Librevil
Librevil | |
---|---|
0°23′24″ şm. e. 9°27′15″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1849 |
Mərkəzin hündürlüyü | 13 m |
Əhalisi | |
Əhalisi |
|
Digər | |
libreville.ga | |
Vikianbarda əlaqəli mediafayllar |
Librevil (fr. Libreville) — Qabonun paytaxtı (1960-dan) və ən böyük şəhəri. Şəhər Qvineya körfəzinın sahilində, Komo çayı üzərində yerləşir. Əhalisi 2005-ci ilin hesablamalarına görə 578 min nəfərdir.
Tarixi
[redaktə | mənbəni redaktə et]1839-cu ildə fransızların bura gəlməsindən çox əvvəl bu ərazidə mponqve qəbiləsi məskunlaşmışdı. 1846-cı ildə satış məqsədilə qul daşıyan Braziliyaya aid "L'Elizia" gəmisi Loanqo yaxınlığında fransız donanması tərəfindən ələ keçirildi. Qullar azad edildilər və 1848-ci ildə həmin qullar tərəfindən adı fransız dilindən tərcümədə "azad şəhər" mənasını verən Librevilin əsası qoyuldu. 1934-1946-cı illərdə şəhər Fransız Ekvatorial Qvineyasında əsas liman şəhəri rolunu oynayırdı və 1940-cı ildə İkinci dünya müharibəsi dövründə Şarl de Qollun tabeliyindəki Fransa Müqavimət Hərəkatının Vişi hökumətinə tabe qüvvələrə qarşı həyata keçirdiyi "Qabon əməliyyatı"nın əsas məqsədi bu şəhər üzərində hakimiyyəti ələ keçirmək idi.