Müsüslü
Müsüslü | |
---|---|
40°27′12″ şm. e. 47°54′44″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Ucar rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1487 (2009) nəfər |
Vikianbarda əlaqəli mediafayllar |
Müsüslü (tarixi adı Müsüslü Şilyan) — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. Şirvan düzündədir.[1]
Toponimikası
[redaktə | vikimətni redaktə et]Müsüslü yer adı kənddə əhalinin məskunlaşdığı dövrdən əvvəl yaranıb. Bu ərazilər ta qədimdən tərəkəmə qışlağı olub, hal-hazırda da əhalinin çox hissəsi əcdadlarının tərəkəmə olduğunu deyir. Müsüslü toponimdir. Bu söz iki sözün birləşməsindən əmələ gəlib. Müs ərəb sözü olub dayanıb durmaq, tərpənməz, dönməz anlamını, Süslü sözü isə sulu mənasını verir. Aydın olur ki, Müsüslü toponominin mənası dayanmış sulu ərazi anlamındadır. Müs-sulu sözündən bəzi səslərin düşməsi və ya əlavə olunması nəticəsində müsüslü sözü əmələ gəlib. Müsüslü ərazisinin əhalisi ayrı-ayrı səbəblərdən burada müxtəlif vaxtlarda bir neçə istiqamətdə məskunlaşmışlar.
Əhalisi
[redaktə | vikimətni redaktə et]Əhalisi Şamaxıdan gəlmədilər. Tərəkəmələrin Təkəli qolundandırlar. Əhalisinin sayı 1487 nəfərdir (2009-cu il).[2]
İnfrastruktur
[redaktə | vikimətni redaktə et]Kənd əhalisinin əsas məşğuliyyəti kənd təsərrüfatı ilə bağlıdır. Əkinçilik (bağçılıq) və maldarlıq (qoyunçuluq, camışçılıq, qaramal) əsas sahələrdir. Kənddə orta məktəb və məscid fəaliyyət göstərir. Məscid Hacıyev Ramiz adlı kənd sakinin vəsaiti hesabına 2016-cı ildə inşa edilərək istifadəyə verilmişdir.
Din
[redaktə | vikimətni redaktə et]Kənddə Müsüslü kənd məscidi dini icması fəaliyyət göstərir[3].
Şəkilləri
[redaktə | vikimətni redaktə et]Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
- ↑ MÜSƏLMAN DİNİ İCMALAR - 2017-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2022-06-26 at the Wayback Machine. scwra.gov.az (az.)