Məqsəd Səttarov
Məqsəd Səttarov | |
---|---|
Məqsəd Məhəmmədəli oğlu Səttarov | |
Doğum tarixi | 13 may 1924 |
Doğum yeri | |
Vəfat tarixi | 2000 |
Vəfat yeri | |
Elm sahəsi | fəlsəfə |
Elmi dərəcələri | |
İş yeri | |
Üzvlüyü |
Məqsəd Səttarov (13 may 1924, Qazax rayonu – 2000, Bakı) — elmlər doktoru (1964), professor (1968), AMEA-nın müxbir üzvü (1989).[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Məqsəd Məhəmmədəli oğlu Səttarov 13 may 1924-cü ildə Qazax rayonunda kəndli ailəsində anadan olub. O, 1945-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin nəzdindəki Fəlsəfə şöbəsinə daxil olub, 1950-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. Məqsəd Səttarov professor Tofiq Məmmədovun əmisi oğludur.[1]
Əmək fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Məqsəd Səttarov Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunda şöbə müdiri və Azərbaycan EA Fəlsəfə kafedrasının müdiri vəzifələrində çalışıb.[2]
Elmi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Məqsəd Səttarov 1954-cü ildə fəlsəfə doktoru, 1964-cü ildə elmlər doktoru dissertasiyası müdafiə edib. 1968-ci ildə isə professor elmi adını alıb. 1989-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.[1]
Məqsəd Səttarovun elmi fəaliyyəti əsasən, din və ateizm tarixi, nəzəriyyəsi, həmçinin ictimai şüurun inkişaf qanunauyğunluqları istiqamətlərini əhatə edib. Azərbaycanın mənəvi-mədəni həyatında islamın yeri və rolu, Azərbaycanda ateist fikir kimi məsələləri, ictimai şüurun strukturu və onun ünsürlərinin qarşılıqlı təsiri, ictimai şüurun yeniləşdirilməsi və sağlamlaşdırılması yollarını araşdırıb.[2]
Məqsəd Səttarov 10 monoqrafiya, 4 kitab, 21 kitabça və 60-a yaxın məqalənin müəllifidir. Həmçinin bir sıra elmi nəşrlərin redaksiya heyətinin üzvü olub. Alimin fəlsəfə üzrə yüksək ixtisaslı kadrların hazırlanmasında böyük xidmətləri olub. Onun rəhbərliyi altında 30-dan çox elmlər namizədi və elmlər doktoru dissertasiya müdafiə edib.[2]
Kitabları
[redaktə | mənbəni redaktə et]- N. Nərimanov və din. Bakı, 1995
- İnsan və cəmiyyət haqqında düşüncələr. Bakı , 2000
Vəfatı
[redaktə | mənbəni redaktə et]Məqsəd Səttarov 2000-ci ildə Bakı şəhərində vəfat edib.[1]
Təltif və mükafatları
[redaktə | mənbəni redaktə et]Məqsəd Səttarov Müharibə və əmək veteranı kimi medallarla və fəxri fərmanlarla təltif edilmişdir.[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 "Səttarov Məqsəd Məhəmmədəli oğlu". science.gov.az. 2023-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-29.
- ↑ 1 2 3 4 "Səttarov Məqsəd Məhəmmədəli oğlu". nkpi.az. 2016-06-10. İstifadə tarixi: 29/07/2024.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Milli Elmlər Akademiyasının üzvləri haqqında məlumat kitabı. II cild. Bakı, Elm, 2005. səh. 291
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Pages using the JsonConfig extension
- 13 mayda doğulanlar
- 1924-cü ildə doğulanlar
- Qazax rayonunda doğulanlar
- 2000-ci ildə vəfat edənlər
- Bakıda vəfat edənlər
- Fəlsəfə elmləri doktorları
- Professorlar
- AMEA-nın alimləri
- Azərbaycan Milli Elmlər Akademiyasının üzvləri
- Əlifba sırasına görə alimlər
- Azərbaycan alimləri
- Azərbaycanlı alimlər
- Azərbaycan filosofları
- Azərbaycanlı filosoflar
- AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri
- XX əsr Azərbaycan filosofları
- XXI əsr Azərbaycan filosofları