41°53′55″ şm. e. 12°28′21″ ş. u.HGYO

Müqəddəs Aqnes kilsəsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Müqəddəs Aqnes kilsəsi
it. S. Agnese in Agone
lat. Sanctae Agnetis in Agone
Xəritə
41°53′55″ şm. e. 12°28′21″ ş. u.HGYO
Ölkə  İtaliya
Şəhər Roma
Yerləşir Pyaçça Navona, Via S. Maria dell'Anima, 30/A
Memar Karlo Raynaldi
Françesko Borromini
Sifarişçi V Nikolay
Tikilmə tarixi 1652
Üslubu barokko
Vəziyyəti stabil
Rəsmi sayt santagneseinagone.org
Müqəddəs Aqnes kilsəsi (Roma)
Müqəddəs Aqnes kilsəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Müqəddəs Aqnes kilsəsi ya Sant Aqneze in Aqone (it. S. Agnese in Agone, lat. Sanctae Agnetis in Agone) Roma şəhərində, Navona meydanında yerləşən, Müqəddəs Aqnesin adına tikilmiş titullu kilsə. Kilsənin yerində antik dövrdə fahişəxanalar yerləşirdi. Məhz bu yerdə Müqəddəs Aqnes şəhid edilmişdir[1].

Rəvayətə görə məsihçiliyin təqib edildiyi dövrdə imperator Domisian məsihçi Aqnesin qarşısına şərt qoyur; ya o, Roma tanrına qurban verməli ya da rüsvayçılıqla fahişəxanaya göndəriləcək. Bundan imtina edə Aqnesin fitva ilə hücum çəkən kütlə paltarını cırıb zindana salırlar. Aqnesin saçları dərhal uzanaraq onun ayıbını örtür. Bu zaman agah olan mələk ona şəffaf bir örpək gətirmiş olur. Möcüzə dava edir; qızı zorlamaq istəyən hər bir kişi onu görcək ehtirasdan düşmüş olaraq utancaq bir şəkildə fahişəxananı tərk edirlər. Onun bəxtsiz sevgilisi Aqnesə baş çəkərkən qəflətən ölür. Onun atasının xahişi ilə Aqnes öz duaları ilə onu dirildir. Onu cadugərlikdə ittiham edərək tonqala atırlar, lakin tonqal sönür və əsgərlərdən biri onu xəncərlə öldürür. Kilsənin tikilməsi üçün xeyirdua 1123 cü ildə papa II Kalikste tərəfindən verilmişdir. Barokk üslublu Müqəddəs Aqnes kilsəsi 1652 ci ildə memar Ciralamo Raynaldi tərəfindən inşasına başlanılmışdır. Onun fasadı 1652 — 1655 ci illərdə Barromini tərəfindən tikilmişdir. Tikilinin açılışı 17 yanvar 1672 ci ildə olmuşdur.

  1. "Peter Cornelius Claussen, Sant Agnese in Agone, 2002, Stuttgart, 46-50". 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-07.