Lui-Jak Tenar
Lui-Jak Tenar | |
---|---|
fr. Louis Jacques Thénard | |
Doğum tarixi | 4 may 1777[1][2][…] |
Vəfat tarixi | 21 iyun 1857[1][2][…] (80 yaşında) |
Vəfat yeri | |
İş yerləri |
|
Təhsili | |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Lui-Jak Tenar (fr. Louis Jacques Thénard; 4 may 1777[1][2][…] – 21 iyun 1857[1][2][…], Paris) fransız kimyaçısı, Paris Elmlər Akademiyasının prezidenti[5]
Həyatı
[redaktə | vikimətni redaktə et]Lui-Jak Tenar 1777-ci il mayın 4-də La Luptyeredə (Nojan-sür-Sen yaxınlığında) anadan olmuşdu. 1798-ci ildə Parisdəki Politexnik Məktəbini bitirərək elə orada işləməyə başlamışdı. 1804–1840-cı illərdə Kollej de Fransın, eyni zamanda 1810-cu ildən Paris Universiteti və Politexnik Məktəbinin professoru kimi fəaliyyət göstərmişdi. 1810-cu ildən Paris Elmlər Akademiyasının üzvü və 1823-cü ildə onun prezidenti olmuşdu.[6]
Elmi maraq sahəsi
[redaktə | vikimətni redaktə et]Tenarın elmi maraq sahəsi, əsasən, qeyri-üzvi kimya idi. O, tədqiqatlarını, əsasən, Gey-Lyüssakla birgə aparırdı. Onlar kalium və natrium hidroksidlərinin istiliyin təsiri ilə dəmirlə reduksiyası vasitəsilə bu metalların alınma üsulunu işləmişlər. 1808-ci ildə o, kaliumun bor oksidinə təsiri nəticəsində bor almış, 1809-cu idə xlorun hidrogenlə reaksiyasına işığın təsirini aşkar etmiş, 1810-cu ildə üzvi birləşmələrin analizi üsullarını təklif etmişdi. O, natrium, kalium, yod və xlorun kimyəvi element olduğunu, xlorid və yodid turşularının tərkibində oksigenin olmadığını sübut etmişdi. 1818-ci ildə o, hidrogen peroksidi kəşf etmiş və bu maddəni təmiz şəkildə ala bilmişdi. Elə həmin ildə o, natrium amidi də kəşf etmişdi.
Əsərləri
[redaktə | vikimətni redaktə et]Tenar kimya və kimyəvi texnologiya sahəsində çoxsaylı əsərlərin müəllifidir. Belə ki, 1818–1824-cü illərdə o, bərk cisimlərin hidrogen peroksidin parçalanmasına katalitik təsirini aşkar etmişdi. O vaxtdan bu reaksiya müxtəlif maddələrin katalitik fəallığını müəyyənləşdirmək üçün etalon rolunu oynayır. 1813-cü ildə Tenar dəmir, gümüş, mis, qızıl və platinin təsiri altında ammonyakın termiki parçalanması üzrə bir sıra təcrübələr aparmışdı.
Uğurları
[redaktə | vikimətni redaktə et]Üzvi kimya sahəsində çalışaraq, o, bir sıra fosfin törəmələrini (xüsusilə 1845-ci ildə trimetilfosfini) uğurla sintez etmişdi. İlk dəfə olaraq o sadə (dietil) və mürəkkəb efirlər arasında olan eksperimental fərqləri təsdiqləmiş, öddən xolin turşusunu ayırmışdı. O, "Elementar kimya kursu" (1–4-cü hissə, 1813–1816) adlı kitabın müəllifidir. 1826-cı ildə Tenar Sankt-Peterburq Elmlər Akademiyasının xarici fəxri üzvü seçilmişdi. Onun şərəfinə bir minerala tenardit adı verilmişdi.
Mənbə
[redaktə | vikimətni redaktə et]- Волков В.А., Вонский Е.В., Кузнецова Г.И. Выдающиеся химики мира. – М.: ВШ, 1991. 656 с.
- Энциклопедический словарь. Брокгауз Ф.А., Ефрон И.А. В 86 тт.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Louis, Jacques Thénard // Sycomore (fr.). / Assemblée nationale
- ↑ 1 2 list of professors at Collège de France.
- ↑ 1 2 Mathematics Genealogy Project (ing.). 1997.
- ↑ Список профессоров Коллеж де Франс
- ↑ Жак Луи Тенар в базе Леонор
- 4 mayda doğulanlar
- 1777-ci ildə doğulanlar
- 21 iyunda vəfat edənlər
- 1857-ci ildə vəfat edənlər
- 80 yaşında vəfat edənlər
- Parisdə vəfat edənlər
- De Frans Kollecinin müəllimləri
- Fransa Politexnik Məktəbinin məzunları
- London Kral Cəmiyyətinin üzvləri
- İsveç Kral Elmlər Akademiyasının üzvləri
- Fransa Elmlər Akademiyasının üzvləri
- Göttingen Elmlər Akademiyasının üzvləri
- Sankt-Peterburq Elmlər Akademiyasının üzvləri
- Rusiya Elmlər Akademiyasının üzvləri
- Prussiya Elmlər Akademiyasının üzvləri
- Bavariya Elmlər Akademiyasının üzvləri
- Fəxri Legion ordeninin yüksək rütbəli zabitləri
- "Fəxri Legion" ordeninin komandorları
- Əlifba sırasına görə alimlər
- Kimyaçılar
- London Kral Cəmiyyətinin əcnəbi üzvləri