Məhəmməd mirzə (Ağqoyunlu)
Sultan Məhəmməd | |
---|---|
Məhəmməd Bayandur Yusif Oğlu | |
| |
1498 – 1499 | |
Əvvəlki | Gödək Əhməd |
Sonrakı | Sultan Murad |
Şəxsi məlumatlar | |
Doğum tarixi | ? |
Doğum yeri | Təbriz, Ağqoyunlu dövləti |
Vəfat tarixi | |
Vəfat yeri | Kerman, Ağqoyunlu dövləti |
Atası | Yusif bəy Bayandur |
Əbül Mükərrəm Sultan Məhəmməd və ya Sultan Məhəmməd — Uzun Həsənin nəvəsi, Yusif Mirzənin oğlu, Əlvənd Mirzənin qardaşı.
Sultan Məhəmməd 1497-1500-ci illərdə Kerman və Fars əyalətlərində Ağqoyunlu hökmdarı kimi hakimiyyətdə olmuşdur. Tam adı Əbül Mükərrəm Məhəmməd Bayandur ibn Yusifdir.
Hakimiyyəti
[redaktə | mənbəni redaktə et]Ağqoyunlu ailəsində doğulan Məhəmməd Uzun Həsənin oğul nəvəsi, Yusif Mirzənin birinci oğlu idi. Məhəmmədin doğumu və həyatının ilk dövrü barədə olan məlumatlar çox azdır. Məlumdur ki, o, 1497-ci ildə qohumlarının və imperiyanın yuxarı təbəqəsinin bir hissəsi ilə birlikdə özünü sultan elan etmiş qohumu Gödək Əhmədə qarşı üsyan başlatmışdır. Gödək Əhməd İsfahan döyüşündə məğlub edildikdən sonra isə Məhəmməd müttəfiqi olan qardaşı Əlvənd Mirzə ilə imperiyanı bölüşdürmüşdür. Bu döyüşdə Məhəmmədin qalib gəlməsində Eybə Sultanın da onu dəstəkləməsi və Gödək Əhmədin ordusundakı əmirlərin ona xəyanəti mühüm rol oynamışdı. Məhəmməd Fars, Sistan, Yəzd və Kermanda hakimiyyəti öz əlinə alarkən, yerdə qalan ərazilər də Əlvəndə verilmişdir.[1]
Lakin qardaşlar arasında da tezliklə münaqişə başlayır. 1498-ci ildə Məhəmməd Əlvəndə qarşı müharibəyə başlayır. Lakin məğlub olduğuna görə İsfahana qaçmağa məcbur edilir. 1499-cu ildə isə Məhəmməd Kermanda məskunlaşır. Lakin burada da qısa müddət sonra bir başqa qohumu Murad ibn Yaqub ilə münaqişəyə daxil olur. 1500-cü ildə o, Murad tərəfindən məğlub edilir və ölür.[2] [3]
Mənbə
[redaktə | mənbəni redaktə et]- Khvandamir, غیاث الدین خواندمیر, کتاب تاریخ حبیب السیر, 1380
- Anonim, جهانگشای خاقان (تاریخ شاه اسماعیل) [Cahangoşaye Xaqan (Tarix-e Şah Esmail)], مدیر مرکز مرکز تحقیقات فارسی ایران و پاکستان, 1364
- Həsən bəy Rumlu. Əhsənüt-təvarix. Kastamonu: Uzanlar. Namiq Musalı, Oqtay Əfəndiyev. 2017. 661.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Rumlu, 2017. səh. 16
- ↑ Anonim, 1364. səh. 169
- ↑ Khvandamir, 1380. səh. 222-225
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]Məhəmməd mirzə (Ağqoyunlu) Doğum: (ehtimal ki)1464 Vəfat: 1500
| ||
Hakimiyyət titulları | ||
---|---|---|
Sələfləri Gödək Əhməd |
Ağqoyunlular dövləti(آققویونلو) sultanı (Yəzddə) 1498-1499 |
Xələfləri Sultan Murad Bayandur |