Marqaret Kin

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Marqaret Kin
ing. Margaret Keane
Doğum adı Peggy Doris Hawkins
Doğum tarixi 15 sentyabr 1927(1927-09-15)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 26 iyun 2022(2022-06-26)[3] (95 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək çatışmazlığı[6]
Uşağı 1
Fəaliyyəti rəssam, incəsənət xadimi
keane-eyes.com

Marqaret Kin (ing. Margaret Keane; 15 sentyabr 1927[1][2][…], Neşvill[4]26 iyun 2022[3], Napa[d], Kaliforniya[5]) — ABŞ rəssamı.

Marqaret (Peggi Doris Hokins) Kin Tenessi ştatında, Neşvildə anadan olub.

İki yaşı olanda əməliyyat zamanı daxili qulağı ciddi zədə alır. Kar olan Marqaret danışarkən insanların gözlərinə baxaraq onları anlamağı öyrənir. Uşaqkən rəsmlə məşğul olmağa başlayan Marqaret Neşvildə Uotkins İncəsənət Məktəbində dərs alır. On yaşında ilk yağlı boya əsərini — biri ağlayan, digəri isə gülən iki balaca qız rəsmini nənəsinə hədiyyə edir. İstedadlı qız yerli kilsədə də "iri gözlü mələklər"inə görə tanınırdı.

On səkkiz yaşında Nyu-York şəhərindəki Trafagen Dizayn Məktəbinə daxil olur. 1950-ci illərə qədər işlərində, əsasən, paltarlar və uşaq beşikləri daha çox təsvir olunur. Sonralar, nəhayət, öz yolunu tapan Marqaret portret karyerasına başlayır. Bir müddət fincanlar, qablar üzərinə işləyən rəssamın əsərlərinin yayılma sahəsi olduqca məhdud idi və yalnız ətrafındakı qadınlar əldə edə bilirdilər.

Rəssamın fırçasından çıxan işlərdə, adətən, qaçqın, yetim uşaqlar, kədərli qadınlar və heyvanlar əks olunurdu.

İlk vaxtlar rəsmlər poster, qabların və fincanların üzərini bəzəyən şəkillər kimi yayılmağa başladı. Bütün bunlar tənqidçilər tərəfindən də mənfi qarşılanır, rəssamın işləri ucuz və zövqsüz şablonlar kimi qiymətləndirilirdi.

İyirmi səkkiz yaşlı Marqaret 1955-ci ildə Honoluluda "yaraşıqlı, inadkar və ünsiyyətcil" Volter Kinlə ailə həyatı qurur. 1957-ci ildən Volter "böyük gözləri" özününkü kimi təqdim edir və bir çox sərgilərə qatılır. Artıq 1960-cı illərdə Volter Kin dövrünün məşhur "rəssamı"na çevrilmişdi, buna baxmayaraq tənqidçilər rəsmlər barədə heç də müsbət fikirlər söyləmirdilər.

1964-cü ildə "Dünya Sərgisi" Kinin "Əbədi sabah" ("Tomorrow forever") əsərini də nümayiş etdirəcəyini elan edəndə "Nyu-York Tayms" qəzetinin incəsənət tənqidçisi öz fikrini belə bildirmişdi: "Nyu-York Dünya sərgisindən indiyə qədər eşitdiyim ən absurd elandır"… "Əbədi sabah" tablosunda yüzdən çox böyük gözlü qaçqın uşaq, Kinin bacarığı kimi yüz qat pis təsvir olunub". Bununla da rəsmin sərgidə nümayşinə qadağa qoyulur.

Marqaretin əri Volter Kin uzun zaman həyat yoldaşının çəkdiyi rəsmləri öz adına imzalayıb satırdı. Yaxşı reklamçı və bacarıqlı satıcı olan Volterin sayəsində "böyük gözlər" qısa müddətə o qədər populyar oldu ki, hətta ailə şəxsi qalereya da açmağa imkan tapdı.

Ərinin təzyiqi altında Marqaret gün ərzində 16 saat fasiləsiz rəsm çəkməklə məşğul olurdu. Ailə vəziyyəti, ərinin dözülməz davranışları, ifşa olunmaq qorxusu qadını rahat yaşamağa qoymurdu.

Bir müddətdən sonra Margaret bütün bu yalanlardan, özünü və öz yaradıcılığını gizlətmək məcburiyyətində qalmaqdan yorulur. 1970-ci ildə Marqaret Radio verilişində çıxış edərək əsərlərin həqiqi müəllifi olduğunu bəyan edir.

O, ərindən boşanır və on illər ərzində Volterin imzasıyla satılan əsərlərin əslində ona aid olduğunu sübut etmək üçün məhkəməyə müraciət edir.

Məhkəmədə müəllifi müəyyən etmək üçün elə zaldaca hər iki tərəfin bir saat ərzində rəsm çəkməsi tələb olunur. Volter ağrıyan çiynini bəhanə edərək çəkməkdən boyun qaçırır. Marqaret isə 53 dəqiqə ərzində növbəti "böyük gözləri" çəkir. Təbii ki, iş Marqaretin xeyrinə həll olunur və onun çəkdiyi kompozisiyaya dəyən ziyanın qarşılığı olaraq dörd milyon dollar qiymət qoyulur. Hökm oxunduqdan sonra Marqaret öz hisslərini belə ifadə edir: "Ədalətin qalib gəldiyinə bir daha inandım, hətta dörd milyon dolları əldə etməsəm belə, mənim üçün verilən qərar hər şeyə dəyər".

Bundan sonra Marqaret San Fransiskoda bütün əsərlərinin sərgiləndiyi ən böyük qalereyanı açır. "Böyük gözlərin" populyarlığı, tənqidçilərin sarkazm dolu fikirləri onu daha çox tanıtdırır və ona "incəsənət dünyasının Ueyn Nyutonu" adını qazandırır.

Marqaret Kinin işlərini üslub baxımından iki mərhələyə ayırmaq olar. Birinci mərhələyə əri Volterlə yaşadığı və onun adına imzaladığı əsərləri aid etmək olar. Bu dövrdə çəkilən rəsmlər tünd tonlar və kədərli üzlərlə xarakterizə olunur. Marqaretin Havaya "qaçışı"ndan sonra, öz imzasını bərpa etdiyi dövrdə, üslubundakı ciddi dəyişiklik nəzərə çarpır. Artıq rəsmlər daha işıqlı, böyük gözlü simalar isə daha xoşbəxt görünməyə başlayır. "Uşaqlara çəkdiyim böyük gözlər mənim dərin hisslərimin əksidir. Gözlər ruhun aynasıdır", — deyən Marqaret rəmlərinin mövzusunu belə izah edir: "Bunlar cənnətdəki uşaqların şəkilləridir. Tanrının hökmündən sonra dünyanın necə yer olacağını onların simasıyla təsvir edirəm".

2014-cü ildə ekranlara çıxan "İri gözlər" avtobioqrafik filmində Marqaret Kin rolunu Emi Adams, Volter Kin rolunu isə Kristof Valts ifa edib. Tim Bartonun bu filmi "Qızıl Qlobus", "BAFTA" kimi prestijli mükafatlara layiq görülüb.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • "Margaret Keane". Ask Art.
  • "My Life as a Famous Artist". Awake. Jehovah Witnesses: 12–16. July 8, 1975. (Subscription required (help)).
  • "My Life as a Famous Artist". Megan Besmirched. Excerpt. Awake! magazine.
  • "Margaret Keane and Keanabilia and Keanabilia and Keanabilia". Exhibition. Laguna Art Museum: L.A. EyeWorks. July 2000.
  • "Margaret Keane- Biography"
  • "A 'real' portrait of 'Big Eyes' artist Margaret Keane"
  • "'Big Eyes' True Story Vs. Movie"
  • "Keane Eyes Gallery: About Margaret"
  • "The Big Eyed Children: The Extraordinary Story of an Epic Fraud"

Merchandising: