüş bəzək əşyaları,ağacdan düzəldilmiş mebel, müxtəlif ayaqqabı və geyim əşyaları və s. nümayiş olunur. Qədim dünya mədəniyyəti şöbəsində YunanıstanRoma, həmçinin Kipr adasından götürülmüş eksponatlar sərgilənir. Bunlara daha çox heykəltaraşlıq əsərləri aiddir. Məsələn, imperator Konstantinin büstü (325-ci il), yaralı amazonka heykəli çoxlu ziyarətçi cəlb edən eksponatlardır.

Silah nümunələri saxlanılan şöbədə cəngavər dəbilqələri, müxtəlif növ qılınclar və odlu silah növləri təqdim olunur. Qrafika şöbəsi ziyarətçiləri Avropanın məşhur rəssamları Leonardo da Vinçi, Buonarroti, Rafael Santi, Mikelancelo, Rembrandt və başqalarının rəsm əsərləri ilə tanış edir. Musiqi alətləri şöbəsində isə dünyanın bütün qitələrini təmsil edən 4000 müxtəlif musiqi aləti saxlanılır. Saxlanılan alətlərdən ən qədiminin 1200 yaşı var.

Metropoliten

Rəssamlıq nümunələri

[redaktə | vikimətni redaktə et]
Metropoliten
Diana və Amur
Venera və Amur
"Venera və ud ifaçısı", Tiziano Vekallio
"Ud ifaçısı"


Metropoliten
Sevgi ilə birləşmiş Mars və Venera, Paolo Verovese
Mərhəmət, Gvido Reni
Məryəm və uşaq, Filippino Lippi
Bəstəkar Markantonio Paskvaliniyə Apollon tərəfindən tac qoyilması


Metropoliten
"Müasir Roma" Ciovanni Paolo Panini, 1757
"Axeloyun məclisi", Rubens, təqr. 1615
Venera və Adonis, Rubens,
Canavar və tülkü ovu, Rubens, tqr. 1615-21

Qədim Misir şöbəsi

[redaktə | vikimətni redaktə et]
ümumi görnüş
Giriş portalı
Məbədin sütunları
Artemidora, E. 90-100 cü illəri, qşzşlı gips və aplikasiyalarla bəzədilmiş Meir mumiyası, C. Pierpont Morqannin hədiyyəsi, 1911 (11.153,5)
Perneb türbəsinin daxili görnüşü
Perneb türbəsinin divar rəsmləri
Perneb türbəsi, yalançı qapi divar
Perneb türbəsinin divar rəsmləri

Metropoliten muzeyində Azərbaycanın tarixi və mədəni irsi

[redaktə | vikimətni redaktə et]

Metropoliten muzeyində Azərbaycanın tariximədəni irsi ilə bağlı qiymətli eksponatlar da sərgilənir. Burada saxlanılan bədii metal sənəti əsərlərimiz içərisində ən maraqlısı Urmiya gölü ətrafında Ziviyə mahalından tapılmış e.ə. VIII-əsrə aid edilən zərgərlik nümunələridir. Bu sənət əsərləri içərisində qızıldan düzəldilmiş bir bilərzik öz bədii xüsusiyyət və icrasına görə bir çox dünya sənətşünaslarının diqqətini özünə cəlb edib.

Başqa xarici ölkə muzeyləri, əntiq mallar mağazası və şəxsi kolleksiyalarında olduğu kimi ABŞ-də da Azərbaycan sənətkarlığını ən çox xalça sənətimiz təmsil edir. Hazırda bu ölkədə yurdumuzun əsas sənət mərkəzlərində toxunmuş minlərlə xovlu və xovsuz, ornamental və əla növlü xalça sənəti nümunələrimiz vardır. Qədim Azərbaycan xalçaları Nyu-Yorkun Metropoliten muzeyində nümayiş etdirilir.

  1. "Today in Met History: April 13". The Metropolitan Museum of Art. 2015-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-16.
  2. "The Metropolitan Museum of Art: About". Artinfo. 2008. September 26, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-02-18.
  3. "Metropoliten muzeyi". 2010-12-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-09-02.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]