Kvattroçento
Kvatroçento və ya kvattroçento ( it. quattrocento - dörd yüz, dörd yüzüncü il) - XV əsr erkən İntibah dövründə İtalyan incəsənətinin ümumi qəbul edilmiş adlandırılması.
Duçento (1200s) və treçento (1300s) dövrlərindən fərqli olaraq, italyan rəssamlar xristian məzmunu qismən antik incəsənətdən mənimsədikləri yeni formalara yerləşdirirdilər. Buna qədər proto-intibah dövrü zamanı İtaliyada və Şimali Avropada (Şimali intibah) yeni ideyaları köhnə, orta əsr memarlıq, heykəltəraşlıq və incəsənət formalarına yerləşdirirdilər. İtalyan kvattroçento dövrü zamanı ilk dəfə olaraq elmə, təhsilə (humanizm) can atmaq istəkləri, antik incəsənətin gözəl nümunələrini ram etmək cəhdləri ilə birləşdi. Əvəllər antiklik qalıqları orta əsr insanlarının gözləri önündə idi, lakin onlar sanki buna fikir vermirdilər. Məzmun və formanın kontaminasiyası məhz İtaliyada kvattroçento dövrü zamanı başladı[1] . Rəssamlar və humanist yazıçılar öz ideallarını antik incəsənət formalarında görməyə başladılar. Eyni zamanda xristian ideologiyası və estetikasının da humanizasiyası baş verirdi[2].
Neoplatonistlərin Danteyə əsaslanan "La Vita Nuova" (Yeni həyat) fəlsəfəsi meydana çıxırdı. Kartuziyalı Dionisinin "Dünyanın cazibədarlığı və Tanyrı gözəlliyi haqqında" (De venustate mundi et pulchritudine Dei) adlı traktatı da məhz bu dövrə aiddir. Təbiəti təqlid etmək "antikləri təqlid etmək" adlandırılmağa başladı (it. modi antichi). Həyatda və incəsənətdə olan bütün gözəlliklər ilahiləşdirilir və "ən müqəddəs gözəllik" adlandırılırdı (lat. sacrosanta venustas). Humanist yazıçı Lorenzo Valla, "dini reformaların tələblərini klassik ənənələrin bərpa edilməsi ilə birləşdirməyi" təklif edirdi[2] .
Yeni incəsənət Toskana və paytaxtı Florensiyada formalaşırdı. Florensiyada İntibah memarlığının banisi Filippo Brunelleski, heykəltəraşlığın banisi isə Donatello idi. Lakin Florensiyada demək olar ki, heç bir qədim abidə günümüzə gəlib çatmamışdır. Buna görə kvattorçento dövrünün əsas hadisəsi Brunelleski və Donatellonun Romaya (ehtimal edilir ki, 1402-ci ildə) səyahəti hesab edilir[3].
Bu, Pyero della Françeska, Botticelli, Mazaçço, Bellini ailəsi (Yakopo, Centile və Covanni), Pinturikkiyo, Fra Anceliko, Pyetro Perucino, Domeniko Qirlandayo və digər görkəmli freska ustalarının və rəssamların yaratdığı dövr idi.
Romada yüksək intibah dövrünün 3 nəhənginin incəsənətində erkən, Florensiya periodu vacib rol oynayırdı. Rafaelin yaradıcılığında 1504-1508-cü illər dövrü, Leonardo da Vinçidə 1513-cü ilə qədərki əsərləri (1482-1499 və 1506-1513-cü illərdə Milanda yaratdığı əsərlər istisna olmaqla) və Mikelanceloda 1488-1496-cı illərdə yaratdığı rəmslər. XVI əsrin əvvəllərində intibahın mərkəzi Romaya keçdi.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Qeydlər
[redaktə | mənbəni redaktə et]- ↑ Панофский Э. Ренессанс и «ренессансы» в искусстве Запада. — М.: Искусство, 1998. — С. 70
- ↑ 1 2 Гарэн, 1986
- ↑ Власов В. Г. Архитектура. Классика и современность. Учебное пособие. — СПб.: Изд-во С.-Петербургского университета, 2014. — С. 63
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Гарэн Э. Проблемы итальянского Возрождения: Избранные работы. М.: Прогресс. 1986.
- Жуковский В. И. Искусство Возрождения: учебное пособие. Красноярск: Краснояр. гос. ун-т. 2006.
- Знамеровская Т. П. Проблемы кватроченто и творчество Мазаччо. Л.: Изд-во ЛГУ. 1975.