Kristian Beyl
Kristian Beyl | |
---|---|
ing. Christian Charles Philip Bale | |
Doğum adı | Christian Charles Philip Bale |
Doğum tarixi | 30 yanvar 1974[1][2][…] (50 yaş) |
Vətəndaşlığı |
Birləşmiş Krallıq ABŞ |
Həyat yoldaşı | Sanra Blaziç |
Uşağı | 1 |
Fəaliyyəti | Aktyor |
Fəaliyyət illəri | 1982-ci ildən |
Boyu | 1,83 m |
Mükafatları | |
IMDb | ID0000288 |
Vikianbarda əlaqəli mediafayllar |
Kristian Çarlz Filip Beyl (ing.Christian Charles Philip Bale; 30 yanvar 1974[1][2][…]) — ingiltərəli aktyor.
Həyatı
[redaktə | mənbəni redaktə et]Kristian Beyl 30 yanvar 1974-cü ildə Uelsin Heyverfordvest şəhərciyində, sənətçi ailəsində anadan olub. Anası balerina, hər iki babası isə aktyor olub.
Karyerası
[redaktə | mənbəni redaktə et]10 yaşında birinci dəfə səhnəyə çıxan Kris ilk olaraq məşhur ingilis komiki Rouen Sebastyan Etkinsonun diqqətini çəkib və onu "Ağıldan kəm" pyesinə götürüb. Tezliklə balaca Krisi yerli televiziyaya çağıraraq "Anastasiya: Annanın sirri" filminə çəkirlər. Onun böyük kinematoqrafdakı debütü 1987-ci ildə baş tutub. Kris Astrid Lindqrenin "Mio, mənim Miom" uşaq nağılının ekranlaşdırılmış versiyasına dəvət alıb. Bu filmdə o, baş qəhrəman Mionun dostu Yum-Yum obrazını canlandırıb. Amma 13 yaşlı Kris Beyli dünya miqyasına çıxaran kino elə həmin il çəkilmiş Stiven Spilberqin "Günəş imperiyası" filmi oldu. Bu filmdəki roluna görə Kristian Beyl ABŞ Kinotənqidçiləri Milli Şurasının təqdim etdiyi "Görkəmli gənc aktyor" mükafatına layiq görülüb. Artıq növbəti ildə o, Şekspirin "V Henrix" əsərinin Kennet Brana tərəfindən ekranlaşdırılmış versiyasında, eləcə də "Xəzinələr adası" televiziya filmində oynadı. 1992-ci ildə aktyorun karyerasında yeni mərhələ başladı. Bu vaxtdan etibarən o, sırf yetkin adam rolları oynamağa başladı. "Qəzet paylayan" musiqili komediyası bu qəbildən olan ilk film idi. Bunun ardınca o, "Yellənən uşaqlar" və üç Oskar mükafatı nominantı olmuş "Kiçik qadınlar" filmlərinə çəkildi. Sonra aktyor "Pokahontas" cizgi filminin səsləndirilməsində iştirak etdi. Səsləndirmə sahəsində o özünü 2005-ci ildə də sınaqdan keçirib. Bu, "Gəzən qəsr" məşhur yapon animasiya filminin Amerika versiyasının çıxdığı zaman baş vermişdi. Kristofer Nolanın "Betmen: Başlanğıc" filmi Kristian Beyli dünyanın birinci dərəcəli məşhur aktyorlarının sırasına daxil etdi. 2009-cu ildə Terminator: Qurtuluş filminə çəkilmişdir.
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- Amerikalı Psixopat (2000)
- Betmen: Başlanğıc (2005)
- Prestij (2006)
- Qara cəngavər (2008)
- Terminator: Qurtuluş (2009)
- Amerikalı kələkbaz (2013)
- Vədə (2016)
- Ford Ferrariyə qarşı (2019)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Christian Bale // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Christian Bale // filmportal.de. 2005.