Katolikos II Nerses
Naviqasiyaya keç
Axtarışa keç
Katolikos II Nerses |
---|
Katolikos II Nerses — Albanların LVI katolikosu.
Katolikosluğu
[redaktə | mənbəni redaktə et]Katolikos III İohannesdən sonra kürsüyə gəlmişdi, onun qardaşı idi. 1235-ci ildə bu kürsüyə gəlmişdi. Təvazökar və mehriban xasiyyəti vardı. 22 iyul, 1240-cı ildə Həsən Cəlalın tikdirdiyi Gəncəsər monastırının açılışında 400 keşişlə birlikdə iştirak etmişdir.[1]Nersesin haqqında eşidən Çormoqun noyonun rəiyyətindən olan Rabban bar Şayma bu barədə noyonun xanımı Eltinaya xəbər vermişdi. Çormoqunun çadırına çağrılan katolikos noyonun oğlu Bora noyonun toyunda iştirak etdi və hədiyyələr verilərək geri göndərildi.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Kirakos Gəncəli, Erməni tarixi, X
SƏLƏF Katolikos III İohannes |
II Nerses 1235 - 1262 |
XƏLƏF Katolikos IV Stepannos |